Təhsil 365 - Logo Mobile

Londonda təhsil alan azərbaycanlı: Hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir

8729.04.2026 - 18:50
Londonda təhsil alan azərbaycanlı: Hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan azərbaycanlı gənclərdən biri də Azadə İmranzadədir. O, hazırda Londonda yerləşən nüfuzlu ali təhsil ocaqlarından biri olan London Universitet Kollecində (UCL) biznes analitikası üzrə magistratura təhsili alır

"Tehsil365"" AZƏRTAC-a istinadən bildirir ki, müsahibəsində Azadə İmranzadə bundan əvvəl Azərbaycanda “Azercell” və “SOCAR Downstream” kimi iri şirkətlərdə insan resursları sahəsində müxtəlif vəzifələrdə çalışdığını qeyd edib. Onun sözlərinə görə, data analitikasına marağı bir neçə ildir formalaşıb və bu istiqamətdə karyera keçidini daha sürətli həyata keçirmək üçün həm nəzəri, həm də praktiki baxımdan güclü proqramları araşdıraraq UCL-də biznes analitikası ixtisasını seçib.

-Bu ixtisası necə seçdiniz?

-Mən 2022-ci ildən bəri data analitik, daha sonra isə data elmi üzrə mütəxəssis olmaq istəyirdim, lakin Azərbaycandakı təhsilim həm bakalavriat, həm də magistratura üzrə idarəetmə ilə bağlı idi. Təcrübəmi və öncəki təhsilimi nəzərə alaraq seçə biləcəyim ixtisaslara nəzər yetirdim və biznes analitikası mənim üçün elə “nöqtə atışı” idi, çünki bu təhsil mənə artıq data elmi üzrə lazım olan bilik və bacarıqları təmin edirdi.

-UCL-də təhsil təcrübəniz barədə danışardınız.

-Mənim təhsil aldığım ixtisas olduqca çətin, həm də çox maraqlı ixtisasdır. Bizə professorlarımız yalnız data analitik olmaq üçün lazım olan nəzəriyyəni deyil, həmçinin süni intellektin incəliklərini, onu necə bizə faydalı şəkildə istifadə edə biləcəyimizi və nələrə diqqət etməli olduğumuzu bildirir. Professor və tədris heyəti ümumilikdə daima dəstək verir və motivə edir, lakin ən böyük yük hər zaman ən sonda tələbələrin üzərinə düşür.

-Londonda tələbə həyatı sizin üçün necə keçir? Bu şəhər sizə hansı imkanları təqdim etdi?

-London insanın qarşısına bir çox fürsətlər çıxara biləcək, müxtəlif mədəniyyətləri və fəaliyyətləri təcrübə etmək imkanı verəcək bir şəhərdir. Müxtəlif millətlərdən dostlar tapmaq, mətbəxləri dadmaq, idman və digər tədbirlərdə iştirak etmək kimi fərqli imkanlardan yararlanmaq fürsəti əldə etdim. Ən maraqlı tərəflərdən biri isə Londondan uzaqlaşmadan təbiətdən zövq almaq imkanı idi.

-Siz “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alırsınız. Proqram çərçivəsində təhsil almaq sizə hansı imkanları yaratdı? Xaricdə təhsil sizə şəxsi və peşəkar baxımdan hansı bacarıqları qazandırdı?

-Mən 7 illik bir iş həyatından sonra yenidən tələbə olmaq imkanını əldə etdim və bunu dünyanın “Top 10” universitetlərindən birində yaşayıram. Bu təhsil sayəsində illərdir arzuladığım karyera hədəfinə doğru artıq daha özgüvənli və rahat irəliləmə imkanı əldə edirəm. Həmçinin qeyd etdiyim kimi, Londonda bu təhsili almaq mənə müxtəlif millətlərlə ünsiyyətdə olmağı, bir komandada çalışmağı, təcrübələr qazanmağı, beynəlxalq müəssisələrin çalışma prinsipləri ilə yaxından tanış olmaq imkanını yaratdı.

-Təhsil müddətində qarşılaşdığınız çətinliklər nələr idi və onları necə aradan qaldırdınız?

-Mənim magistratura təhsilim zamanı qarşılaşdığım ən böyük çətinlik ixtisasımın olduqca texniki və kompleks ixtisas olması idi. Təhsil müddətində demək olar ki, bütün vaxtımız təhsillə bağlı məsələlərə gedir və iş-həyat balansı olmurdu. Daha çox düzgün vaxt planlaması, fiziki fəaliyyətlərə və idmana davam etmə və ən əsası qrup yoldaşlarımla birgə vaxt keçirərək bunun təsirlərini azalda bildim.

-Gələcək karyera planlarınız nələrdir? Özünüzü hansı sahədə və ya hansı vəzifədə görürsünüz?

-Mən data elmi, süni intellekt və ya maşın öyrənilməsi istiqamətlərində çalışmağı düşünürəm. Bu, həm özəl, həm də dövlət sektorunda olduqca önəmli sahədir. Daha çox təhsil zamanı öyrəndiklərimi tətbiq edib daha da inkişaf etmək istəyirəm.

- Dövlət proqramı ilə xaricdə təhsil almaq istəyən gənclərə hansı tövsiyələri verərdiniz?

- Ən vacib tövsiyəm ixtisas seçimini dərindən araşdırmalarıdır. Seçim etməzdən əvvəl həmin universitetin heyəti və ya məzunları ilə əlaqə saxlayıb birbaşa təcrübələrini öyrənmək çox faydalıdır. Unutmayın ki, eyni ixtisas müxtəlif universitetlərdə fərqli metodlarla tədris olunur və proqramlar arasında ciddi fərqlər ola bilər.

Bundan əlavə, yaşayacaqları şəhər və ölkənin onların xarakterinə uyğunluğu da mühümdür. İnsan özünü harada xoşbəxt və hüzurlu hiss edəcəyini öncədən analiz etməlidir. Xüsusilə sosial aktiv gənclərə tövsiyə edirəm ki, getməzdən öncə orada yeni əlaqələr (networking) qursunlar; bu, adaptasiya prosesində onlara böyük dəstək olacaq.

- Təhsilinizi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərmək planlarınız varmı? Ölkəmizə hansı töhfələri verməyi düşünürsünüz?

- Bəli, əsas hədəfim qazandığım bilikləri ölkəmizdə tətbiq etməkdir. Mənim fəaliyyət sahəm müəssisələr üçün gələcəyi proqnozlaşdırmaq, anomaliyaları aşkar etmək və dataya əsaslanan qərarvermə prosesini dəstəkləmək üzərində qurulub.

Hesab edirəm ki, bu yanaşmalar düzgün tətbiq olunarsa, ölkə iqtisadiyyatının müxtəlif prioritet istiqamətlərində ciddi optimallaşdırma aparmaq, trendləri düzgün oxumaq və proqnozlaşdırma vasitəsilə daha effektiv planlama qurmaq mümkündür. Məqsədim bu innovativ həllərlə dövlət və özəl sektorun inkişafına töhfə verməkdir.

Fatimə Cəfərzadə

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36