Təhsil 365 - Logo Mobile

NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb

8401.05.2026 - 18:08
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb

Naxçıvan Dövlət Universitetində “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransının açılış mərasimi keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Tehsil365"ə bildirilib ki, konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti və AMEA Naxçıvan bölməsinin tərəfdaşlığı ilə reallaşıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycan dilinin müasir inkişaf mərhələsində qarşıya çıxan nəzəri və praktiki məsələlərin, eləcə də müasir tədqiqat nəticələrinin elmi müstəvidə müzakirəsini təşkil etmək, elmi fikir mübadiləsi aparmaq və tədqiqatçılar arasında yeni elmi əməkdaşlıqların formalaşdırılmasına şərait yaratmaqdır.

Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı Fərmanına diqqət çəkən rektor bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən, görüləsi işlərdən danışıb.

Elbrus İsayev Azərbaycan dilinin tədrisində innovativ yanaşmaların tətbiq olunması, rəqəmsal resurslarda Ana dilindən istifadə ilə bağlı gənclərə yeni imkanlar yaradılması, Azərbaycan dilinin normalarını qoruyan mətnlər üzərində işləmək, ali və ümumtəhsil məktəbləri üçün yeni proqramlar ərsəyə gətirmək, yeni meyarlar üzərində qiymətləndirmə metodlarının aparılması kimi mühüm məsələlərə diqqət çəkib.

AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan dilinin formalaşdırılmasına əsrlər boyunca böyük əmək sərf olunub. İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il aprelin 27-də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunmasının Ulu Öndərin Ana dilimizə göstərdiyi qayğının bariz nümunəsi olduğunu deyib.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında bildirib ki, bugünkü konfrans keçmişimiz, gələcəyimiz, milli kimliyimiz baxımından xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif elm sahələrinin dilçiliklə bir araya gətirilərək araşdırılması elmlərarası əlaqəni gücləndirir, yeni tədqiqat imkanları yaradır. Rektor qeyd edib ki, Bakı Slavyan Universitetində yaradılmış süni intellekt əsaslı dil laboratoriyası, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri vasitəsilə dilin həm akademik, həm də praktik səviyyədə öyrənilməsi təmin olunur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, Ana dilinin tədrisi və elmi tədqiqi sahəsində görülən işlər milli kimliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “Dövlət dili strategiyasına elmin dəstəyi”, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, professor Zahid Məmmədovun “Dil iqtisadiyyatı: monetizasiya, strategiya və elmdə dil imperializmi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEAnın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Azərbaycan mədəniyyəti-2040” konsepsiyasında dil və milli kimlik problemi mövzularında məruzələri dinlənilib.

Sonra NDU-nun rektoru Elbrus İsayev tərəfindən konfransın ərsəyə gəlməsində əməyi olan məsul şəxslərə plaket və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, konfransın bölmə iclaslarında 2 gün ərzində 6 istiqamət üzrə 12 bölmədə 20 elm və təhsil müəssisələrindən 110 əməkdaşın 97 məruzəsi təqdim olunacaq.

Nərmin Mustafayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36