Aprelin 30-da Azərbaycan Dillər Universitetində “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı IX Beynəlxalq elmi konfransa hazırlıq məqsədilə geniş tərkibli iclas keçirilib. Tədbirdə universitetin rektoru, akademik Kamal Abdulla, konfransın təşkilat komitəsinin üzvləri, fakültə rəhbərləri və aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, iclasın əsas məqsədi qarşıdan gələn beynəlxalq konfransın yüksək səviyyədə təşkili, proqramın məzmununun zənginləşdirilməsi, eləcə də yerli və xarici iştirakçıların fəal cəlb olunması ilə bağlı məsələlərin müzakirəsi olub.
Universitetin rektoru, akademik Kamal Abdulla təşkilati işlərin koordinasiyalı şəkildə aparılmasının vacibliyini diqqətə çatdıraraq, hər bir struktur bölmənin üzərinə düşən vəzifələri konkretləşdirib.
Yekunda akademik Kamal Abdulla görüləcək işlərlə bağlı tapşırıqlar verib, konfransın yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, IX Beynəlxalq elmi konfrans Azərbaycanın multikulturalizm modelinin beynəlxalq müstəvidə təbliği baxımından mühüm platforma olacaq.

