Təhsil 365 - Logo Mobile

ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub

7704.05.2026 - 09:14
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub

Mayın 1-də Azərbaycan Dillər Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı Respublika tələbə-şagird elmi konfransının açılışı olub.

“Tehsil365” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb.

Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müasir inkişaf strategiyasının əsasını qoyan, dövlətçiliyin möhkəmlənməsində müstəsna rol oynayan tarixi şəxsiyyətdir.

Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və ölkənin dayanıqlı inkişaf modelinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Rektor bildirib ki, belə elmi konfransların keçirilməsi gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması, onların elmi düşüncə tərzinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:

“Bu gün universitetimizdə ənənə halını alan və ölkə ali təhsil sahəsində ilk olan tələbə-şagird elmi konfransının keçirilməsi mühüm hadisələrdən biridir. Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konfransda tələbələr şagirdlərə elmi rəhbərlik etməklə, öz bilik və bacarıqlarını şagirdlərə ötürürlər. Bu o deməkdir ki, konfransda iştirak edən şagirdlərə məhz ADU-nun tələbələri elmi rəhbərlik etməklə, həm də bu mənada bir ilkə imza atmış olurlar.

Bu gün konfransda ölkəmizin müxtəlif təhsil müəssisələrindən olan şagirdlər, tələbələr, müəllimlər və təhsil nümayəndələri iştirak edirlər.

Konfransda iştirak edən müəllimlərə, tələbələrə, şagirdlərə, kafedralara və bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Konfrans tələbə-şagird münasibətlərində yeni uğurlu nümunəni elmi-ictimai cəmiyyətə təqdim edir.

Bu cür təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılmasına, onların tədqiqat bacarıqlarının formalaşmasına və qarşılıqlı əməkdaşlıq mühitinin gücləndirilməsinə mühüm töhfə verir.

Konfrans eyni zamanda müxtəlif təhsil pillələri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından da əhəmiyyətli platforma rolunu oynayır. Burada səsləndirilən fikirlər, təqdim olunan elmi məruzələr və aparılan müzakirələr iştirakçıların dünyagörüşünün genişlənməsinə, yeni ideyaların yaranmasına və gələcək elmi fəaliyyət üçün stimul formalaşdırır. Bu baxımdan, belə tədbirlərin davamlı təşkili ölkəmizdə elmin və təhsilin inkişafına xidmət edən əsas amillərdən biri kimi dəyərləndirilir. Əminəm ki, bugünkü konfrans öz nəticələri ilə yadda qalacaq, iştirakçılar üçün yeni uğurların başlanğıcına çevriləcək və ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Azərbaycanın gələcək tərəqqisinə töhfə verəcəkdir. Yaşasın konfrans, yaşasın Ulu Öndər Heydər Əliyevin bizim qəlbimizdə, bizim beynimizdə yaşayan əziz xatirəsi”!

Daha sonra çıxış edənlər: Milli Müdafiə Universitetinin professoru Yəhya Babanlı, Heydər Əliyev adına Hərbi İnstitutunun müəllimi, mayor Amil Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdi Hüseyn Abbaslı, ADU TEC-in sədri Dürrə Həşimova, ADU-nun elmi və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü Günay Əkbərova konfransla bağlı fikirlərini bölüşüblər.

Çıxış edənlər konfransın aktuallığına diqqət çəkiblər. Bildirilib ki, belə elmi platformalar gənclərin intellektual potensialının üzə çıxarılmasında, onların elmi düşüncə və tədqiqat bacarıqlarının inkişafında mühüm rol oynayır.

Qeyd olunub ki, tələbə və şagirdlərin birgə iştirak etdiyi bu cür konfranslar onların qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradır, elmi-ictimai mühitdə fəallıqlarını artırır və gələcək fəaliyyətlərində daha uğurlu nəticələr əldə etmələrinə zəmin yaradır.

Eyni zamanda çıxışlarda bildirilib ki, konfrans çərçivəsində təqdim olunan məruzələr Azərbaycanın dayanıqlı inkişaf modelinin müxtəlif aspektlərini əhatə etməklə yanaşı, gənclərin bu istiqamətdə düşüncələrinin formalaşmasına və onların dövlətçilik ideyalarına daha sıx bağlanmasına xidmət edir.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Zeynəb Quluyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21