Təhsil 365 - Logo Mobile

BDU-da görkəmli alim Vasili Bartoldun tarixi-demoqrafik tədqiqatlarına dair elmi seminar

10504.05.2026 - 12:00
BDU-da görkəmli alim Vasili Bartoldun tarixi-demoqrafik tədqiqatlarına dair elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində tarix üzrə fəlsəfə doktoru, dosent Aydın Məmmədovun “Birinci Türkoloji Qurultayda iştirak etmiş V.V. Bartoldun məruzəsində əhali məskunlaşması və artımına dair tarixi-demoqrafiya məsələləri” mövzusunda elmi seminarı keçirilib.

Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib.

Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova bildirib ki, ötən əsrin 20-ci illəri Azərbaycan tarixində yalnız aprel işğalı ilə deyil, həm də mədəni həyatımızda baş verən mühüm hadisələrlə yadda qalıb. Bu hadisələr sırasında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay xüsusi yer tutur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 22 oktyabr tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qurultayı türk xalqlarının mədəni inteqrasiyasında mühüm mərhələ kimi dəyərləndirilib.

Daha sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov bildirib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın əsas təşkilatçılarından biri olan görkəmli tarixçi-alim və türkoloq Vasili Bartold hələ 1920-ci illərin əvvəllərində Bakıya dəvət olunub. O, 1924-cü ilin noyabr-dekabr aylarında BDU-nun Şərq fakültəsində Qafqazın, Azərbaycanın və türk xalqlarının qədim və orta əsrlər tarixinə dair 20 mühazirə oxuyub. Qeyd edilib ki, alimin qurultayda “Türk xalqlarının tarixinin öyrənilməsinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda çıxışından bir il əvvəl – 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən onun “Xəzəryanı bölgələrin müsəlman dünyası tarixindəki yerinin öyrənilməsi” və “Azərbaycan tarixinin qısa xülasəsi” adlı əsərləri nəşr olunub.

Seminarda vurğulanıb ki, Vasili Bartoldun tarixi-demoqrafik baxışları geniş elmi əhəmiyyətə malikdir. Onun türk xalqlarının əhali məskunlaşması və artım proseslərini tarixi mənbələr əsasında müqayisəli şəkildə təhlil etməsi, bunu coğrafi, iqtisadi və siyasi amillərlə əlaqələndirməsi xüsusi qeyd olunub. Bildirilib ki, alimin araşdırmaları Azərbaycan və ümumilikdə Türk dünyasının tarixi demoqrafiyasının öyrənilməsi baxımından zəngin elmi irs təşkil edir.

Məruzəçi, həmçinin Vasili Bartoldun elmi yaradıcılığının sistemləşdirilməsinin və onun tarixi demoqrafiyanın inkişafındakı rolunun əhəmiyyətini diqqətə çatdırıb, bu yanaşmaların müasir tədqiqatlar üçün mühüm metodoloji baza olduğunu bildirib

Zəhra Əliyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21