Təhsil 365 - Logo Mobile

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı işə başlayıb

10304.05.2026 - 12:25
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı işə başlayıb

İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə reallaşan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib.2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulmuş “Pillə” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.

“Tehsil365” xəbər verir ki, builki festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların üzə çıxarılmasına dəstək vermək və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyır.

ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova festivalın gənc istedadların formalaşmasında və milli teatr sənətinin gələcəyində mühüm rol oynadığını vurğulayıb. Rektor bildirib ki, universitetin hazırda təmirdə olan Tədris Teatrı istismara verildikdən sonra festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

Ardınca ADMİU-nun İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsi tərəfindən hazırlanmış videoçarxlar və animasiya nümayiş etdirilib.

Mansiflər heyətinin sədri professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışıb və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını vurğulayıb.

Daha sonra ötən il keçirilən “Pillə 3” Tələbə Tamaşaları Festivalının ADMİU üzrə “Ən yaxşı tamaşa” nominasiyasının qalibi “Yay gecəsində yuxu” tamaşasının baş rol ifaçısı Rahib Allahquliyev və digər ali təhsil müəssisələri üzrə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi, Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova çıxış edərək öz təcrübələrini və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə mübarizə aparırlar. Bu il proqramda “Ən yaxşı ikinci plan kişi rolu” və “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyaları da yer alıb.

Tamaşaların nümayişi ilə yanaşı, festival çərçivəsində peşəkar müzakirələr və teatr təhlilləri də aparılacaq. Festivalın proqramına ümumilikdə 23 tamaşa daxildir. Onlardan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbə teatr kollektivlərinə məxsusdur. Açılış mərasimindən dərhal sonra ADMİU tələbələrinin ifasında festivalın ilk tamaşası olan V.Rasputinin “Halallıq” əsəri nümayiş olunub.

Festivalın bağlanış və mükafatlandırma mərasimi mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək.

Zəhra Əliyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21