Təhsil 365 - Logo Mobile

Paremioloji vahidlərin koqnitiv-semantik təhlili: yeni yanaşmalar

10404.05.2026 - 14:00
Paremioloji vahidlərin koqnitiv-semantik təhlili: yeni yanaşmalar

AMEA Folklor İnstitutunda hibrid formatda növbəti elmi seminar təşkil olunub.

Bu barədə “Tehsil365” ə institutdan məlumat verilib. Seminarı açan institutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında tədbirin əsas məqsədinin müasir humanitar elmlərdə genişlənməkdə olan koqnitiv yanaşmaların folklor materiallarına tətbiq imkanlarını müzakirə etmək olduğunu bildirib. O qeyd edib ki, atalar sözləri və məsəllər yalnız dil vahidi kimi deyil, həm də kollektiv düşüncənin strukturunu əks etdirən mürəkkəb semantik sistem kimi araşdırılmalıdır. Direktorun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar folklorşünaslıqla yanaşı, dilçilik və semiotika üçün də yeni analitik çərçivələr yaradır.

Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva “Azərbaycan paremioloji vahidlərinin koqnitiv-semantik təhlili” mövzusunda məruzə ilə çıxış edib. O, koqnitiv yanaşmanın mahiyyətinə toxunaraq bildirib ki, müasir tədqiqatlarda dil hadisələri insanın idrak fəaliyyəti ilə ayrılmaz şəkildə öyrənilir. Onun fikrincə, insan reallığı sadəcə əks etdirmir, onu mənalandırır, strukturlaşdırır və mədəni kodlara çevirir.

Dosent Çiçək Əfəndiyeva çıxışında koqnitiv elmin disiplinlərarası xarakter daşıdığını xüsusi vurğulayaraq, bu sahənin psixologiya, linqvistika, antropologiya və digər istiqamətlərlə sıx əlaqədə inkişaf etdiyini qeyd edib. O, paremioloji vahidlərin təhlilində “konsept”, “diskurs” və xüsusilə “freym” anlayışlarının mühüm rol oynadığını konkret nümunələrlə izah edib.

Məruzənin növbəti hissəsində diqqət “freym” anlayışının izahına yönəlib. Çiçək Əfəndiyeva bu kateqoriyanı biliklərin təşkili və qavranılması üçün əsas modellərdən biri kimi xarakterizə edib. Onun fikrincə, atalar sözləri və məsəllər konkret situasiyaları və sosial davranış normalarını kodlaşdıran freym strukturları kimi fəaliyyət göstərir. Qeyd olunub ki, bu tip yanaşma paremioloji vahidlərin daxili semantik qatlarını üzə çıxarmağa imkan verir və onları xalqın dünyagörüşünü əks etdirən bilik modeli kimi şərh etməyə şərait yaradır.

Məruzədə “konsept” anlayışı da geniş şəkildə izah olunub. Bildirilib ki, konseptlər insanın təcrübəsini, biliyini və mədəni yaddaşını özündə birləşdirən çoxqatlı strukturlardır. Azərbaycan paremioloji materialı əsasında həyat, zaman, ailə, zəhmət, inanc və dostluq kimi əsas anlayışların konseptual səviyyədə formalaşdığı vurğulanıb. Qeyd edilib ki, atalar sözləri və məsəllər çox vaxt mətnin əvvəlində və sonunda yer alaraq onun semantik çərçivəsini müəyyənləşdirir. Bu xüsusiyyət onların mətn daxilində yalnız tamamlayıcı deyil, strukturlaşdırıcı funksiya daşıdığını göstərir. Konkret nümunələr əsasında aparılan təhlillər göstərib ki, paremioloji vahidlərin müxtəlif mətnlərdə təkrar istifadəsi onları dayaq elementlərinə çevirir. Bu hal xüsusilə epik mətnlərdə və xalq nəsri nümunələrində daha aydın müşahidə olunur.

Daha sonra şöbə müdirləri, professorlar Füzuli Bayat və Əfzələddin Əsgər, filologiya elmləri doktoru Ağaverdi Xəlil, dosent Elçin Qaliboğlu, elmi işlər üzrə direktor müavini dosent Afaq Ramazanova çıxış edərək yeni yanaşmalarla bağlı fikirlərini bölüşüblər

Zəhra Əliyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21