Təhsil 365 - Logo Mobile

BMU-da abituriyentlərlə görüş: Doğru seçim, parlaq gələcək

10404.05.2026 - 14:45
BMU-da abituriyentlərlə görüş: Doğru seçim, parlaq gələcək

Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Doğru seçim, parlaq gələcək” mövzusunda abituriyentlərlə görüş təşkil edilib.

Universitetdən “Tehsil365” ə bildirilib ki, əvvəlcə universitetin akademik mühiti, maddi-texniki bazası və son illərdə qazandığı uğurları əks etdirən videoçarx nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev universitetin tarixi və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan və bu il 10 yaşı tamam olacaq universitetdə ali təhsilin bütün səviyyələri üzrə 4 fakültədə (İnformasiya və kompüter texnologiyaları, Mühəndislik, İqtisadiyyat və idarəetmə, Memarlıq və inşaat) Azərbaycan və ingilis dillərində kadr hazırlığı həyata keçirilir. O qeyd edib ki, son iki ildə bakalavriat səviyyəsində 12 yeni ixtisas, magistratura səviyyəsində isə 14 yeni ixtisaslaşma açılıb. 2024-cü ildə yaradılan İnformasiya və kompüter texnologiyaları fakültəsi ölkədə rəqəmsallaşma, süni intellekt, data elmləri və innovativ texnologiyalar sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor BMU-da 8 yeni kompüter, o cümlədən Kibertəhlükəsizlik, Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyalarının istifadəyə verildiyini diqqətə çatdırıb. Bildirilib ki, ümumilikdə universitetin 20-dən çox müasir laboratoriyası, habelə Texnoparkı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi, innovativ ideyalarının reallaşdırılması üçün geniş imkanlar yaradır.

Yaqub Piriyev çıxışında son illərdə universitetə tələbə qəbulunun yüksək nəticələrlə müşahidə olunduğunu deyib və müvafiq statistik göstəricilərə toxunub. Həmçinin BMU-nun 6 bakalavr proqramının ilk dəfə beynəlxalq akkreditasiyadan keçməsi və həmin proqramların Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Reyestrinin məlumat bazasına daxil edilməsi, Cənubi Koreya və Çin ali təhsil müəssisələri ilə həyata keçirilən ikili diplom proqramları, Pekin Kimya Texnologiya Universiteti ilə birgə yeni açılan PKTU-BMU Mühəndislik fakültəsi barədə də geniş məlumat verilib. Bununla yanaşı, ali məktəbin beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Rektor vurğulayıb ki, abituriyentlərin burada birbaşa əldə etdiyi məlumatlar onların gələcək planlarını daha aydın şəkildə qurmasına kömək edəcək. Abituriyentlərə uğurlar arzulayan Yaqub Piriyev onların ölkəmizin gələcəyini formalaşdıracaq və onu daha da inkişaf etdirəcək gənclər olacaqlarına inandığını bildirib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ali məktəblərə qəbul ərəfəsində təşkil olunan belə görüşlərin abituriyentlərin düzgün ixtisas seçimində mühüm rol oynadığını deyib. O, əmək bazarında uğur qazanmaq üçün keyfiyyətli ali təhsil və peşəkar bacarıqların vacibliyini vurğulayaraq, BMU-nun bu istiqamətdə potensialını yüksək qiymətləndirib.

BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov isə çıxışında universitetin yalnız təhsil məkanı deyil, həm də gənclərin liderlik, məsuliyyət və qərarvermə bacarıqlarının formalaşması üçün geniş imkanlar yaratdığını qeyd edib, ictimai fəallığı ilə qazandığı uğurlarını iştirakçılarla bölüşüb.

Tədbirdə BMU-nun rəqs kollektivinin ifasında rəqs təqdim edilib. Sonda abituriyentlər universitetin laboratoriyaları, Texnoparkı və innovativ təhsil mühiti ilə yaxından tanış olublar.

Zəhra Əliyeva

News Feed

Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21