Təhsil 365 - Logo Mobile

Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir

7804.05.2026 - 19:28
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir

Mayın 4-də Xankəndi şəhərində, Qarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi” mövzusunda tədbir keçirilib.

“Tehsil365" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi nailiyyətlər məhz Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Onun sözlərinə görə, Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən Qarabağ Universitetinin fəaliyyəti bu siyasətin uğurlu davamıdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə çıxışında tədbirin Xankəndidə keçirilməsinin rəmzi məna daşıdığını deyib. Qeyd edib ki, uzun illər işğal altında qalmış ərazilər dövlətimizin gücü və xalqımızın birliyi sayəsində azad olunub və yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, Prezident, YAP-ın Sədri İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, bu isə ölkənin tarixində yeni və şanlı səhifə açıb.

Tahir Budaqov vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müasir infrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin salınması, sosial obyektlərin tikintisi və iqtisadi aktivliyin artırılması regionun sürətli inkişafını təmin edir. Bildirib ki, Qarabağ Universitetinin yaradılması elm və təhsil sahəsində atılan mühüm addımlardan biridir və bu ali təhsil ocağı gələcəkdə regionun intellektual potensialının formalaşmasında xüsusi rol oynayacaq.

Çıxışında Ümummilli Liderin təhsilə və gənclərə göstərdiyi diqqəti xüsusi vurğulayan T.Budaqov qeyd edib ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri həm ölkə daxilində, həm də xaricdə yüksəksəviyyəli təhsil almaq imkanına malikdir. Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə maarifləndirici layihələr həyata keçirdiyini deyən T.Budaqov, partiyanın azad olunmuş ərazilərdə sosial və ictimai təşəbbüslərə dəstəyini davam etdirdiyini bildirib. Sonda o, Qarabağ Universitetinə partiya adından hədiyyə təqdim edib.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında bildirib ki, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Keçmiş məcburi köçkünlərin “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdışı təmin olunur və bu proses mərhələli şəkildə həyata keçirilir. Artıq Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrində məskunlaşma prosesi başlayıb, əhali üçün müasir yaşayış şəraiti yaradılır. Regionda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə mühüm infrastruktur layihələri icra edilir. Xankəndi dəmir yolu xəttinin bərpası, Xocalı hava limanının yenidən qurulması, yol və kommunikasiya xətlərinin çəkilməsi, regionun strateji əhəmiyyətini daha da artırır. Bununla yanaşı, sahibkarlığın inkişafına dəstək göstərilir, yeni iş yerləri yaradılır və investisiya mühiti yaxşılaşdırılır. Artıq bölgəyə özəl sektor tərəfindən 90 milyon manatdan çox investisiya cəlb olunub və bu proses davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzur ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilir.

Tədbirin sonunda Qarabağ Universitetinin ictimai həyatında və tədris prosesində fəal iştirak edən, yüksək nəticə göstərən bir qrup tələbə təşəkkürnamə ilə təltif olunub. Tədbir Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbə və müəllimlərin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Nərmin Mustafayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36