Təhsil 365 - Logo Mobile

Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”

11006.05.2026 - 17:32
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”

Mirzəyeva bildirib ki, bu vəziyyətdə prefrontal korteksin fəaliyyəti zəifləyir, insanın analiz etmək, nəticələri düşünmək və alternativləri qiymətləndirmək qabiliyyəti müvəqqəti olaraq azalır. “Belə anlarda insanın doğru nəticə çıxarması çətinləşir. Çünki emosional sistem daha sürətli reaksiya verir, rasional sistem isə geri qalır. Bu səbəbdən stres altında verilən qərarlar çox vaxt emosional üstünlük qazanır.”

Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında vurğulayıb ki, stres altında qərar vermək sadəcə bir psixoloji hal deyil, beynin iki əsas sistemi arasında baş verən daxili mübarizədir. Bir tərəfdə emosional reaksiya verən limbik sistem, xüsusilə amigdala, digər tərəfdə isə planlama və analiz etmə funksiyasını yerinə yetirən prefrontal korteks dayanır. “Stres zamanı amigdala siqnalı qəbul edir və bədənə mesaj göndərir. Bu mexanizm insanı real təhlükədən qorumaq üçün nəzərdə tutulub, lakin müasir həyatda bəzən real təhlükə olmasa belə aktivləşir. Bu zaman mübarizə və ya qaçmaq reaksiyası işə düşür, diqqət təhlükəyə yönəlir və hisslər məntiqdən üstün olur.”

Ekspertin sözlərinə görə, bu prosesi şüurlu şəkildə tənzimləmək mümkündür. İlk addım dayanmaq və bədənə qısa fasilə verməkdir. “Bir neçə dərin nəfəs almaq, bədəni dinləmək, emosiyaları hiss etmək və onların səbəbini anlamaq emosional reaksiyanın gücünü azaldır. Bu zaman beynin rasional hissəsi aktivləşməyə başlayır və insan daha məntiqli düşünür.”

Mirzəyeva əlavə edib ki, hissləri adlandırmaq da mühüm üsuldur. “Hazırda stresdəyəm, əsəbiyəm, gərginəm” kimi ifadələr emosiyanı tanımağa və tənzimləməyə kömək edir. Hətta bu hissləri yazmaq, dəftərə qeyd etmək və öz-özünə sual vermək — məsələn, ‘Əgər sabah sakit beyinlə olsaydım, bu qərarı yenə verərdimmi?’ — düşünmə gücünü artırır və insanın rasional tərəfini gücləndirir.”

Psixoloq vurğulayıb ki, stres altında verilən qərarlar tamamilə emosional olmur, lakin emosiyalar üstünlük qazana bilir. “Biz özümüzə şüurlu fasilə verdikdə, duyğularımızı izlədikdə və analiz etdikdə daxili mübarizədə balansı bərpa etmək mümkündür. Bu zaman stresin bizə nələr qazandırdığını və nələri aldığını daha yaxşı anlayırıq. Əslində stres düzgün tənzimləndikdə insana özünü tanımaq, emosiyalarını dərk etmək və daha güclü qərarlar vermək imkanı yaradır.”

Mirzəyevanın fikrincə, insanın öz emosiyalarını izləməsi, onları adlandırması və analiz etməsi stresin təsirini minimuma endirir. Bu isə həm gündəlik həyatda, həm də iş mühitində daha sağlam və balanslı qərarların qəbuluna şərait yaradır.

Mehriban İbadova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36