Təhsil 365 - Logo Mobile

Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

10708.05.2026 - 13:00
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər

Strasburq Universitetində “Azərbaycanlıların Avropada akademik elmi fəaliyyəti və universitetlərarası əlaqələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, Strasburq Universiteti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və Fransa–Azərbaycan Universitetinin (UFAZ) təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı təmsil edib. Fransa–Azərbaycan Universitetinin direktoru (UFAZ) dosent Vazeh Əsgərov isə konfransa onlayn formatda qoşulub.

Tarixi elmi əlaqələr və yeni əməkdaşlıq perspektivləri

Konfransın açılışında çıxış edən Strasburq Universitetinin prorektoru professor Jan-Mark Planeks XIX əsrin ortalarında ilk azərbaycanlı tələbə Mövsüm Xanlarovun kimya üzrə elmi dərəcə alması ilə başlayan Strasburq–Azərbaycan elmi əlaqələrinin bu gün daha yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanlı qonaqları salamlayaraq, konfransın gələcəkdə yeni elmi və təhsil əməkdaşlıqlarına yol açacağına inandığını bildirib.

Məruzələr və elmi müzakirələr

Konfrans çərçivəsində professor Solmaz Rüstəmova-Tohidi “Azərbaycanlıların Avropa universitetlərində təhsili – tarixi-faciəvi proses, yaxud gələcəyə açılan perspektivlər (1850–1950-ci illərə bir baxış)” mövzusunda məruzə ilə çıxış edib. Professor Hamlet İsaxanlı “Universitet araşdırmaları uzaq Şərq və uzaq Qərb arasında. Azərbaycandan nəzər” mövzusunda çıxış edərək Azərbaycan elmi düşüncəsinin beynəlxalq akademik məkanla əlaqələrini şərh edib. Dosent Vazeh Əsgərov isə “Universitet əməkdaşlığı və elmi inteqrasiya: Azərbaycan və Avropa arasında UFAZ nümunəsi” mövzusunda məruzə təqdim edib.

Tədbirdə, həmçinin Strasburq Universitetinin alimləri - Samim Akkönül, Stefan de-Tapia, Dilek Sarmış, Tamerlan Quliyev və Didier Frankfort Avropa ali təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

İren Melikoffun xatirəsinə həsr olunan iclas

Konfrans iclasları Strasburq Universitetinin görkəmli azərbaycanlı alim, məşhur türkoloq və Azərbaycanın böyük dostu mərhum İren Melikoffun adını daşıyan ən böyük amfiteatrda keçirilib. İclaslardan biri onun xatirəsinə həsr olunub. Fransız türkoloqu Stefan de-Tapia və İren Melikoffun qızı Şirin Melikoffun çıxışları, eləcə də nümayiş etdirilən arxiv materialları və filmlər Azərbaycan–Fransa elmi əlaqələrinin artıq 1990-cı illərdən etibarən yenidən canlandığını təsdiqləyib.

Konfransın fransalı təşkilatçıları tərəfindən azərbaycanlı alimlərin şərəfinə təşkil edilmiş şam yeməyində Strasburq Universitetinin rektoru professor Frederik Berro və prorektor professor Jan-Mark Planeks iştirak ediblər.

Görüş zamanı azərbaycanlı alimlər Hamlet İsaxanlı və Solmaz Rüstəmova-Tohidi ilə Strasburq Universitetinin nümayəndələri arasında təhsil və akademik tədqiqat sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36