Təhsil 365 - Logo Mobile

Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

11010.05.2026 - 12:40
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

Azərbaycanın müasir tarixinə nəzər saldıqda, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli tərəqqinin əsasında dayanan ən mühüm amilin təhsil olduğunu görürük. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri məhz Azərbaycan təhsilini milli və bəşəri dəyərlər işığında yenidən qurmasıdır. Bu gün bu uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir.

Tehsil365” Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsil tarixinə və bu sahənin müasir dövrdə inkişaf yoluna nəzər salır.

Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illər təhsilimizin “qızıl dövrü” hesab olunur. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” fəlsəfəsi ölkədə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına xidmət edirdi. Bu yanaşma sonrakı onilliklər ərzində Azərbaycanın intellektual inkişafının əsasını təşkil etdi və müstəqillik illərində də aktuallığını itirmədi.

Xaricdə təhsil ənənəsi

1970-ci illərdən başlayaraq hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərildi. Bu, gələcək müstəqil Azərbaycanın intellektual elitasının təməli idi. Heydər Əliyevin birbaşa diqqəti sayəsində 1969-1982-ci illərdə 15 mindən artıq azərbaycanlı gənc keçmiş ittifaqın aparıcı universitetlərində təhsil aldı. Həmin tələbələr sonralar müstəqil Azərbaycanın elm, təhsil, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində aparıcı mövqelər tutdular.

Milli hərbi kadrların hazırlanması

Heydər Əliyevin uzaqgörən siyasətinin digər mühüm istiqaməti milli hərbi kadrların yetişdirilməsi idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması gələcək müstəqilliyimiz üçün atılan strateji addımlardan biri hesab olunur. Bu məktəb illər ərzində yüzlərlə peşəkar hərbi kadr hazırladı və Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadı.

Maddi-texniki bazanın yenilənməsi

Həmin illərdə respublikanın ən ucqar kəndlərində belə müasir məktəb binaları inşa edildi, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilib. 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, 1973-cü ildə isə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul edilib. Nəticədə orta məktəb şəbəkəsi genişlənib, təhsilin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. XX əsrin 70-ci illərinin birinci yarısında Heydər Əliyevin təşəbbüsü ilə 35 şəhər və 54 kənd tipli peşə məktəbi istifadəyə verilib. Beş yeni ali təhsil müəssisəsi açılıb, ali məktəb tələbələrinin sayı 70 mindən 100 minə qədər artıb. Bu dəyişikliklər Azərbaycan təhsilinin maddi-texniki bazasını ciddi şəkildə möhkəmləndirib.

Müstəqillik illəri: milli təhsil quruculuğu

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dağılmaqda olan təhsil sistemini xilas etdi. Müharibə, iqtisadi böhran və ərazi itkisi kimi ağır sınaqlar şəraitində belə təhsil prioritet sahə olaraq qaldı. 1998-ci ildə yaradılmış Dövlət Komissiyasının hazırladığı və 1999-cu ildə təsdiqlənmiş “Təhsil sahəsində İslahat Proqramı” bu sahədəki durğunluğu aradan qaldırdı və Azərbaycan təhsilinin dünya təhsil məkanına inteqrasiyasının əsasını qoydu. Ümumi orta təhsilin 11 illik sistemə keçidi, yeni qanunvericilik aktlarının hazırlanması və Avropa konvensiyalarına qoşulma bu dövrün ən mühüm nailiyyətləri sırasında idi.

Prezident İlham Əliyevin rəhbərliyi: modernləşmə və keyfiyyət mərhələsi

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsili bu gün ən dinamik inkişaf dövrünü yaşayır. Bu siyasətin mərkəzində “qara qızılın insan kapitalına çevrilməsi” ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti davam etdirən Prezident İlham Əliyev təhsili ölkənin dayanıqlı inkişafının əsas sütunlarından biri kimi görür.

İnfrastrukturun yenilənməsi

Son 20 ildə Azərbaycanda 3600-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu prosesə misilsiz töhfələr verib. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa, Ağdam və Füzulidə ucaldılan ən müasir məktəb binaları təhsilin dirçəlişinin simvoluna çevrilib.

Beynəlxalq rəqabətlilik

Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair dövlət proqramları sayəsində minlərlə gəncimiz dünyanın ən yaxşı universitetlərində biliklərə yiyələnir. Bu proqramlar Azərbaycanın insan kapitalını qlobal miqyasda gücləndirir və ölkəmizin beynəlxalq arenadakı rəqabət qabiliyyətini artırır.

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36