Təhsil 365 - Logo Mobile

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib

7710.05.2026 - 19:16
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib

Mingəçevir Dövlət Universiteti və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş I MDU Yaşıl Kampus İdman Festivalı keçirilib.

“Tehsil365"in verdiyi məlumata görə, gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji mədəniyyətin gücləndirilməsi, yaşıl düşüncə tərzinin formalaşdırılması və dayanıqlı kampus həyatının təşviqi məqsədi daşıyan festival regionun ən genişmiqyaslı yaşıl idman təşəbbüslərindən biri kimi böyük maraqla qarşılanıb. Festivalda Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti, tələbələr, magistrantlar, məzunlar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, peşəkar və həvəskar idmançılar, tərəfdaş qurumların nümayəndələri, şəhər ictimaiyyəti və media nümayəndələri daxil olmaqla ümumilikdə 3000-dən çox iştirakçı yer alıb.

Festivalın açılış mərasimində MDU-nun Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov universitetdə həyata keçirilən “Yaşıl Kampus” strategiyasının yalnız ekoloji təşəbbüslərlə məhdudlaşmadığını, eyni zamanda, sağlam həyat tərzi, fiziki aktivlik, sosial rifah və məsuliyyətli vətəndaşlıq dəyərlərini özündə birləşdirən kompleks inkişaf modeli olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, universitetdə formalaşdırılan müasir kampus mühiti tələbələrin ekoloji düşüncə tərzinin inkişafına, dayanıqlı həyat vərdişlərinin təşviqinə və sağlam cəmiyyət modelinin gücləndirilməsinə xidmət edir.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov çıxışında gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və regionlarda kütləvi idman hərəkatının genişləndirilməsinin dövlət gənclər siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. O, MDU ilə təşkil olunan belə innovativ və sosial təşəbbüslərin gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini bildirib.

Festival çərçivəsində marafon/qaçış, voleybol, futbol, üzgüçülük, velosiped yarışı, stolüstü tennis və ekoyarışlar təşkil olunub. Yarışlarda universitetin tələbələri, əməkdaşları, məzunları, həmçinin tərəfdaş qurumların nümayəndələri fəal iştirak ediblər. Marafon/qaçış və velosiped yürüşləri Mingəçevirin mərkəzi küçələri boyunca təşkil olunub. Şəhərin yaşıllıq zolaqları və açıq hava marşrutlarını əhatə edən yürüşlər ekoloji məsuliyyət, aktiv şəhər həyatı və karbon emissiyalarının azaldılması ideyalarını təşviq edən nümunəvi ictimai platformaya çevrilib. Xüsusilə diqqətçəkən məqamlardan biri festival iştirakçılarının tədbir məkanına əsasən avtomobilsiz — piyada, velosiped və ictimai nəqliyyat vasitələri ilə gəlməsi olub. Bununla iştirakçılar dayanıqlı mobillik, təmiz nəqliyyat və şəhər mühitində karbon izinin azaldılması ilə bağlı ictimai çağırışa dəstək nümayiş etdiriblər. Festivalın müxtəlif idman yarışları açıq hava və yaşıllıq mühitində təşkil olunub, iştirakçılar üçün ekoloji baxımdan təhlükəsiz və sağlam atmosfer yaradılıb.

Qalib komandalar və fərdi iştirakçılar medal, kubok və xüsusi sertifikatlarla təltif olunublar. Tədbir konsert proqramı və musiqili şoularla davam edib.

Festivalın diqqətçəkən təşəbbüslərindən biri də “Green Nutrition Zone” – Yaşıl Qidalanma Zonasının yaradılması olub. Zonada yerli və mövsümi məhsullar, orqanik qidalar, ekoloji təmiz istehlak nümunələri və plastikdən istifadə olunmayan qablaşdırma həlləri təqdim edilib. Eyni zamanda, “Zero Waste Food” konsepti çərçivəsində qida tullantılarının minimuma endirilməsi, təkrar istifadə və məsuliyyətli istehlak yanaşmaları təşviq olunub.

Nərmin Mustafayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36