Təhsil 365 - Logo Mobile

ASAP Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirib

9810.05.2026 - 16:08
ASAP Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə xarici ölkələrdə - Avstriya, Latviya və Çin Xalq Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

“Tehsil365“ xəbər verir ki, Avstriyanın Vyana şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə bağlı gənclər konfransı keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ASAP-ın icraçı direktoru Güldanə Dadaşova və ASAP Avstriya nümayəndəsi Ənvər Əliyev Ümummilli Liderin təhsil və elmə, mədəni inkişafa verdiyi sistemli dəstəkdən danışıblar. Bildirilib ki, dahi şəxsiyyətin əsas hədəflərindən biri Azərbaycanın elmi və intellektual potensialını inkişaf etdirmək idi. Onun təşəbbüsü ilə ölkədə elmi-tədqiqat institutları gücləndirilib, minlərlə azərbaycanlı gəncin bacarıqlı kadr kimi formalaşdırılması istiqamətində əməli addımlar atılıb. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi baş tutub. Tədbirin bədii hissəsində isə gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında musiqi nömrələri təqdim olunub.

Latviyanın Riqa şəhərində 10 may - Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib. Tədbir zamanı Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Latviya Seyminin azərbaycanlı millət vəkili Amil Səlimov və ASAP-ın icraçı direktoru Güldanə Dadaşova Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti çərçivəsində həyata keçirilən təşəbbüslər barədə danışıblar. O cümlədən xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərə bağlılığının qorunması, eləcə də onların beynəlxalq mühitdə ölkəmizin maraqlarının təbliğində oynadığı mühüm rol barədə fikir mübadiləsi aparılıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “İrs” filmi nümayiş olunub.

Çinin Pekin şəhərində ASAP və Azərbaycan–Çin Məzunlar Assosiasiyasının (ACAA) birgə təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Çində təhsil alan azərbaycanlı tələbələrin iştirak etdiyi tədbir zamanı ASAP Çin nümayəndəsi Nəsimi Sadiqli və Azərbaycan-Çin Məzunları Assosiasiyasının (ACAA) nümayəndəsi Araz Məhərrəmli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərin bir fərd kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğı, xüsusilə müxtəlif ölkələrlə təhsil sahəsində əməkdaşlığın genişləndirilərək hər il yüzlərlə gəncin həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilməsinin Azərbaycanın xarici ölkələrdə layiqli təmsilçiliyindəki əhəmiyyəti barədə danışıblar. Sonda isə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin dövlətçilik irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mehriban İbadova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36