Təhsil 365 - Logo Mobile

Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir

8811.05.2026 - 17:55
Bugünkü Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında etdiyi bu paylaşım həm də müasir Azərbaycan gerçəkliyinin təsbitidir: “Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir”.

Tehsil365” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev səsləndirib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin 103-cü ildönümünü işğaldan azad olunmuş Şərqi Zəngəzurda açılış və yeni təməlqoyma mərasimlərində şəxsi iştirakları ilə qeyd etdilər. Yalnız fiziki miqyası ilə deyil, ilk növbədə, dövlətimizin mənəvi dəyərlər seçiminə bağlılığını ifadə edən bu layihələrin hər biri Ulu Öndərin 1993-cü il 15 iyundan başlayan Xilaskarlıq missiyasının gətirib çıxardığı qalib Azərbaycan gerçəkliyidir! Cəbrayıl rayonunun Şükürbəyli kəndində və Zəngilan şəhərində inşa olunmuş yeni yaşayış komplekslərindəki mənzillərin keçmiş məcburi köçkünlərə təqdimat mərasimləri Azərbaycan Prezidentinin quruculuq seçiminin və Dövlətimizin qüdrətinin əyani təsdiqidir.

Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və quruculuq işləri həm də onun sübutudur ki, işğal dövründə Ermənistan tərəfindən törədilən vandallıq aktlarının və dağıntıların miqyasına baxmayaraq, Azərbaycan heç kimdən kömək ummadan, bu böyük layihələri öz gücünə icra etmək qüdrətindədir. Bir çoxlarına örnək ola biləcək bu işlərin arxasında ölkəmizin iqtisadi potensialı ilə yanaşı, qalib Liderin sülhü təşviq edən quruculuq amalı, öz vətəndaşlarının dədə-baba torpaqlarında layiqli yaşayışını təmin etmək kimi əqidə ucalığı dayanır.

İndiki və gələcək nəsillər heç vaxt unutmamalıdır ki, Ulu Öndər Heydər Əliyevin Xilaskarlıq missiyasından başlayan və qalib Azərbaycan gerçəkliyinə gətirib çıxaran bu mübarizə yolunda hansı böyük güclərin davamlı təzyiqi, maneəsi və çirkin qarayaxma kampaniyası ilə üzləşməli olmuşuq. Yalnız sarsılmaz iradə və əyilməz mübarizə əzmi, xalqımızın birliyi və öz Liderinə tərəddüdsüz inamı, Ordumuzun və Azərbaycan gəncliyinin hər cür fədakarlığa hazır olması bədxahlarımızın çoxəsrlik məkrli planını iflasa uğratdı. Bu gerçəklik bir çoxlarında, hətta əzəli düşmən və bədxahlarımızda bu gün paxıllıq, bəzən isə qibtə hissi doğurur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Son iki əsrlik tariximizin ən böyük Zəfərini, müstəqil və qüdrətli Azərbaycan reallığını qorumaq və onu əbədi etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilanda səsləndirdiyi açıqlamaların arxasında dayanan həqiqətləri də heç vaxt unutmamalıyıq: “44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil-onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər... Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Ümummilli Lider Heydər Əliyev müdrik kəlamlarından birində qeyd edirdi ki, “Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Bugünkü qalib və qüdrətli Azərbaycan gerçəkliyi Ulu Öndərin bu ibrətamiz nəsihətində də nə qədər haqlı və uzaqgörən olduğunu əyani şəkildə təsdiq edir. Müasir Azərbaycan Heydər Əliyev siyasi irsinin ləyaqət rəmzidir!

https://modern.az/az/parlament/601587/bugunku-azerbaycan-heyder-eliyev-siyasi-irsinin-leyaqet-remzidir/

Fatimə Cəfərzadə

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36