Təhsil 365 - Logo Mobile

BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

10513.05.2026 - 13:10
BMU-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində Azərbaycan-özbək əlaqələrinə dair elmi seminar

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan dili və pedaqogika və Ümumi fənlər kafedralarının birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Azərbaycan, özbək dil və mədəniyyəti əlaqələri” mövzusunda elmi seminar keçirilib. Seminarda Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri, BMU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BMU-dan “Tehsil365” ə bildirilib ki, tədbirin açılışında Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının ortaq mədəni və elmi yaddaşında mühüm yer tutduğunu bildirib. O, qurultayın yalnız elmi hadisə deyil, həm də türk xalqlarının dil və mədəni birliyini təşviq edən əlamətdar təşəbbüs olduğunu vurğulayıb. Eyni zamanda, qurultayın türk dillərinin inkişafı, qarşılıqlı yaxınlaşması və ortaq elmi platformanın formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu cür seminarların isə Azərbaycan-özbək elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva seminarın Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafına, ortaq türk mədəni irsinin daha yaxından öyrənilməsinə xidmət etdiyini vurğulayıb.

Sonra Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dili və ədəbiyyatı kafedrasının müdiri Saodat Muhamedova “Özbək və Azərbaycan dillərində sevgi bildirən dil vahidləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər iki dildə əzizləmə, oxşama ifadə edən söz və ifadələrin fonetik, leksik, sintaktik və morfoloji xüsusiyyətləri müqayisəli şəkildə təhlil olunub.

Seminarda, həmçinin universitetin alimləri Xurşida Kadirova “Özbək və Azərbaycan dillərində atalar sözlərinin tipologiyası”, Tolqin Toğayev isə “Rus dilindəki bəzi türk (özbək) alınmaları haqqında” mövzularında məruzələr təqdim ediblər. Məruzələrdə Azərbaycan və özbək dillərindəki atalar sözlərinin tematik və semantik uyğunluqları, milli-mədəni xüsusiyyətləri əks etdirməsi barədə ətraflı məlumat verilib. Eyni zamanda, rus dilində işlənən bəzi türk mənşəli sözlərin yaranma və işlənmə xüsusiyyətlərinə toxunulub.

İnteraktiv formatda keçirilən seminarda iştirakçıların sualları cavablandırılıb, məruzələr ətrafında müzakirələr aparılıb.

Tədbirin davamında BMU-nun kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Şövkət Kərimov Türk dünyasının böyük söz ustadları Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığından bədii nümunələr səsləndirib.

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36