Təhsil 365 - Logo Mobile

Sağlam qidalanma haqqında insanların ən çox etdiyi səhvlər hansılardır? - Məhsəti Hüseynova

10913.05.2026 - 15:00
Sağlam qidalanma haqqında insanların ən çox etdiyi səhvlər hansılardır? - Məhsəti Hüseynova

“Bir çox insanlar bu gün sağlam qidalanma deyərkən, ən çox satılan qida məhsullarının etiket məlumatlarını oxumamaq, onların tərkibi ilə bağlı maraqlanmamaqla yanaşı, daha çox kalori miqdarına fikir verirlər.”

Bu sözləri “Tehsil365” ə açıqlamasında , qida eksperti Məhsəti Hüseynova bildirib.

“Burada da kalori miqdarını hesablayarkən balanslaşmanı nəzərdən qaçırırlar. Çünki kalori miqdarı, tutaq ki, bir insan gün ərzində 1500–2000 kalori qəbul etməlidirsə, bu hər bir insana görə təbii ki, dəyişir. Bu kalori miqdarını qəbul etdiyi bir qidadan almaq onun üçün faydalı hesab olunmur. Bu, balanslı karbohidratlar, yağlar, zülallar və vitamin-minerallar dərəcəsində nisbətlə hesablanmalıdır.Gün ərzində qəbul etdiyi qidada, tutaq ki, kişilər 30–35 qram, qadınlar 20–25 qram şəkər qəbul etməlidirsə, bu şəkərin, bu karbohidrat miqdarının hamısını şəkərdən, şəkər məhsullarından, unlu məmulatlardan, qazlı, rəngli, şəkərli içkilərdən deyil, daha çox meyvələrdən, quru meyvələrdən, paxlalılardan da almalıdır ki, bu balansı düzgün hesablasın. Eyni zamanda, bir çox insanlar səhər yeməyini qəbul etmirlər ki, bu da yanlış bilinən məqamlardandır. Çünki gün ərzində səhər yeməyini qəbul etməyən insanlar digər yemək zamanlarında normal qida qəbulundan 30–40% daha artıq qida qəbul etməyə meyilli olurlar və bu da onların çəkisinin artmasına, gün ərzində yorğunluğa və diqqətin yayınmasına, əzginliyə gətirib çıxarır.Bir məqam isə satışda olan “şəkərsiz”, “diet”, “fit”, “light” kimi məhsullara kor-koranə inanmaqdır. Bu məhsullarda yağ miqdarı az olsa da, dadlandırıcı olaraq kimyəvi maddələrdən istifadə olunur. Eləcə də şəkərsiz olsa da, tərkibində kimyəvi qatqı maddəsi kimi aspartam istifadə olunursa, bu daha zərərlidir və insan orqanizmində tam düzgün həzm olunmur, zamanla qaraciyər və böyrək problemlərinə gətirib çıxara bilər. Bu məqamlara da diqqət etmək lazımdır.Ən çox rast gəlinən yanlışlardan biri gec saatlarda ağır qida qəbuludur. Bəzən düşünürlər ki, əgər axşam hər hansı bir məclisdə çox yeyiblərsə, səhər az yeməklə bunu tənzimləyəcəklər. Bu, heç də belə deyil. Yaxşı olar ki, axşam saatlarında, xüsusilə yatmazdan əvvəl yağlı, qızartma və ağır qidalar qəbul edilməsin. Bu da mədə-bağırsaq problemlərinə və artıq çəkiyə gətirib çıxara bilər.Bir çox hallarda su qəbulu da unudulur. Bu, orqanizmdə susuzluqla yanaşı, daxili orqanların funksiyasının pozulmasına, metabolizmin zəifləməsinə və bağırsaq sağlamlığının pisləşməsinə səbəb olur. Ona görə də gün ərzində insan orqanizmi hər kiloqram çəkiyə görə 0,30 litr su qəbul etməlidir. Bu suya təmiz su, ayran və meyvələrin tərkibindəki maye də daxildir.Sağlam qidalanmanın vazkeçilməzlərindən biri mövsümi meyvə-tərəvəzlərdir. Bəzən insanlar düşünür ki, əgər faydalıdırsa, bundan istədiyi qədər yeyə bilər. Bu da yanlış fikirdir. Faydalı olsa da, meyvə-tərəvəzin tərkibində müəyyən miqdarda şəkər var. Ona görə də miqdarı aşmamaq lazımdır. Şirin meyvələr günün birinci yarısında, neytral, az şirin və turş meyvələr isə günün ikinci yarısında yeyilsə, daha faydalı hesab olunur.Bir çoxları sağlam qidalanmanın çox baha olduğunu düşünür, bu da tamamilə yanlışdır. Orta hesabla sağlam qida hesab olunan məhsullar düzgün seçilərsə və gündəlik qəbul miqdarı düzgün tənzimlənərsə, bu heç də baha deyil. Sadəcə balans, porsiyaya nəzarət, məhsulun tərkibi ilə bağlı məlumatları araşdırmaq və sağlam qidalanmanı həyat tərzinə çevirmək lazımdır.”

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36