Təhsil 365 - Logo Mobile

BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib

9813.05.2026 - 17:15
BMU-da Almaniyada fəaliyyət göstərən mütəxəssisin iştirakı ilə seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər” mövzusunda seminar təşkil edilib.

“Tehsil365“ xəbər verir ki, seminarda BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Dilqəm Qəniyev, eləcə də “Hydrotrans Engineering” Mühəndislik Mərkəzinin əməkdaşları iştirak ediblər.

Öncə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə olan və seminarın əsas məruzəçisi qismində çıxış edən Elçin Abdullayev haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Almaniyanın “Kirn Ingenieure” şirkətində infrastruktur və mülki tikinti üzrə baş layihə rəhbəri vəzifəsində çalışan E.Abdullayev şəhər infrastrukturu, nəqliyyat sistemləri və dayanıqlı mühəndislik həlləri sahəsində geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Almaniyada müxtəlif infrastruktur layihələrinin idarə olunması, müasir urbanizasiya çağırışları və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələrdə iştirak edib.

Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə təşkil olunan bu cür elmi-praktik tədbirlərin ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri, dayanıqlı şəhərsalma və müasir infrastruktur sistemlərinin formalaşdırılması məsələləri hazırda qlobal elmi və mühəndislik gündəliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan tələbə və gənc tədqiqatçıların beynəlxalq təcrübə ilə yaxından tanış olması, həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yaqub Piriyev WUF13 kimi nüfuzlu beynəlxalq platformanın Bakıda keçirilməsinin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini fikirlərinə əlavə edib. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı şəhər inkişafı, urbanizasiya proseslərinin idarə olunması və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin elmi baxımdan araşdırılmasının aktuallığını diqqətə çatdırıb.  

Sonra məruzə ilə çıxış edən Elçin Abdullayev iqlim dəyişikliklərinin şəhər infrastrukturlarına təsiri, dayanıqlı mühəndislik yanaşmaları və müasir urbanizasiya prosesləri ilə bağlı elmi-praktik məsələlərə toxunub. Qeyd olunub ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində şəhər mühitində müşahidə olunan risklər infrastruktur sistemlərinin daha davamlı və adaptiv prinsiplər əsasında layihələndirilməsini zəruri edir. Məruzədə dayanıqlı nəqliyyat sistemləri, su idarəetmə mexanizmləri, ekoloji cəhətdən səmərəli mühəndislik həlləri və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətində beynəlxalq təcrübələr ətraflı təqdim olunub. 
Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehriban İbadova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36