Təhsil 365 - Logo Mobile

“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub

10414.05.2026 - 12:50
“Bakı Dialoqları” jurnalının 2026-cı il yaz buraxılışı nəşr olunub

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun rüblük ingilisdilli nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalının 2026-cı ilin yaz buraxılışı işıq üzü görüb.

Bu barədə “Tehsil365” ə universitetdən məlumat verilib.

“Dünyaya məskən olmaq: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” başlığı ilə təqdim olunan bu buraxılış BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışı ərəfəsində yayımlanıb və dayanıqlı şəhərlərin qurulması, mənzil siyasəti və inklüziv urban inkişaf məsələlərinin beynəlxalq gündəmdə artan əhəmiyyətini əks etdirir. Buraxılışın qonaq redaktoru akademik məsələlər üzrə prorektorun müşaviri, İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi və Jan Mone kafedrasının rəhbəri Anar Vəliyevdir.

Jurnalın bu buraxılışında mənzil siyasətinin gələcəyi, təhlükəsiz və dayanıqlı şəhərlərin qurulması, urban transformasiya prosesləri və postmünaqişə dövründə icma quruculuğu kimi məsələlər geniş analitik çərçivədə təhlil edilir.

Müəlliflər sürətlə dəyişən qlobal urbanizasiya tendensiyalarını həm beynəlxalq təcrübə, həm də Azərbaycan nümunəsi əsasında qiymətləndirirlər.

Buraxılışın “Mənzil və şəhərlərin gələcəyi” adlı ilk bölməsində mənzil siyasətinin şəhərlərin gələcəyinin formalaşdırılmasında oynadığı rol araşdırılır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbaxın “Mənzil məsələləri diqqət mərkəzində” məqaləsində mənzil təminatının sosial dayanıqlılıq və inklüziv inkişaf baxımından strateji əhəmiyyəti təhlil olunur. Silja Tillnerin “İnklüziv yaşayış mühiti: Vyana təcrübəsi” yazısında isə Vyana təcrübəsi əsasında inklüziv şəhər planlaşdırmasının əsas prinsipləri dəyərləndirilir.

“Bakıda və Azərbaycanda mənzil siyasəti: onilliklər boyu transformasiya” bölməsi Azərbaycanda mənzil və şəhərsalma siyasətinin transformasiyasına həsr olunub. Bayram Axundov və Leyla Seyfutdinovanın “İcmalar əsaslı şəhər yenidənqurması və mədəni irs” məqaləsində urban yenidənqurma proseslərinin tarixi irsin qorunması ilə əlaqəsi araşdırılır.

Emir Hüseynovun “Yaşayış üçün şəhərlər” yazısında insan amilinə əsaslanan şəhər konsepsiyası və müasir urban idarəetmə yanaşmaları təhlil edilir.

Bakıda əlçatan yaşayış məsələləri də ayrıca diqqət mərkəzində saxlanılıb. Karl Haddrell və Aysel Kərimlinin “Bakıda əlçatan mənzil” məqaləsində paytaxtda mənzil əlçatanlığı problemi və mümkün siyasət həlləri qiymətləndirilir.

Deniz Özge Aytaçın “Bakıda mənzil təminatından kənar” yazısında isə şəhər inkişafının yalnız yaşayış təminatı ilə məhdudlaşmayan daha geniş sosial və urban aspektləri araşdırılır.

Buraxılışın “Qarabağa Böyük Qayıdış” bölməsi Qarabağda bərpa və yenidənqurma proseslərinə həsr olunub.

Leyla Həsənovanın “Mənzil dayanıqlılığı” məqaləsində kimlik və mədəni yaddaşa əsaslanan memarlıq yanaşmalarının icma dayanıqlılığının formalaşdırılmasındakı rolu təhlil edilir. Lala Cumayeva, Fidan Namazova və Anar Vəliyevin birgə qələmə aldıqları “Davamlı və dayanıqlı icmaların qurulması” yazısında isə azad edilmiş ərazilərdə dayanıqlı yaşayış məkanlarının qurulması məsələləri araşdırılır.

“Bakı Dialoqları” jurnalının bu buraxılışı şəhərlərin gələcəyi, sosial inklüzivlik və dayanıqlı urban inkişaf məsələlərinə dair beynəlxalq və regional baxışları bir araya gətirərək regionda urban siyasət müzakirələrinə mühüm töhfə verir.

Jurnalın tam versiyası ilə tanış olmaq və yükləmək üçün “bakudialogues.idd.az” səhifəsinə daxil ola bilərsiniz.

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36