Təhsil 365 - Logo Mobile

AYISƏSİNİN TƏBİƏTİ

11114.05.2026 - 14:05
AYISƏSİNİN TƏBİƏTİ

Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşkənd rayonunda kənddir. 1988-ci ildə kəndin sakinləri ermənilər tərəfindən deportasiya olunub və kənd hal-hazırda işğaldadır. Kəndin füsunkar təbiətindən bəhs edəcəyəm.

Kəndin florası çox zəngindir. Dağlarda yolotu, gicitkan, çiriş, əvəlik, ələyiz, cacıq, qazayağı, çıldırım, şıppırt, quzuqulağı, baldırğan, yelmik, çaşır, kortum, kəklikotu, çöl soğanı, çöl vəzərisi, yarpız, qokkiliy, ağ göbələk, qalın göbələk bol idi. Gicitkan, çiriş və yolotundan həm ləziz kətə hazırlanırdı, həm də qovrulub yeyilirdi. Əvəlik və ələyiz pencərini qurudub hörərək qışa saxlayardılar ki, omac aşı, çəkmə aşı, əriştə kimi dadlı xörəklər hazırlasınlar. Şıppırtı da qurudub qışa saxlayardılar. Əvəlik qaynadılıb yumurtayla da qovrulurdu. Çıldırımın kökü yeyilirdi. Baldırğandan turşu qoyulurdu və çiçəyindən dovğa da bişirilirdi. Quzuqulağı və yelmik duzla yeyiləndə dadlı olurdu. Kortum yetişəndə özəyini soyub yeyərdilər. Qokkiliy turpa bənzəyirdi, başını soyub yeyirdilər. Ətirli kəklikotundan çay dəmlənirdi. Yarpız suyun qırağında və quru yerdə olurdu, quru yerdə yetişən yarpız daha keyfiyyətli olurdu və yığıb dovğasını hazırlayırdılar.

İtburnu, zirinc, əppəyli, qaraca, dağdağan, quş alması, çöl armudu da bol idi. İtburnu atamgilin evinin üst tərəfində yetişirdi, şirəsi hazırlanır və çayı da dəmlənirdi. Çöl armudunu otun arasında saxlayıb qışda yeyirdilər. Yazda zirincin yarpağı yeyilirdi. Qaraca əvvəl qızarırdı, qaralana doğru yeyilirdi. Yazda dağlarda lalə, bənövşə, nərgiz göz oxşayırdı. Qızıl ala balıq çaylarda çox olurdu, başqa yerlərdən də gətirib çaya buraxırdılar ki, bol olsun. Evlərdə inək, qoyun, keçi və s. saxlayırdılar. Meşələrdə ayı, çöl qabanı, dağ keçisi, sığırçın, çil, bildirçin, şanapipik, ağacdələn çox idi.

Ayısəsinin dağının, çayının, bulağının da gözəlliyi və özəlliyi var. Ağ bulağa Südlü bulaq da deyilirdi. Suyu süd kimi idi. Dik yoldan Dinməz suya gedirdin, Şiş qayada oradadır. Dinməz suda Turş su da var, qazlı olduğu üçün içmək olmurdu. Dinməz suda süfrə açıb yemək də yeyərdilər. Dinməz suya gedəndə görürdün ki, daşlarda qazanın arxasının, atın nalının izi var, buraya bayda dalı deyilirdi. Ayıölənə dağdan suların gətirdiyi daşları daban daşı kimi də işlətmək olurdu.

Ayısəsi deyəndə Tələ meşəsi, Qalon yurdu, Təzəyli, Kürdün yurdu, Dərə yer, Taxtalar, Uzunlar, Baş yol, Orta yol, Ayaq yol, Pənahın yurdu, Ayı ölən, Ortaqlı, Demin düzü, Demin bulağı, Bağın armudları, Sənəmin armudu, Taharın armudu, Qabaq Kəfşən də yada düşür. Deyilənə görə, vaxtiykən kəndin girəcəyi- baş yoldan gələndə Gavın qəyəsində Torpaq yeyənin səngəri var idi, o buradan kəndi qoruyardı. Bu ona işarədir ki, kəndin tarixi qədim, təbiəti də zəngindir.

Zəhra Əliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36