Təhsil 365 - Logo Mobile

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

7714.05.2026 - 18:27
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

İstanbulda açılan “ARTcontact” VI Beynəlxalq Çağdaş Sənət Sərgisində azərbaycanlı rəssam və heykəltəraşlarının əsərləri sərgilənir.

“Tehsil365" AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə ölkəmizdən Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) rəngkarlıq kafedrasının müdiri, dosent Ramil Məmmədov, akademiyanın nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, AzRA-nın müəllimləri, dosent Bəxtiyar Yusufov, heykəltəraşlar baş müəllim Rahib Qarayev, Jalə Əliyeva, heykəltəraş Namiq Hüseynov, rəssamlar Nəzrin Xələfova və Fəxriyə Əliyeva, keramist-rəssam Fidan Həmidzadənin əsərləri nümayiş olunur. Bundan əlavə builki “ARTcontact”da Niderlandda yaşayan azərbaycanlı rəssamlar, SintLucas İncəsənət İnstitutunun müəllimi Rasim Hüseynov və Vəfa Rüstəmova, həmçinin Türkiyədə yaşayan həmyerlimiz bərpaçı-rəssam Vaqif Zeyidin də əsərləri yer alır.

Tədbirdə azərbaycanlı sənət adamlarının ümumilikdə 19 heykəltəraşlıq, 87 rəngkarlıq və akvarel işi, eləcə də 50 yaxın keramik əsərləri nümayiş olunur.

Bununla bağlı AZƏRTAC-a məlumat verən Namiq Hüseynov hazırda fəaliyyətini Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri İncəsənət kafedrasının müəllimi olaraq davam etdirdiyini deyib: “Sərgiyə “Qarabağ atı”, “Qədim Bakı” və “Bakı nağılı” mövzusunda üç əsərim təqdim edilib. Hər il Azərbaycan rəssamlıq sənətini təmsil edərək bu sərgiyə qatılırıq. Əsas məqsədimiz incəsənətimizin daha geniş auditoriya çatdırılmasıdır”.

Niderlanddan tədbirə qatılan rəssamımız Rasim Hüseynov isə açıqlamasında artıq 26 ildir bu ölkədə yaşadığını və fəaliyyətini orada davam etdirdiyini deyib: “Bu 26 il ərzində yüzdən artıq sərgim açılıb. İstanbuldakı sərgidə “Ana” mövzusunda Azərbaycan miniatür sənətini təmsil edən əsərlərim nümayiş olunur. Mövzu Qarabağın çətin dövrünə həsr edilib”.

Qeyd edək ki, “ARTcontact İstanbul” şəhərin ən böyük beynəlxalq tədbirlərindən biri olmaq xüsusiyyətini daşıyır. Hər il geniş iştirakçı kütləsinə ev sahibliyi edən tədbir dünyanın müxtəlif bölgələrindən gələn sənətçilərə yeni bazar imkanları təqdim etməklə yanaşı, onların beynəlxalq əlaqələr qurmasına və sənət dünyasında daha görünən olmasına şərait yaradır. Müasir incəsənətin müxtəlif sahələrinə aid əsərlərin nümayiş olunduğu sərgidə, həmçinin panel müzakirələri, ustad dərsləri və xüsusi tədbirlər də təşkil edilir. Builki tədbirdə dünyanın 40 ölkəsindən mindən artıq sənətçinin müxtəlif mövzu və üslublarda hazırlanan əsərləri sərgilənir.

Nərmin Mustafayeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36