Təhsil 365 - Logo Mobile

Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb

14631.05.2026 - 05:40
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb

Hazırda Psixi Sağlamlıq Böhranın yaşandığı bir dövrdə yaşayırıq. Dünyada 1,2 Milyard İnsan Nə Üçün Risk Altındadır?

Son illərdə psixi sağlamlıq mövzusu daha çox müzakirə olunsa da, yeni qlobal araşdırmalar problemin düşündüyümüzdən daha böyük olduğunu göstərir. Dünyanın ən nüfuzlu tibbi nəşrlərindən biri olan The Lancet jurnalında yayımlanan genişmiqyaslı analizə görə, 2023-cü ildə təxminən 1,2 milyard insan müxtəlif psixi pozuntularla yaşayırdı. Tədqiqat 204 ölkə və ərazini əhatə edərək bu sahədə indiyədək aparılmış ən geniş araşdırmalardan biri hesab olunur.

Bu rəqəm o deməkdir ki, Yer kürəsində yaşayan təxminən hər 7 nəfərdən biri müəyyən psixi sağlamlıq problemi ilə qarşılaşır. Araşdırma həmçinin göstərir ki, 1990-cı ildən bəri psixi pozuntuların yayılması demək olar ki, iki dəfə artıb.

Ən çox rast gəlinən problemlər hansılardır?

Araşdırmanın nəticələrinə görə ən geniş yayılmış psixi sağlamlıq problemləri narahatlıq (anksiyete) pozuntuları və depressiyadır. Xüsusilə COVID-19 pandemiyasından sonrakı dövrdə bu göstəricilərdə ciddi artım müşahidə olunub. 2019-cu ildən sonra anksiyete pozuntularının yayılması 47%-dən çox, böyük depressiv pozuntuların yayılması isə təxminən 24% artıb.

Bu artım yalnız tibbi statistika deyil. O, insanların gündəlik həyatında daha çox stress, emosional gərginlik, tükənmişlik, sosial təcrid və həyat keyfiyyətinin azalması kimi nəticələrlə özünü göstərir.

Kimlər daha çox risk altındadır?

Tədqiqat göstərir ki, qadınlarda anksiyete və depressiya göstəriciləri kişilərlə müqayisədə daha yüksəkdir. Eyni zamanda ən yüksək psixi sağlamlıq yükü 15–19 yaş arası yeniyetmələrdə müşahidə olunur.

Bu nəticə xüsusilə məktəblər, ailələr və psixoloji xidmət sahəsində çalışan mütəxəssislər üçün vacib mesajdır. Yeniyetməlik dövrü şəxsiyyətin formalaşdığı, emosional həssaslığın artdığı və sosial münasibətlərin böyük əhəmiyyət qazandığı mərhələdir. Bu dövrdə vaxtında göstərilən psixoloji dəstək gələcəkdə daha ciddi problemlərin qarşısını ala bilər.

Psixi sağlamlıq niyə artıq qlobal problem hesab olunur?

Araşdırmaya görə psixi pozuntular artıq dünyada əlillik və həyat keyfiyyətinin itirilməsinə səbəb olan əsas amillərdən birinə çevrilib. Psixi sağlamlıq problemləri insanların təhsilinə, iş həyatına, ailə münasibətlərinə və ümumi rifahına birbaşa təsir göstərir.

Burada vacib məqam odur ki, psixi pozuntu diaqnozu olan hər insan ağır vəziyyətdə və ya təhlükəli deyil. Cəmiyyətdə hələ də mövcud olan stereotiplərin əksinə olaraq, anksiyete, depressiya və digər bir çox psixi sağlamlıq problemləri olan insanlar gündəlik həyatlarını davam etdirə, işləyə və sosial fəaliyyət göstərə bilirlər. Lakin vaxtında dəstək almadıqda bu problemlər insanın funksionallığını ciddi şəkildə azalda bilər.

Müalicə və dəstək imkanları niyə kifayət etmir?

Araşdırma müəllifləri bildirirlər ki, ağır depressiyadan əziyyət çəkən insanların yalnız kiçik bir hissəsi adekvat psixoloji və ya psixiatrik yardım ala bilir. Bir çox ölkələrdə mütəxəssis çatışmazlığı, psixi sağlamlıq xidmətlərinin əlçatan olmaması və damğalanma (stiqma) insanların yardım axtarmasına mane olur.

Bu səbəbdən müasir yanaşma yalnız xəstəliyin müalicəsinə deyil, həm də profilaktikaya, erkən diaqnostikaya və maarifləndirməyə yönəlir.

Nəticə

Bu gün psixi sağlamlıq artıq yalnız fərdi məsələ deyil, qlobal ictimai sağlamlıq problemidir. Araşdırmalar göstərir ki, xüsusilə yeniyetmələr, gənclər və qadınlar üçün dəstək sistemlərinin gücləndirilməsi vacibdir. Məktəblərdə psixoloji xidmətlərin inkişaf etdirilməsi, ailələrin maarifləndirilməsi və psixoloji yardımın daha əlçatan olması gələcək nəsillərin rifahı üçün mühüm əhəmiyyət daşıyır.

Psixi sağlamlıq haqqında danışmaq zəiflik deyil. Əksinə, bu, insanın özünə və cəmiyyətə qarşı məsuliyyətli yanaşmasının göstəricisidir. Psixoloji rifahın qorunması fiziki sağlamlığın qorunması qədər vacibdir.

Mətanət Əliyeva psixoloq

Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36