Təhsil 365 - Logo Mobile

BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR

11305.06.2026 - 11:55
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR

İyunun 4-də Bakı Slavyan Universitetində (BSU) pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim, dosent Ənvər Abbasovun 75 illik yubileyinə həsr olunan “Təhsil innovasiyaları müstəvisində” mövzusunda konfrans keçirilib.

“Tehsil365" xəbər verir ki, Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev tədbirin həm Ənvər Abbasovun 75 illik yubileyinə, həm də müasir təhsil və ali təhsilin qarşısında duran aktual çağırışların müzakirəsi üçün mühüm platforma olduğunu vurğulayıb. Rektor qeyd edib ki, bu gün ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri əmək bazarının tələblərinə uyğun, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. O, xüsusilə pedaqoji kadr hazırlığı, təhsil məzmununun yenilənməsi, ömürboyu təhsil, inklüzivlik və süni intellektin tədris prosesinə inteqrasiyası kimi məsələlərin aktuallığını diqqətə çatdırıb.

Anar Nağıyev bildirib ki, BSU təhsil ictimaiyyəti ilə əməkdaşlığı genişləndirərək regionlarda müəllimlərlə görüşlər, forumlar və müxtəlif layihələr həyata keçirir, bu proseslər ali təhsillə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Rektor vurğulayıb ki, təhsil sahəsində aparılan müzakirələr universitetlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

Çıxışında Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafı, kurikulum islahatları və pedaqoji fikrin formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edən rektor onun BSU-da elmi-pedaqoji fəaliyyətinin universitet üçün böyük dəyər daşıdığını bildirib. Anar Nağıyev Ənvər Abbasovun zəngin təcrübəsinin gənc mütəxəssislərin və tədqiqatçıların yetişməsinə mühüm töhfə verdiyini vurğulayaraq, yubilyarın dövlət tərəfindən yüksək mükafatlarla təltif edilməsinin onun çoxillik fəaliyyətinə verilən layiqli qiymət olduğunu qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov çıxışında Ənvər Abbasovun Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb, onun elmi-pedaqoji fəaliyyətinin və kurikulum quruculuğu sahəsindəki xidmətlərini diqqətə çatdırıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov isə çıxışında Ənvər Abbasovun təhsil sahəsindəki çoxillik fəaliyyətini vurğulayaraq onun formalaşdırdığı elmi-pedaqoji irsin bu gün də aktuallığını qoruduğunu vurğulayıb.

Çıxış edən BSU-nun Jurnalistika kafedrasının müdiri, millət vəkili Vüqar Rəhimzadə Ənvər Abbasovun Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən bəhs edib, onun fəaliyyətinin gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.

Konfrans çərçivəsində əməkdar müəllim Asif Cahangirov "Müasir kurikulumların inkişaf tendensiyaları", “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi "Təhsil sistemində innovativ yanaşmalar", pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə "Ənvər Abbasovun elmi-pedaqoji əsərlərinin məzmunu", pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov "Səriştəəsaslı təhsil", ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı Faiq Şahbazlı "Yeni nəsil dərsliklərin yaradılması" , Təhsil İnstitutunun direktor müavini İlham Cavadov "Təhsil islahatlarının inkişaf mərhələləri və müasir çağırışlar", BSU-nun Tədris Departamentinin direktoru Zümrüd Yolçuyeva "Ənvər Abbasov və Bakı Slavyan Universiteti: elmi-pedaqoji əməkdaşlığın inkişaf istiqamətləri" mövzularında çıxış ediblər.

Çıxış edən Ənvər Abbasov yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, göstərilən diqqət və ehtiramı xüsusi dəyərləndirdiyini qeyd edib.















Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36