Təhsil 365 - Logo Mobile

OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən

12809.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən

Hər il may ayında obalara Kərki, Şirazlı, Arazdəyən kəndlərindən və Sədərəkdən camaat köç edərdi. Qədili, Pətəyli, Dübəyli, Qara bulaq, Birəli, Qara ağac, Haxıs, Ərmiy, Teş bulağı, Dərəyurd, Sultan bulağı, Nimçə bulağı, Zincirli, Ələyuçan, Nabat bulağı, Hacıölən, Kolanı, Mustux gözəl və əsrarəngiz obalarıydı. Obada dağlar dumanlı və qarlı olurdu. 

Əsas da Dərəyurdda dağlar qarlıydı. Gecələr obaya nəhəng qartallar, canavar, ayı gələrdi. Qartallar çəpişi, quzunu caynağıyla götürürdü. Obada bulaqlar o qədər soyuq olurdu ki, əlini vura bilməzdin. Kolanıda Əbülfəz Ağa ocağında və Zincirlidə ocaqda qurban kəsərdilər. Obada işıq olmurdu, lampa işığıyla maydan sentyabra kimi camaat burada yaşayırdı. Zincirlidə kilsə də varıydı. Uşaqlar oranı görmək istəyirdilər. Zivər xala onları aparıbdı. Buradakı keşiş taxta pəncərələri bağlayaraq onları qorxudub. Onlar da kilsəni görmədən tez çıxıb gediblər. Obalarda camaat mal-heyvan sürüsü, çoxlu toyuq-cücə saxlayarmış. Günorta qoyun sürüləri sağına gələrmiş, çobanlar onları otarırdı. Dağda ot biçib, pres düzəldib, qışa tədarük görərdilər.

Zəhmətkeş, qoçaq, mehriban nənəm Həvva və babam Kamilin 10 övladı və 90-a yaxın nəvə, nəticə və kötücəsi var. Nənəmin babalarının, dədələrinin əsli, kökü Haxısdandır. Sonra Kərkiyə, Bərdəyə köç eliyiblər. Dədəsi Məhəmməd bəy, babası Kəlboyu bəy tanınmış, sayılıb, seçilən tacirlər olub. Xeyirxah olublar. Nənəm obaya çatan kimi təndir qururmuş, bu təndirdə lavaş, çıppa, fətir, qiliy, qalın bişirirdi. Nəvələri üçün qiliyi hazırlayırdı. Təndiri həm yappayla, həm də çoxlu gəvən kolu, çör-çöp yığıb  yandırırlarmış. Babam, Arif və Akif dayılarım obaya gəlib gedərdi, anam, Asif dayım, Nüşabə və Pəri xalalarım nənəmlə burada qalardı. Həqiqət, Sədaqət xalalarım və Gürcüstan - Tiflisdən gələn Nəzakət xalam, gəlini Həvva xala obalar gözəl olduğu üçün gəlib qalardı. Anamın Əli və Həsən dayıları bacısını görmək üçün obaya gəlirdi. Xəvər, Xatın xalaları və Usub, Hüseyn dayıları da obada olurdular. Babam obaya gələndə anamgil balaca olduğu üçün onlara qalet(peçenye), kukruz, şirni(hər rəngdə dəmir qabda olurdu), peranik, marmalat gətirərdi, uşaqlar sevinərdilər. Onlarla çadırlar, butkalar qurulardı. Obaya hər şey kənddən gələrmiş, burada dükan yoxuydu. Hansı evdən pay gələrdisə, o pay obadakı bütün çadırlara bölünərdi. Obada mehribançılıq var idi. Hamı yığışıb bir yerdə samovar çayı qalayarmışlar. Obadan obaya qonaq gedərdilər. Şəlalə var idi, orada çimirdilər. Çayın qırağına gedib qazan qoyub, ocaq yandırıb, uşaqları çimizdirib, paltar yuyarmışlar, daşa, kola-kosa sərib qurudarmışlar. Ağacdan Qantar uşaqlar üçün düzəldilirdi, vedrələri Qantardan asıb su daşıyırdılar.

Nənəm səhər tezdən 5-də buz kimi bulaqdan su gətirirdi, xamanı suyun içinə tökürdü, əliylə kərə yağı hazırlayırdı, sonra ocaq qalayırdı, yekə qazanlarda yağ əridirdi, filyaklara töküb qış üçün hazırlıq görürdü. Pendir mayasını da özü hazırlayırdı, bir qab götürüb onun içinə bir bütün yumurta, buğda, noxud, qoyunun qursağını əlavə edirdi, bunların üzərinə su töküb pendir mayasını hazır edirdi. Bundan da pendir düzəldirdi. Nənəm anasından, nənəsindən öyrəndiyi yeməkləri həmişə hazırlıyırdı,  maşınkada ləziz yeməklər bişirirdi. Əvəlik, ələyəz yığıb, hörərək qurudub qışa saxlayırdılar. Əvəlikdən dadlı omac, xörək, çəkmə aşı bişirirdilər. Nənəm çox gözəl biskivit və əyirdək hazırlayırdı. İnəyin təzə balası olanda ilk süddən dadlı bulama düzəldərdi. Quru Nabat əriyi ilə soğança edəndə inəy yağıyla Qavırma da qatırdı. Buna Ərik xörəyi deyilirdi. Şorba bişirəndə də içinə 2 dənə yumurta, reyhan, mərzə vururdu, çox dadlı olurdu. Təndirdə çiriş kətəsi,  qurutlu, ələyəzli, soğançalı, noxudlu qatıq aşı və soğançalı, qavırmalı xəngəl, İrəvan kətəsi, Daş küftəsi, saxladığı çoxlu hinduşqalarla altı qazmaqlı əriştə aşı da bişirirdi. Qavıtı buğdadan qovurub kirkirədə çəkirdi, onu süd və şəkər tozuyla qatıb, qar topu kimi edib uşaqlara verirdi. Buğdadan yarmanı da kirkirədə hazırlayırdı, südlü yarma bişirib, ortasına yağ qoyurdu.Xəşil, quymaq, tər halva bişirirdi. Bu tər halvanı fərqli edən içinə doşab tökülməsiydi. Döyməc hazırlayırdı, yağı əridirdi və içinə qalın doğrayırdı. Bütün oba yığışıb ocaq qalıyıb, əriştə kəsib, sacda onu qovurardı. Dadlı şor, qurut, nehrə yağı, reyhanlı küpə pendirləri, torbada süzmə qatıq düzəldirdilər. Süd maşınıyla süd çəkirdilər, uşaqlar çörəyi bura tutub xama yeyirdilər.

Qarnıyarıq, buğatikanı, toppuz, dağdağanı uşaqlar yığıb yeyirdi. Qanatma sakkızını uşaqlar özü hazırlayırdı. Gözəl lalə çəmənlikləri olurdu. Dağlarda - ən çox Dərəyurdda, Teş bulağı və o biri obalarda çoxlu əvəlik, ələyəz, göbələk, solmaz çiçəyi, kəklikotu, baldırqan, çaşır, manda olurdu. Çaşır, manda, baldırqanla turşu qoyulurdu. Gözəl Nazlıqara pencəri varıydı, bunu yumurtayla bişirib yeyərdilər. Uşaqlar obada çoxlu kəklik yuvası və yumurtası görərdi. Meşələrdə zirinc, itburnu, meşə alması, meşə armudu, yemişan, ayıqarası, qoyungözü, alça olurdu, uşaqlar yığıb yeyirdi.

Obada kürdlər də olurdu. Kürd Torunun 18 uşağı varıydı. Gözəl toy edirdilər. Dadlı yeməklər bişirirdilər, yallı gedirdilər. Uşaqlar da oturub baxardı. Obada olan uşaqları anam həmişə xatırlayır: Zemfiranı, Ceyranı, Nigarı, İlqarı, Lidanı, Həcəri, İlhamı, Sitarəni, Sədaqəti (Qidoşu). Kürd Həsən dayını, Həmid dayını, Telli xalanı, Tərreni, Vərdeni, Arazdəyənli Səmayə xalanı, Bəhman dayını, Hidam dayını, Dilbər xalanı, Zivər xalanı, Nübar xalanı, İmamverdi dayını, Həmayıl xalanı, Teyfə bacını, Sabiri, Məzahimi də hər zaman xatırlayır. Yaxşı insanlar idi. Hər il obaya bir yerdə gedirmişlər. Obaya Sadıx dayı, İmanverdi dayı, Sultan dayı, Qəşəm dayı maşınla gələndə uşaqlar sevinərdi, bilirdilər ki, kənddən pay gəlib. Bəhman dayı uşaqlara həmişə konfet verirmiş, deyirmiş ki, siz yallı gedin, mən baxım. Kaş həmin günlər yenə olaydı. Allah dünyasını dəyişənlərə rəhmət eləsin.

Osman Azadoğlu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim

Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36