Təhsil 365 - Logo Mobile

Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi

12715.06.2026 - 11:00
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi

15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçilik tariximizin ən əlamətdar günlərindən biridir. Bu tarix Milli Qurtuluş Günü kimi qeyd olunur və Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. Məhz bu qayıdış Azərbaycan dövlətçiliyinin qorunmasına, ölkədə sabitliyin bərpasına və gələcək inkişafın əsaslarının yaradılmasına imkan vermişdir. 1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb ictimai-siyasi proseslərlə üz-üzə qalmışdı. Müstəqilliyini yenicə bərpa etmiş ölkədə siyasi qarşıdurmalar, iqtisadi böhran və hərbi uğursuzluqlar dövlətçiliyin gələcəyini ciddi təhlükə altına salmışdı.

1993-cü ilin iyun hadisələri isə vəziyyəti daha da gərginləşdirmiş, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaratmışdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu və dövlət idarəçiliyində məsuliyyətli missiyanı öz üzərinə götürdü.1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Sonrakı dövrdə sabitliyin təmin edilməsi, qanunçuluğun möhkəmləndirilməsi və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Məhz buna görə 15 İyun Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdirildi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi islahatlara başlanıldı və Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndi. 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ açdı, ölkəyə xarici investisiyaların cəlb olunmasına və milli iqtisadiyyatın güclənməsinə şərait yaratdı. Milli Qurtuluş ideyaları bu gün də müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, beynəlxalq nüfuzunun artması və ərazi bütövlüyünün təmin olunması bu siyasətin nəticələrindən hesab edilir. Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik ənənələrinə sədaqətinin, milli həmrəyliyinin və güclü liderlik amilinin təntənəsidir. Bu gün təkcə tarixi hadisənin xatirəsi deyil, həm də müstəqil Azərbaycan dövlətinin keçdiyi inkişaf yolunun, əldə etdiyi uğurların və gələcək hədəflərinin simvoludur. Heydər Əliyevin adı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə ayrılmaz şəkildə bağlıdır və onun siyasi irsi ölkənin inkişafında mühüm rol oynamaqda davam edir.

Gülöyşə Azadqızı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, gənc alim

Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36