Təhsil 365 - Logo Mobile

Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR

13924.06.2026 - 07:23
Şəkidə “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 2019-cu ildən həyata keçirilən və artıq ənənə halını alan “Səyyar Gənclər Xidməti” layihəsinin 2026-cı il üzrə ilk dayanacağı Şəki şəhəri olub. Bu il Gənclər Fondunun yaradılmasının 15 illiyinə həsr olunan layihə “Gənclərlə, gənclər üçün” şüarı altında reallaşdırılır.

"Tehsil365" xəbər verir ki, layihənin əsas məqsədi dövlət gənclər siyasəti çərçivəsində yaradılan imkan və xidmətlərin, xüsusilə məşğulluq, innovasiya və rəqəmsallaşma sahələrində həyata keçirilən təşəbbüslərin regionlarda yaşayan gənclər üçün əlçatanlığını artırmaqdır. Bununla yanaşı, ucqar kəndlərdə yaşayan gənclərin ictimai fəallığının yüksəldilməsi, dövlətçilik ənənələrinin təbliği, şəxsi və peşəkar inkişafına yönəlmiş təlim, seminar və görüşlərin təşkili də layihənin əsas hədəflərindəndir.

İyunun 23-də Şəki şəhərində keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Vətən müharibəsi qazisi Mustafa Novruzlu iştirak ediblər.

Rəsmi çıxışlar zamanı layihənin region gəncləri üçün əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, layihə gənclərin hərtərəfli inkişafına, bilik və bacarıqlarının artırılmasına, ictimai fəallığının yüksəldilməsinə və inkişaf imkanlarının onların yaşadıqları ərazilərə çatdırılmasına mühüm töhfə verir. Tədbirin rəsmi hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla başa çatıb.

Daha sonra xüsusi hazırlanmış açıq hava məkanında dövlət qurumları və özəl sektor nümayəndələri ilə görüşlər keçirilib. Gənclər üçün vətənpərvərlik, təhsil və karyera, rəqəmsal bacarıqlar, sağlam həyat tərzi və yaradıcılıq istiqamətlərində müxtəlif maarifləndirici sessiyalar təşkil olunub.

Layihənin əsas yeniliklərindən biri müxtəlif istiqamətləri əhatə edən tematik zonaların yaradılması olub. Gənclər “Vətənpərvərlik”, “Təhsil və karyera”, “Rəqəmsal düşüncə”, “Fiziki aktivlik və sağlamlıq”, “Yaradıcı gənclik” və “Əyləncə” zonalarında keçirilən vörkşoplar, master-klasslar, viktorinalar və intellektual oyunlarda fəal iştirak ediblər. Tədbir çərçivəsində fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.

“Səyyar Gənclər Xidməti” layihəsi Şəki şəhərində iyunun 27-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə bu il Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Xızı, Lənkəran, Astara, Lerik, Yardımlı, Salyan, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Laçın, Zəngilan və Füzuli rayonlarından olan 8 mindən çox gənci əhatə edəcək.




Aydan Ələkbərova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36