Təhsil 365 - Logo Mobile

İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"

26625.06.2026 - 17:00
İlahiyyatçı Hacı Təyyar Hüseynli: "Müəllim oğlumu sinifdən uzaqlaşdırmağa çalışır"

Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseynli Əyyar Təyyar oğlunun atası, ilahiyyatçı Hacı Təyyar Hüseynli övladına qarşı sinif rəhbəri tərəfindən qərəzli münasibət göstərildiyini iddia edir.

Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hüseynli Əyyar Təyyar oğlunun atası, ilahiyyatçı Hacı Təyyar Hüseynli "Tehsil365" İnformasiya Agentliyinə müraciət edərək övladına qarşı məktəbdə qərəzli münasibət göstərildiyini iddia edib.

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin sözlərinə görə, "Oğlum Hüseynli Əyyar Təyyar oğlu 2009-cu il təvəllüdlüdür. Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbin 10-cu sinifində oxumalı idi. Niyə 'oxumalı idi' dedim, çünki sentyabr ayından, təhsil ilinin birinci günündən sinif rəhbəri Namazova Gülşən müəllimə, Azərbaycan dili və ədəbiyyat müəlliməsidir, oğluma dedi ki, sən niyə 10-cu sinifdə oxumalısan ki. Hətta məktəb direktorunu da bu işə cəlb edib ki, niyə 10-cu sinifdə oxuyur. Məsələ budur ki, oğlumun oxuduğu sinfi bölüblər. 4 nəfər də uşaq bu müəllimənin sinfinə yönəlib. Onlardan biri qız, üçü oğlandır, oğlanlardan biri də mənim oğlumdur."

Şikayətçinin sözlərinə görə, "Mənim oğlum da zəif nəticəylə 9-cu sinifi keçmişdi, buna baxmayaraq, o peşəkar milli komandanın tərkibində məşqlərə qatılır, güləşçidir. 16 yaşı olmasına baxmayaraq yer tutması asan məsələ deyil. 5 ildir bu işlə məşğul olur, 2 dəfə Respublika çempionatına qədər yüksəlib, mərhələlər keçib. Mən düşünürəm ki, kifayət qədər tanınmış bir idmançıdır. Təhsil ocağı düşünürəm ki, gələcəyin faydalı və istedadlı gənci olaraq dəstəkləməlidir."

Təyyar Hüseynli bildirib ki, "Bu müəllimin bu paxıllığı nə məqsədlədirsə, eqoist və hiyləgərcəsinə incidir, bizi narahat edir. Oğlum deyir ki, başqa uşaqları yox, elə məni çağırır, 7-ci saata qədər saxlayır. Axırda biz təngə gəldik. Hətta oğlum bildirib ki, bir gün məktəbə getdim, gördüm ki, bizimlə birlikdə bu sinfə bölünən qızın da saçlarını yolur. Bu nə anormallıqdır, bilmirəm. Mənim həyat yoldaşım, qızım da getdilər məktəb direktorunun qəbuluna ikinci dəfə də. Dedilər ki, biz bu uşağı sinifdən çıxardaq, o müəllimə iyrənc qərəz aparır. Müəllim səlahiyyətlərində sui-istifadə edir. Yeniyetmələrə psixoloji təsir edə bilər. Mən düşünürəm ki, həmin bölünən bu dörd uşağı sinfindən qovmaq istəyir, amma bu yolla."

Şikayətçi qeyd edib ki, "Məktəb direktoru qəbuluna gedən ailəmə də bu sözləri bildirib ki, bu gün ikinci ailədir ki, gəlib Gülşən müəllimədən şikayət edir. Bütün bu danışıqların bir təsiri olmadı."

Onun sözlərinə görə, "Sinifdə BSQ yazılır, müəllimə qayıdıb deyir ki, sən niyə bunu yaxşı yazmısan, sən zəifsən axı. Mən sənə 2 yazacağam. Bu adam narsistdir deyə düşünürəm. Müəllimə daha sonra uşağı verib polisə, deyirlər ki, siz uşağı təhsildən yayındırırsınız. Bildirdim ki, biz ailəlikcə bu Gülşən müəllimənin əlindən bezmişik. Tək mən deyil, ondan başqa 3 uşaq da bu sinfə verilib və eyni vəziyyətdir. Polis bildirdi ki, bunun üçün sübutunuz varmı. Bildirdim ki, biz ailəlikcə dəfələrlə məktəbə gedib-gəlmişik bu məsələ ilə bağlı. Mən məsələni sahə rəisinə bildirdim."

Təyyar Hüseynli iddia edib ki, "Uşaqlardan biri hətta eşidib ki, müəllimə bildirib ki, mən Əyyarı sinifdən rədd edəcəyəm. Bu adam dili ilə iyrənc hərəkətlərlə belə edir. Bu səbəblərə görə mən uşağı 3 ay məktəbdən saxladım ki, müəllimənin acı sözlərinə qarşı övladım səhv hərəkət etməsin."

Şikayətçinin sözlərinə görə, "Direktor müavini zəng vurub bildirdi ki, Əyyar sinifdə qaldı, məktəbdən çıxardırıq. Bundan sonra mən qaynar xəttə zəng vurdum, Təhsil Nazirliyinin mətbuat katibi olub Səbuhi bəyin də nömrəsini tapdım və ona yazdım. Mən bildirdim ki, müəllimin qərəzli şəkildə uşağı 9-cu sinifdə saxlaması çox qəddarcasına bir məsələdir."

Sonda ilahiyyatçı bildirib ki, "Bu müəllim və məktəb direktoruna mən bu məsələni heç bir formada izah edə bilmədim. Bu da son sözümdür ki, mənim böyük oğlum Kəlbəcərdə hərbi qulluqda olub, çoxdan bitirib o məktəbi. O müəllimə bu oğluma da götürüb 2 yazıb. Sinif rəhbəri də bildirib ki, bütün qiymətlər 4, 5-dir, bu ikini kim yazıb? Oğlum deyib Gülşən müəllimə. Bunun kimi məsələlərə də direktor heç bir tədbir görmür."

Qeyd: Yazıda yer alan iddialar şikayətçi Hacı Təyyar Hüseynlinin "Tehsil365" İnformasiya Agentliyinə təqdim etdiyi məlumatlar əsasında dərc olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Amidə Zeynalova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36