Təhsil 365 - Logo Mobile

"Universitet həyatına keçid edən tələbələr üçün psixoloji hazırlıq vacibdir" – PSİXOLOQ

16007.07.2026 - 15:41
"Universitet həyatına keçid edən tələbələr üçün psixoloji hazırlıq vacibdir" – PSİXOLOQ

Məktəbdən universitet həyatına keçid tələbələr üçün həyatlarının ən həssas və dəyişikliklərlə dolu mərhələlərindən biridir. Psixoloq Sevinc Həbibova universitetin ilk aylarında tələbələrin qarşılaşdıqları psixoloji çətinliklər və onların aradan qaldırılması yolları haqqında müsahibə verib.

Psixoloq Sevinc HəbibovaTehsil365“ə müsahibəsində bildirib ki, "Universitetin ilk aylarında tələbələr əsasən tənha hiss etmə, sosial əlaqələrin zəifləməsi və yeni mühitə uyğunlaşma çətinlikləri ilə üzləşirlər".

– Universitetə yeni qəbul olunan tələbələr ilk aylarda ən çox hansı psixoloji çətinliklərlə qarşılaşırlar?

– “Tələbələr bu dövrdə tez-tez özlərini tənha hiss edə bilərlər. Sosial əlaqələrin zəifləməsi və yeni mühitə adaptasiya prosesi tələbələrdə narahatlıq yaradır. Böyük şəhərlərin gətirdiyi fərqli həyat tempi, insandan daha müstəqil olmağı tələb edir, bu da ilkin mərhələdə yorğunluğa səbəb olur.”

– Məktəbdən universitet həyatına keçid tələbələrin psixologiyasına necə təsir edir?

– “Bu keçid həm inkişaf, həm də müəyyən təzyiq deməkdir. Tələbələr yeni mühitə uyğunlaşma mərhələsində sosiallaşmağa çalışırlar. Şəhər mühiti təhsil və digər infrastruktur baxımından kənd mühitindən daha üstündür, lakin bu dəyişiklik tələbə üçün psixoloji bir sınaqdır.”

– Yeni mühitə və yeni dostlara uyğunlaşmaqda çətinlik çəkən tələbələr nə etməlidirlər?

– “Tələbələr sosiallaşmalı və yeni dostlar qazanmalıdırlar. Unutmamalıdırlar ki, hər bir uğurun arxasında ailə dayanır. Ailə ilə ünsiyyəti bol tutmaq, onların dəstəyini hiss etmək vacibdir. Bu dəstək tələbənin özünə uyğun mühit tapmasına kömək olur.”

– İlk kurs tələbələrinin həyəcan və narahatlıq hissi normaldırmı?

– “Bəli, bu çox normaldır. Tələbələr bu dövrdə böhran yaşayırlar, çünki bu, yeniyetməlikdən gənc yaşa keçid dövrüdür. Bu mərhələdə onlara qarşı anlayışlı olmaq və tez-tez ünsiyyət qurmaq lazımdır.”

– Universitetdə özünəinamı artırmaq üçün hansı addımları atmağı tövsiyə edərdiniz?

– “Özünəinamın artması üçün tələbələr daxili aktivliklərdə iştirak etməlidirlər. Əgər məktəb illərində bir bacarıq göstərə bilməyiblərsə, universitet bu bacarıqları ortaya qoymaq üçün ən gözəl yerdir. Onlara qadağalar qoyulmamalı, öz qərarlarını vermələrinə şərait yaradılmalıdır.”

– Ailəsindən uzaqda oxuyacaq tələbələr emosional çətinliklərin öhdəsindən necə gələ bilərlər?

– “Bu məsələdə ən böyük dəstək ailədir. Ailə tələbə ilə dost olmalı, onun suallarına hörmətlə yanaşmalıdır. Tələbənin yeni mühitə inteqrasiya olmalarına imkan verilməlidir. Hər bir şeyin arxasında duran ailədir, ailə nə qədər dəstək olsa, tələbə də bir o qədər sosiallaşacaq.”

Psixoloq Sevinc Həbibova sonda vurğulayıb ki, tələbələrin müstəqil qərar verməsinə şərait yaradılması və onların özlərinə uyğun insanlarla sosiallaşması, gələcək uğurlarının təməlini qoyur.

Ayşən Cəlilova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36