Təhsil 365 - Logo Mobile

Yeni Klinikada müasir Tibbi Tədris-Simulyasiya Mərkəzi fəaliyyətə başlayıb

13608.07.2026 - 09:26
 Yeni Klinikada müasir Tibbi Tədris-Simulyasiya Mərkəzi fəaliyyətə başlayıb

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada BP və onun tərəfdaşı olan şirkətlərin maliyyə dəstəyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin icrası ilə yaradılan Tibbi Tədris - Simulyasiya Mərkəzi istifadəyə verilib.

“Tehsil365” xəbər verir ki, mərkəzin yaradılmasında əsas məqsəd tibb işçilərinin, eləcə də tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişaf etdirilməsi, davamlı tibbi təhsil imkanlarının genişləndirilməsi və ölkə üzrə təlimlərə bərabər çıxışın təmin edilməsidir.

Müasir beynəlxalq standartlara cavab verən Mərkəz manipulyasiya otağı, travma otağı, xəstəyə qulluq otağı və pediatrik təcili yardım otağından ibarətdir. Mərkəz beşinci səviyyə realizm dərəcəsinə malik simulyasiya avadanlıqları və real klinik şəraiti əks etdirən müasir tədris vasitələri ilə təchiz olunub.

Mərkəzin açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev bildirib ki, Mərkəzin yaradılması daha keyfiyyətli tibbi xidmətlər göstərmək üçün resursların inkişafı baxımından mühüm addımdır:

"Burada tətbiq olunan simulyasiya əsaslı təlim modeli tibb işçilərinin praktik hazırlığının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə imkan yaradacaq və Azərbaycanda tibbi xidmətlər sahəsində insan kapitalının gücləndirilməsinə önəmli töhfə verəcək".

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, keyfiyyətli tibbi xidmətlərin əsasında hazırlıqlı və bilikli tibb mütəxəssisləri dayanır:

"Bu layihəyə dəstək verməkdə məqsəd tibb işçilərinin müasir təlim imkanlarına çıxışının genişləndirilməsinə və onların peşəkar bacarıqlarının inkişafına töhfə verməkdir".

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Tibbi Tədris - Simulyasiya Mərkəzi ilə tanış olub, mütəxəssislər tərəfindən təqdim olunan təcili tibbi yardım üzrə praktik simulyasiya ssenarisini izləyiblər. Nümayiş zamanı müasir simulyasiya avadanlıqlarının imkanları, müxtəlif klinik vəziyyətlərdə tibbi komandanın fəaliyyəti və qərarvermə prosesi əyani şəkildə təqdim olunub.

Tibbi Tədris - Simulyasiya Mərkəzində təcili tibbi yardım ssenarilərinin praktiki şəkildə tətbiqinə imkan verən müasir simulyasiya avadanlıqları, onlayn təlimlərin idarə olunmasını və video-arxivin formalaşdırılmasını təmin edən rəqəmsal platforma, təlimlərin real vaxt rejimində yayımlanması üçün audio-vizual infrastruktur, həmçinin tam təchiz olunmuş təlim otaqları yaradılıb.

Qeyd edək ki, Mərkəz ilkin mərhələdə təcili tibbi yardım modulunu əhatə edir. Gələcəkdə reanimasiya və intensiv terapiya, neonatologiya və doğuş üzrə daha üç modulun yaradılması planlaşdırılır.

Amin Cavayev

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45