Təhsil 365 - Logo Mobile

Tələbə həyatında psixoloji sağlamlıq: Nəyə diqqət etməli?

19808.07.2026 - 15:13
Tələbə həyatında psixoloji sağlamlıq: Nəyə diqqət etməli?

“Son illərdə tələbələrin psixoloji sağlamlığına yanaşma formaları dəyişsə də, hələ də nəzərdən qaçırılan məqamlar mövcuddur. Xüsusilə xroniki stressin normallaşdırılması, akademik tükənmə və motivasiya problemləri tələbələrin gündəlik fəaliyyətinə birbaşa təsir göstərir”.

Bu fikirləri “Tehsil365”-ə müsahibəsində Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı, psixoloq Mirsadiq Muxtarov bildirib.

1. Sizcə, universitet tələbələrinin ən çox gözdən qaçırdığı psixoloji problem nədir və onun qarşısını almaq üçün hər bir tələbə gündəlik həyatında nə edə bilər?

Düşünürəm ki, tələbələr arasında ən çox gözdən qaçan problemlərdən biri xroniki stressin normallaşdırılmasıdır. Bir çox tələbə uzun müddət davam edən yorğunluğu, gərginliyi, yuxu pozuntularını və emosional tükənməni tələbə həyatının adi hissəsi kimi qəbul edir. Halbuki unutmaq olmaz ki, davamlı stress həm akademik performansa, həm də fiziki və psixi sağlamlığa mənfi təsir göstərir. Bunun qarşısını da almaq üçün ilk növbədə psixoloji sağlamlığa diqqət yetirib, nəzarət etmək lazımdır. Kifayət qədər yuxu, düzgün qidalanma, daimi fiziki aktivlik və gün ərzində qısa da olsa istirahət fasilələri stressin idarə olunmasında mühüm rol oynayır. Bununla yanaşı, vaxtın düzgün planlaşdırılması, gün ərzində əvvəlcədən görləcək işləri müəyyənləşdirmək, planlamaq da vacibdir. Qeyd edilənlərdən əlavə, sosial dəstəkdən istifadə etmək, dostlarla və ailə üzvləri ilə ünsiyyəti qorumaq, ehtiyac olduqda isə psixoloji yardım almaq psixi sağlamlığın qorunmasının ən əsas vacib hissəsidir.

2. Tələbələr arasında tükənmişlik niyə yaranır və bunun qarşısını necə almaq olar?

Tələbələrdə tükənmişlik adətən uzun müddət davam edən yüksək akademik yük, davamlı performans təzyiqi, qeyri-real gözləntilər və kifayət qədər istirahət etməmək nəticəsində yaranır. Psixologiyada bu prosesi izah edən və dediklərimizlə əlaqələndirə biləcəyimiz mühüm nəzəri yanaşmalardan biri “tələblər-resurslar” modelidir (job demands-resources model). Bu modelə görə tükənmişlik o zaman yaranır ki, şəxsdən tələb olunan iş, akademik və psixoloji yük onun malik olduğu resursları, yəni vaxt, enerji, sosial dəstək, psixoloji dayanıqlığı üstələyir. Başqa sözlə, problem təkcə çox oxumaqda, işləməkdə deyil, həmin yükü kompensasiya edəcək resursların kifayət etməməsidir. Qeyd etdiyimizə sübut olaraq deyə bilərik ki, bəzi tələbələr yalnız yüksək nəticə əldə etməyə fokuslanır, lakin istirahət etmək üçün özlərinə vaxt ayırmırlar. Bu isə zamanla emosional yorğunluq, motivasiya azalması və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Tükənmişliyin qarşısını almaq üçün iş və istirahət arasında balans yaratmaq vacibdir. Böyük tapşırıqları kiçik hissələrə bölmək, prioritetləri düzgün müəyyənləşdirmək daha səmərəli öyrənməyə kömək edir. Eyni zamanda, əsas məqamlərdn biri odur ki, tələbə özünü yalnız akademik uğurları ilə qiymətləndirməməlidir. Tələbənin öz hobbilərinə vaxt ayırması, sosial münasibətləri qoruması, vaxtı-vaxtında dincəlməsi tükənmişlik riskini əhəmiyyətli dərəcədə azalda bilən faktorlardandır.

3. Uğursuzluq qorxusu ilə necə mübarizə aparmaq olar?

Uğursuzluq qorxusunun əsas səbəblərindən biri insanın öz dəyərini yalnız əldə etdiyi nəticələrlə əlaqələndirməsidir. Belə olduqda hər bir uğursuzluq şəxsi bacarıqsızlıq kimi qəbul edilir. Halbuki psixoloji baxımdan uğursuzluq inkişaf prosesinin təbii hissəsidir və öyrənmək üçün əsas hərəkətverici amildir. Bu qorxu ilə mübarizədə düşüncə tərzini dəyişmək mühüm rol oynayır. Uğursuzluğu şəxsi dəyərin göstəricisi kimi deyil, öyrənmə və inkişaf üçün əsas vasitə kimi qiymətləndirmək daha məntiqli yanaşmadır. Kiçik və real hədəflərlə irəliləmək, özünü başqaları ilə deyil, əvvəlki inkişaf səviyyəsi ilə müqayisə etmək də faydalıdır. Bir amili də unutmaq olmaz ki, onsuz da uğur adətən təcrbə olaraq bir neçə uğursuz cəhddən sonra əldə olunur.

4. Motivasiya itəndə onu yenidən necə qazanmaq olar?

İnsanlar çox vaxt motivasiyanın daim yüksək olmalı olduğunu düşünürlər. Əslində isə motivasiya dəyişkəndir və müxtəlif dövrlərdə azalması normaldır. Motivasiyanın yaranmasını gözləməkdənsə, fəaliyyətə başlamaq daha effektiv yanaşmadır. Psixoloji tədqiqatlar göstərir ki, motivasiya əksər hallarda hər hansısa fəaliyyətin nəticəsi kimi formalaşır və davamlı davranışlar, təkrarlar vasitəsilə möhkəmlənir. Motivasiyanı bərpa etmək üçün ilk növbədə məqsədin niyə vacib olduğunu xatırlamaq önəmlidir. Böyük məqsədləri kiçik və həyata keçirilə bilən addımlara bölmək, hər kiçik nailiyyəti qeyd etmək və özünü həddindən artıq yükləməmək motivasiyanın davamlı olmasına kömək edir. Eyni zamanda, mükəmməl nəticə gözləmək əvəzinə hərəkətin davamlılığına üstünlük vermək daha effektiv yanaşma hesab olunur. Ona görə ki, davamlı kiçik addımlar uzunmüddətli uğurun əsasını təşkil edir. Bundan əlavə, istənilən vəziyyətdə nəticəyə deyil, prosesə fokuslanmaq həm motivasiyanın daha sabit qalmasına, həm də məqsədlərə daha sağlam şəkildə nail olmağa kömək edir.

5. Psixoloqa müraciət etməyin vaxtının gəldiyini necə başa düşmək olar?

Əgər narahatlıq, kədər, qorxu, emosional gərginlik və ya digər psixoloji çətinliklər uzun müddət davam edərsə, gündəlik həyatın keyfiyyətinə, təhsilə, iş həyatına və ya münasibətlərə mənfi təsir göstərərsə, bütün bunlar peşəkar psixoloji dəstəyə ehtiyacın yarandığını göstərən mühüm göstəricilərdir. Həmçinin yuxu və iştah dəyişiklikləri, diqqət toplamaqda çətinlik, davamlı ümidsizlik hissi, həddindən artıq həyəcan və ya emosiyaları idarə etməkdə çətinlik də psixoloqa, psixoloji dəstəyə ehtiyac olduğunu bildirə bilər. Doğru bilinən yalnışlardan olaraq, psixoloqa müraciət etmək yalnız problem böyüdükdən sonra atılan addım deyil. Necə ki, fiziki sağlamlığımızı qorumaq üçün həkim müayinəsindən keçirik, psixoloji sağlamlığı qorumaq üçün də vaxtında mütəxəssis dəstəyi almaq normal davranışdır. Erkən müraciət bir çox problemlərin dərinləşməsinin qarşısını ala və insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bəzən cəmiyyət tərəfindən fərqli cür düşünülsə də, psixoloji dəstək almaq insanın zəifliyini deyil, öz sağlamlığına və inkişafına verdiyi önəmi göstərir. Psixoloqla işləmək yalnız mövcud çətinliklərin aradan qaldırılmasına deyil, eyni zamanda insanın özünü daha yaxşı tanımasına, emosiyalarını daha effektiv idarə etməsinə, daha rasional qərarlar qəbul etməsinə kömək edir.

“Ümumilikdə, psixoloji maariflənmə tələbələrin həm akademik performansına, həm də şəxsi inkişafına mühüm töhfə verəcəkdir” – deyə Mirsadiq Muxtarov vurğulayıb.

Ayşən Cəlilova

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36