Təhsil 365 - Logo Mobile

Müasir insanda ən çox rast gəlinən psixoloji problemlər hansıdır? Və bununla effektiv mübarizə aparmaq üçün 3 əsas qızıl qayda hansılardır?

13308.07.2026 - 19:21
Müasir insanda ən çox  rast gəlinən psixoloji problemlər hansıdır? Və bununla effektiv mübarizə aparmaq üçün 3 əsas qızıl qayda hansılardır?

"Psixoloji sağlamlığımızı qorumaq üçün bəzən həyatımıza yeni nəsə əlavə etməyə deyil, bizə yük olan artıq hekayələri və yaşanmışlıqları azaltmağa ehtiyacımız var."

Bu fikirləri Psixoloq Nabat Mirzəyeva “ Tehsil 365” ə mövzu ilə bağlı verdiyi açıqlamada bildirib.

Müasir insanın ən geniş yayılmış psixoloji problemi stress, xroniki yorğunluq və bunların yaratdığı emosional tükənmişlikdir. Hal-hazırda insanlar aşırı dərəcədə müqayisə aparırlar; öz həyatlarını sosial şəbəkələrdə gördükləri digər insanların "mükəmməl" görünən həyatları ilə müqayisə edirlər. Bununla yanaşı, daha çox mükəmməlliyə yönəlir, mükəmməl görünmək üçün çox çaba göstərir və bu təzyiqdən yorulurlar. Hər şeyə çatmaq istəyi, daimi olaraq beyində bir çox düşüncələrlə qalmaq xroniki stressə və tükənmişliyə gətirib çıxarır. Bu vəziyyət isə bizdə sadəcə fiziki deyil; emosional, ruhsal və beyinsəl bir yorğunluq yaradır.

Əvvəlki zamanlarda insanlar fiziki olaraq yorğunluq yaşayırdılarsa, hal-hazırda insanın zehni və emosiyaları yorulur, çünki beyin dincələ bilmir. Özümüzlə baş-başa qaldığımız anda dərhal sosial şəbəkələri açır, oradakı qısa videolarla beynimizi başqalarının həyatı ilə doldururuq. Gördüyümüz həyatlarla özümüzünkünü müqayisə etdikcə, onların əldə etdiklərini və bizimdə nələrisə əldə etmədiyimizi düşündükcə emosional tükənmişliyi artırırıq. Beyin fasiləsiz informasiya axını, sosial şəbəkələr, iş təzyiqi və gələcəklə bağlı qeyri-müəyyən qayğılardan istirahət edə bilmir. Bunun nəticəsində isə yuxu problemləri, əsəbilik, diqqət dağınıqlığı, anksiyete, gərginlik və stress yaranır. Unutmaq olmaz ki, zehni yorğunluq fiziki yorğunluğu da tetikləyir. Beynimiz yorulursa, bədənimiz də mütləq yorulur.

Bu vəziyyətlə mübarizə aparmaq üçün üç qızıl qaydaya diqqət yetirmək lazımdır. Birincisi, beynimizə mütləq istirahət verməliyik. Beyin də əzələ kimidir; fasiləsiz işlədikdə yorulur və tükənir. Gün ərzində telefondan, sosial şəbəkələrdən müəyyən saatlarda uzaq qalmalı, qısa fasilələr verməli, yürüşə çıxmalı və keyfiyyətli yuxu rejiminə əməl etməliyik. İkincisi, özümüzü başqaları ilə deyil, yalnız öz keçmişimizlə müqayisə etməliyik. Sosial şəbəkələrdə gördüklərimiz reallığın bəlkə də yalnız 1%-dir. Daimi müqayisə özümüzə olan inamı azaldır. Bunun əvəzinə öz hədəflərimizə yönəlməli və xəyallarımıza doğru kiçik addımlarla irəliləməliyik. Üçüncüsü isə duyğularımızı susdurmamalı, onları idarə etməyi öyrənməliyik. Stressi, qorxunu, kədəri yox edə bilmərik, amma onları görməzdən gəlmək əvəzinə etibar etdiyimiz insanlarla bölüşə, gündəlik yaza və ya idman edə bilərik. Lazım gəldikdə isə mütəxəssisə (psixoloqa) müraciət edərək daxili dünyamızda baş verən yorğunluqları boşaltmaq və emosional rahatlıq tapmaq olduqca vacibdir.

Türkan Allahquliyeva

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36