Təhsil 365 - Logo Mobile

Ümumdünya Tütünsüz Günü münasibətilə stomatoloqların elmi-praktik konfransı təşkil olunub-FOTOLAR

14209.07.2026 - 08:13
Ümumdünya Tütünsüz Günü münasibətilə stomatoloqların elmi-praktik konfransı təşkil olunub-FOTOLAR

Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Stomatoloji Assosiasiyasının birgə təşkilatçılığı ilə ATU-nun Stomatoloji Tədris Klinikasında 31 May – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

ATU-nun mətbuat xidmətindən “Tehsil365”ə verilən xəbərə görə, konfransda çıxış edən Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva Azərbaycanın müstəqillik illərində səhiyyə sistemində, o cümlədən stomatologiya sahəsində mühüm islahatların həyata keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu islahatların uğurla davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkar fəaliyyətin əlaqələndirilməsi məqsədilə 1997-ci ildə Azərbaycan Stomatoloji Assosiasiyası yaradılıb. Assosiasiya 1998-ci ildə dünyanın 150-dən çox ölkəsinin stomatoloji qurumlarını birləşdirən Ümumdünya Stomatoloqlar Federasiyasına tamhüquqlu üzv qəbul olunub. Ümumdünya Tütünsüz Gününə həsr olunmuş tədbirin ilk dəfə Federasiyanın təşəbbüsü ilə keçirildiyini, hazırda da silsilə şəklində davam etdirildiyini vurğulayan professor əlavə edib ki, Assosiasiya 2005-ci ildən Avropa regional stomatoloji qurumunda da təmsil olunur.

Bundan əlavə, Assosiasiya 2002-ci ildən ölkənin stomatologiya sahəsində yeganə ixtisaslaşmış elmi nəşri olan “Qafqazda stomatoloji yeniliklər” jurnalını nəşr edir və bu jurnal uzun illərdir stomatoloqlar üçün mühüm elmi informasiya mənbəyi rolunu oynayır.

Çıxışının sonunda natiq stomatologiya sahəsində beynəlxalq əməkdaşlıq və elmi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək bildirib ki, belə konfranslar müasir bilik və yeniliklərin paylaşılmasına, stomatoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Azərbaycan Tibb Universitetinin Doktorantura və dissertantura şöbəsinin müdiri, Terapevtik stomatologiya kafedrasının professoru Rizvan Məmmədov isə çıxışında Azərbaycan Stomatoloji Assosiasiyasının ölkədə stomatologiyanın inkişafına mühüm töhfələr verdiyini bildirib. O qeyd edib ki, professor Rəna Əliyevanın rəhbərliyi ilə hər il elmi-praktik konfranslar, maarifləndirici tədbirlər və profilaktik aksiyalar keçirilir, beynəlxalq stomatoloji yeniliklər ölkəmizə gətirilərək yerli mütəxəssislərlə paylaşılır.

R.Məmmədov siqaret və digər tütün məhsullarından istifadənin bu gün cəmiyyətin sağlamlığı üçün ən ciddi risk amillərindən olduğunu da nəzərə çatdırıb. Qeyd edib ki, elektron siqaretlər və digər alternativ tütün məhsulları da təhlükəsiz deyil və ürək-damar, onkoloji, tənəffüs sistemi, ağız boşluğu xəstəliklərinin, eləcə də immun sisteminin zəifləməsinin əsas səbəblərindən biri hesab olunur. Ona görə də bu zərərli vərdişlə mübarizə yalnız tibb işçilərinin deyil, bütövlükdə cəmiyyətin ümumi vəzifəsidir.

Tədbir çərçivəsində mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Məhəmməd Davudov və Lalə Quliyeva, ATU-nun Uşaq stomatologiyası kafedrasının dosentləri Gülşən Zeynalova və Fəridə Yaqubova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfrans müzakirələr və sual-cavab sessiyası ilə başa çatıb.

Afin Mahmudov

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45