Yaponiya Biznes Assosiasiyasının (ROTOBO) nümayəndə heyəti – Rusiya və MDB Ölkələri İqtisadi Araşdırmalar İnstitutunun Baş direktoru Takafumi Nakai, institutun tədqiqatçısı Yuka Osumi və tərcüməçi İvan Kopitov MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət ediblər.
"Tehsil365" xəbər verir ki, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin üzvləri və dərnək üzvləri iştirak ediblər.
Görüş zamanı Fuat Kayhan dərnəyin fəaliyyəti, üzvlərə təqdim olunan xidmətlər, həyata keçirilən layihələr və gələcək hədəflər barədə ətraflı məlumat verib. O, Azərbaycanın əlverişli investisiya və biznes mühiti, strateji coğrafi mövqeyi və beynəlxalq ticarət imkanları barədə danışaraq, Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.
Takafumi Nakai isə çıxışında ROTOBO-nun fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan və Yaponiya arasında ticarət və investisiya əlaqələrinin, eləcə də iş adamları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində tərəflər iki ölkə arasında ticarət, investisiya, sənaye və innovasiya sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apararaq, gələcək birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

