Təhsil 365 - Logo Mobile

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar-FOTO

15410.07.2026 - 08:19
Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar-FOTO

Tarix bəzən ən gözlənilməz coğrafiyaları heç kəsin ağlına gəlməyən ortaq nöqtələrdə birləşdirir. 1930-cu illərin sonunda Azərbaycanın qədim Gəncə şəhəri ilə uzaq İspaniya arasında qurulan gizli tale körpüsü də məhz belə hadisələrdəndir. “AnewZ” televiziya kanalının təqdim etdiyi “The Aviators of Ganja” (“Gəncənin aviatorları”) sənədli filmi Avropa tarixinin az məlum olan bu dramatik səhifəsinə işıq salır. Ekran əsəri 1936-cı ildə İspaniya vətəndaş müharibəsi dövründə Sovet İttifaqının dəstəyi ilə Gəncədə yaradılmış hərbi aviasiya məktəbində təlim keçmiş gənc ispan pilotların acılı-şirinli taleyindən, döyüş yollarından və İkinci Dünya müharibəsindəki iştirakından bəhs edir.

İspaniyadan Gəncəyə uzanan məxfi marşrut

“Tehsil365” xəbər verir ki, 1936-cı ildə general Fransisko Frankonun demokratik yolla seçilmiş İkinci İspaniya Respublikasına qarşı qaldırdığı hərbi çevriliş ölkəni qanlı vətəndaş müharibəsinə sürüklədi. Sənədli filmdə vurğulandığı kimi, bu münaqişə sadəcə daxili qarşıdurma deyildi, o, yaxınlaşmaqda olan İkinci Dünya müharibəsinin ideologiyaları, silahları və beynəlxalq ittifaqları üçün bir sınaq meydanı idi.

Respublika hökumətinin təcili olaraq hərbi pilotlara ehtiyacı var idi. Lakin ölkədəki aviasiya məktəbləri tam gücü ilə işləyir, təlimatçılar isə cəbhədə vuruşurdu. Beynəlxalq arenada Fransa yalnız ilkin uçuş hazırlığı təklif edir, Böyük Britaniya isə kömək etməkdən imtina edirdi. Çarəsiz qalan İspaniya Respublikası üzünü şərqə — Sovet İttifaqına tutdu. Məhz bu strateji addım yüzlərlə gənc ispanın taleyini Azərbaycanla bağladı.

Yüzlərlə gənc ispan gizli yollarla Avropanı keçərək SSRİ-yə göndərildi. Gəmi və qatarlarla Leninqrad, Moskva, Xarkov və Odessadan keçən gənclərin son dayanacağı o dövrdə Kirovabad adlandırılan Gəncə şəhəri oldu. Burada onların hərbi pilot kimi yetişdirilməsi üçün xüsusi aviasiya məktəbi quruldu.

Hamının bildiyi "Məxfi sirr" və ağır sınaqlar

Məktəbin fəaliyyəti tamamilə məxfi saxlanılırdı. Təhlükəsizlik naminə ispan kursantların adları rus adları ilə əvəzlənmiş, rəsmi sənədlərdə onlar sovet tələbələri kimi qeydiyyata alınmışdı. Lakin bu məxfilik uzun sürmədi. Gənc ispanlar yerli əhali ilə qaynayıb-qarışır, şəhərin gündəlik həyatına rəng qatırdılar. Tezliklə onların Gəncədə olması hər kəsin bildiyi bir "açıq sirrə" çevrildi.

Filmdə məktəbin fəaliyyət göstərdiyi çətin şərait də diqqətdən qaçmır. Bu, klassik və dəbdəbəli bir aviasiya akademiyası deyildi. Uçuş meydançaları kifayət qədər sadə idi, kursantlar uçuşlardan əvvəl zolaqları daşlardan təmizləyirdilər. Kazarmalar minimal şəraitə malik idi və normalda bir neçə il davam edən pilot hazırlığı proqramı cəmi bir neçə aya sığışdırılmışdı.

Gənclər ilk təlim uçuşlarını taxta və parçadan düzəldilmiş, müasir standartlara görə olduqca sadə, lakin texniki baxımdan etibarlı olan “Polikarpov U-2” təyyarələrində edirdilər. Digər bir böyük problem isə dil baryeri idi. İspanlar rusca, sovet təlimatçıları isə ispanca bilmirdilər. Təhlükəsizlik üçün ən sadə əmrlərin belə həyati əhəmiyyət daşıdığını nəzərə alaraq, tərcüməçilərin köməyi ilə xüsusi rusca-ispanca aviasiya lüğəti tərtib edildi.

Gəncədəki gərgin hazırlıqdan sonra kursantlar “Tupolev SB-2” bombardmançıları, həmçinin “Polikarpov I-15” və “Polikarpov I-16” qırıcılarında təlimlərini tamamladılar. Respublikaçıların “Mosca” (Milçək), frankoçuların isə “Rat” (Siçovul) adlandırdığı I-16 qırıcıları Respublika Hərbi Hava Qüvvələrinin gücünü xeyli artırdı. Gəncə səmasında bişən gənclər İspaniyaya artıq təcrübəsiz kursant kimi deyil, peşəkar döyüş pilotları kimi qayıtdılar və bəziləri sonradan ölkənin ən tanınmış qəhrəmanlarına çevrildilər.

Bakı neftinin önəmi və sürgün taleyi

Filmin baş qəhrəmanlarından olan pilot Xose Mariya Bravonun qızı Lüdmila Bravonun xatirələri ekran əsərinə xüsusi bir dramatizm qatır. Onun bəhs etdiyi xatirələr müharibəni uzaq səmada bir qəhrəmanlıq dastanı kimi deyil, qorxu, ağır məsuliyyət və sağ qalmaq uğrunda amansız mübarizə kimi gözlər önünə gətirir.

İspaniya vətəndaş müharibəsi respublikaçıların məğlubiyyəti və Frankonun hakimiyyətə gəlməsi ilə bitdi, lakin pilotların çiləsi bitmədi. Onların çoxu vətənə qayıda bilməyib mühacirət etdi və ya SSRİ-də qaldı. Filmdəki faktlara görə, 1939-cu ildə hazırlığı bitirən 185 pilotdan 84-ü sonradan Meksikaya köçdü, 101-i isə Azərbaycanda məskunlaşdı.

1941-ci ildə nasist Almaniyasının SSRİ-yə hücumu ilə bu pilotlar yenidən silaha — təyyarə sükanına sarılmalı oldular. İkinci Dünya müharibəsində Azərbaycanın və xüsusilə Bakı neftinin rolu həlledici idi. Çünki döyüşlərin taleyini mühərriklər, mühərriklərin fəaliyyətini isə yanacaq müəyyən edirdi. İspan aviatorlar Qafqaz, Moskva, Odessa və Bakı səmalarının müdafiəsində böyük şücaət göstərdilər. Elə Xose Mariya Bravo özü də Bakı neft yataqlarını qoruyan hərbi hissədə xidmət edir, alman kəşfiyyat təyyarələrinin strateji məlumatlar toplamasının qarşısını alırdı.

Lakin sovet rejimi bu fədakar pilotların heç də hamısına eyni rəftarı göstərmədi. Film müharibənin acı ssenarilərini gizlətmir: bəzi ispan pilotlara etibar edilmədiyi üçün onların uçuşuna icazə verilmədi. Bəzilərinin yolu əmək düşərgələrindən, həbsxanalardan keçdi, digərləri diversiya qruplarına göndərildi. Döyüşlərdə şəhid olanlar da oldu, taleyi qaranlıq qalanlar da.

Müharibədən illər sonra İspaniyaya qayıda bilənləri də xoş günlər gözləmirdi. SSRİ ilə İspaniya arasında diplomatik əlaqələrin olmaması ucbatından onların sovet ordusunda qazandıqları rütbə və ixtisaslar tanınmadı. Onlar uzun müddət yerli orqanların və xarici xüsusi xidmət orqanlarının sorğu-suallarına, şübhəli baxışlarına məruz qaldılar. Çoxu sadəcə keçmişi unudub yeni, sakit bir həyat qurmağa çalışdı.

Yaddaşın bərpası: "Onların gəncliyi müharibədə itdi"

“The Aviators of Ganja” sadəcə quru hərbi aviasiya tarixindən bəhs edən bir xronika deyil, o, həm də insan yaddaşı haqqında dərin bir hekayədir. Bu film Azərbaycanın Avropa tarixinin unudulmuş, lakin çox vacib bir səhifəsindəki rolunu yenidən xatırladır. Ölkəmizi sadəcə hadisələrin fonu kimi deyil, İspaniya Hərbi Hava Qüvvələrinin intibah tapdığı, gənc qanadların bərkidiyi bir məkan kimi təqdim edir.

Təlimlər zamanı qəzaya uğrayaraq həlak olan bəzi ispan pilotları bu gün Gəncədə, müharibədə canından keçənlər isə Bakı torpağında əbədi uyuyurlar. Onların qəbirləri Azərbaycan, İspaniya və 20-ci əsrin ən qanlı müharibələrini birləşdirən ortaq tarixin maddi sübutudur.

Filmdə səslənən bir cümlə bu talelərin ortaq fəryadıdır: “Onların gəncliyinin ən gözəl illəri müharibədə itdi”.

Müharibə, sürgün və onilliklərlə davam edən məcburi sükutun içindən boylanan bu pilotlar arxalarında böyük bir cəsarət, ziddiyyət və sağ qalma dastanı qoyub getdilər. Onlar Gəncəyə göylərə ucalmağı, uçmağı öyrənməyə gəlmişdilər. İllər sonra vətənlərinə dönə bilənlər isə özləri ilə yalnız uçuş təcrübəsi aparmadılar, onlar çiyinlərində ən ağır yükü — əvvəlcə gəncliklərini səmada yetişdirən, sonra isə onları tarixin unudulmuş arxivlərinə gömən qəddar bir əsrin silinməz xatirələrini daşıdılar.

Afin Mahmudov

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36