Təhsil 365 - Logo Mobile

“Yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər” – Nevroloq Röyanə Quluzadə

21510.07.2026 - 14:23
“Yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər” – Nevroloq Röyanə Quluzadə

“Yay tətilində uşaqların və yeniyetmələrin gündəlik rejimi dəyişdiyi üçün ekran qarşısında keçirdikləri vaxt əhəmiyyətli dərəcədə artır. Bu isə həm fiziki, həm də nevroloji sağlamlığa mənfi təsir göstərə bilər”.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında nevroloq Röyanə Quluzadə bildirib.

Həkimin sözlərinə görə, yay tətili uşaqlar üçün istirahət və əyləncə dövrü olsa da, telefon, planşet, kompüter və televizor qarşısında uzun müddət qalmaq müxtəlif nevroloji problemlərin yaranmasına səbəb ola bilər.

“Xüsusilə inkişaf dövründə olan beyin həddindən artıq ekran istifadəsinə daha həssasdır. Uzun müddət ekrana baxmaq göz yorğunluğu, boyun əzələlərinin gərginliyi və diqqətin uzun müddət eyni nöqtədə cəmlənməsi nəticəsində gərginlik tipli baş ağrılarına səbəb ola bilər”, – deyə o qeyd edib.

Röyanə Quluzadə bildirib ki, ekranlardan yayılan mavi işıq yuxuya da mənfi təsir göstərir:

“Telefon və planşet ekranından yayılan mavi işıq melatonin hormonunun ifrazını azaldır. Nəticədə uşaqlar gec yatır, yuxuya getməkdə çətinlik çəkir və yuxunun keyfiyyəti aşağı düşür.”

Nevroloq əlavə edib ki, sürətlə dəyişən görüntülər və video oyunlar diqqət və yaddaş problemlərinə səbəb ola, uzun müddət oturaq vəziyyətdə qalmaq isə duruş pozğunluqları, boyun, bel və çiyin ağrılarını artıra bilər.

“Həddindən artıq ekran istifadəsi uşaqlarda aqressivlik, əsəbilik, narahatlıq və ekran asılılığı riskini də artırır. İşığa həssas epilepsiyası olan bəzi uşaqlarda isə sürətli yanıb-sönən görüntülər epileptik tutmaları tətikləyə bilər”, – deyə o vurğulayıb.

Nevroloq valideynlərə uşaqların yaşına uyğun ekran vaxtına məhdudiyyət qoymağı, hər 20–30 dəqiqədən bir fasilə verməyi, yatmazdan ən azı 1–2 saat əvvəl ekran istifadəsini dayandırmağı tövsiyə edib. O, həmçinin açıq havada oyunlara, idmana, kitab oxumağa və yaradıcı fəaliyyətlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.

“Baş ağrısı, yuxu pozğunluğu, diqqət azalması və ya davranış dəyişiklikləri uzun müddət davam edərsə, mütləq uşaq nevroloquna müraciət edilməlidir. Texnologiya uşaqların həyatının ayrılmaz hissəsidir. Lakin yay tətilində ekran qarşısında həddindən artıq vaxt keçirmək onların beyin inkişafına, yuxusuna, diqqətinə və ümumi nevroloji sağlamlığına mənfi təsir göstərə bilər. Balanslı gündəlik rejim, fiziki aktivlik və ekran vaxtının düzgün idarə olunması uşaqların sağlam inkişafı üçün əsas şərtlərdəndir”, – deyə Röyanə Quluzadə əlavə edib.

Zümrüd Əlicanlı

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45