Təhsil 365 - Logo Mobile

Pərviz Qasımov: "Elmi bilik mütəxəssis yetişdirir, maarifləndirmə isə cəmiyyəti formalaşdırır"

19413.07.2026 - 16:46
Pərviz Qasımov: "Elmi bilik mütəxəssis yetişdirir, maarifləndirmə isə cəmiyyəti formalaşdırır"

"Tarixi abidələrin qorunmasının öyrədilməsi akademik təhsil, praktiki hazırlıq və ictimai maarifləndirmənin vəhdətindən ibarət olmalıdır"

Bu fikirləri AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov "Tehsil365"ə müsahibəsində bildirib

— Arxeologiya elminə marağı olan gənclər üçün bakalavr pilləsində hansı təməl biliklərin (tarix, geologiya, dil bilikləri) öyrənilməsi vacibdir?

—“ Arxeologiya elminə marağı olan gənclər üçün bakalavr pilləsində məqsəd yalnız qazıntı aparmağı öyrənmək deyil, keçmiş cəmiyyətləri maddi qalıqlar əsasında elmi şəkildə tədqiq etməyə imkan verən geniş baza formalaşdırmaqdır. Buna görə aşağıdakı təməl biliklərin əsaslarının mənimsənilməsi vacibdir ki, gəncdə bu istiqamətlər üzrə ilkin təsəvvür formalaşsın: ümumi tarix və arxeoloji dövrləşdirmə, arxeologiyanın nəzəriyyəsi və metodologiyası, çöl tədqiqatı və arxeoloji qazıntı metodları. Maddi mədəniyyət nümunələrinin öyrənilməsi, stratigrafiya və xronologiya, antropologiya və təbiət elmləri, tarixi coğrafiya, topoqrafiya və xəritəçilik, rəqəmsal arxeologiya da əsas təməllərdəndir. Ayrıca olaraq xarici dil bilgisi vurğulanmalıdır. Çünki xarici dil, əsasən də ingilis dili müasir tədqiqatçı alimlər üçün əsas bilik və ünsiyyət dilidir. Bakalavr tələbəsi arxeoloji kəşfiyyat və abidələrin qeydiyyatı, qazıntı sahəsinin kvadratlara bölünməsi, stratiqrafik layların müəyyənləşdirilməsi, plan, profil və kəsiklərin hazırlanması, tapıntıların koordinatlarının qeydə alınması, çöl gündəliyinin və kontekst vərəqlərinin doldurulması, nümunələrin düzgün götürülməsi və qablaşdırılması kimi ilkin praktiki bacarıqlara yiyələnməlidir. Müasir arxeologiya fənlərarası elm olduğuna görə tələbə fiziki antropologiya, paleobotanika, zooarxeologiya, geologiya, geomorfologiya, paleoekologiya və genetikanın əsasları ilə tanış olmalıdır. İnsan, heyvan və bitki qalıqlarının keçmiş cəmiyyətlərin qidalanması, sağlamlığı, təsərrüfatı və ətraf mühiti haqqında hansı məlumatları verdiyini anlamalıdır. Arxeoloq relyefi, su mənbələrini, qədim yolları, yaşayış üçün əlverişli sahələri və landşaft dəyişikliklərini təhlil etməyi bacarmalıdır. Topoqrafik xəritələrdən istifadə, koordinat sistemləri, kompas, GPS və nivelirlə işləmək ilkin hazırlığın tərkib hissəsi olmalıdır. Bakalavr pilləsində ən azı ilkin səviyyədə GIS proqramlarında xəritələşdirmə, elektron məlumat bazalarının yaradılması, fotoqrammetriya və 3D modelləşdirmə, dron çəkilişlərinin əsasları, ortofoto və rəqəmsal relyef modeli kimi rəqəmsal bacarıqlar öyrənilməlidir. Bütün bu biliklər barədə ilkin təsəvvürün olması vacibdir. Əsas bilgilər isə, artıq illərlə təcrübədən və tədqiqatlardan formalaşır.”

— Arxeoloqlar gələcək nəsillərə tarixi abidələri qorumağı necə öyrətməlidirlər; bu, yalnız akademik bir prosesdir, yoxsa ictimai maarifləndirməni də əhatə etməlidir?

— “Arxeoloqlar gələcək nəsillərə tarixi abidələrin qorunmasını yalnız akademik mühazirələr və elmi nəşrlər vasitəsilə deyil, geniş ictimai maarifləndirmə və praktiki iştirak yolu ilə öyrədirlər. Çünki mədəni irsin qorunması təkcə alimlərin, muzeylərin və dövlət qurumlarının vəzifəsi deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Akademik proses bu işin elmi əsasını təşkil edir. Universitetlərdə və elmi müəssisələrdə tələbələrə abidələrin sənədləşdirilməsi, konservasiyası, bərpası, hüquqi mühafizəsi və etik tədqiqat prinsipləri öyrədilməlidir. Gənc arxeoloq qazıntının yalnız yeni əşyalar tapmaq deyil, bərpası mümkün olmayan arxeoloji konteksti məsuliyyətlə qeydə almaq prosesi olduğunu anlamalıdır. O, abidəyə vurulan hər bir zərərin tarixi məlumatın birdəfəlik itirilməsi demək olduğunu bilməlidir. Lakin bu fəaliyyət universitet auditoriyası ilə məhdudlaşmamalıdır. İctimai maarifləndirmə məktəblərdə yaş səviyyəsinə uyğun arxeologiya və mədəni irs dərslərinin keçirilməsini, şagird və tələbələr üçün muzey ekskursiyaları, açıq qazıntı günləri və arxeoloji yay məktəblərinin təşkilini, yerli əhalinin abidələrin tədqiqinə, müşahidəsinə və qorunmasına cəlb edilməsini əhatə etməlidir. Həmçinin, televiziya, sosial media, sənədli filmlər, podkastlar və populyar-elmi nəşrlər vasitəsilə düzgün məlumatın yayılması, abidələrin talanmasının, qanunsuz qazıntıların və tapıntıların qeyri-leqal satışının ağır nəticələrinin izah edilməsi, tarixi yerlərdə məlumat lövhələri, rəqəmsal xəritələr, virtual turlar və mobil tətbiqlərin hazırlanması da vacibdir. Maarifləndirmə yalnız “abidəyə toxunmaq olmaz” çağırışı ilə kifayətlənməməlidir. İnsanlara abidənin nə üçün qiymətli olduğu, onun hansı tarixi məlumatları qoruduğu və məhv edildiyi halda cəmiyyətin nə itirdiyi izah olunmalıdır. İnsan yalnız başa düşdüyü və özününkü hesab etdiyi irsi qorumağa daha çox meylli olur. Bu baxımdan “ictimai arxeologiya” xüsusi əhəmiyyət daşıyır. Arxeoloqlar yerli sakinlər ilə dialoq qurmalı, onların şifahi tarixini, yaddaşını və abidələrlə bağlı biliklərini nəzərə almalıdırlar. Yerli sakinlər tədqiqatın passiv müşahidəçisi deyil, mədəni irsin qorunmasında tərəfdaş kimi qəbul edilməlidir. Belə əməkdaşlıq həm elmi məlumatı zənginləşdirir, həm də abidələrə qarşı məsuliyyət hissini gücləndirir. Elmi bilik mütəxəssis hazırlayır, ictimai maarifləndirmə isə həmin irsi qoruyacaq məsuliyyətli cəmiyyəti formalaşdırır.”

Ayşən Cəlilova

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05