Təhsil 365 - Logo Mobile

Yay Fest 2026-ya start verilib-FOTOLAR

15214.07.2026 - 08:31
Yay Fest 2026-ya start verilib-FOTOLAR

İştirakçı sayına və müddətinə görə Azərbaycanın ən irimiqyaslı gənclər festivalı olan və hər il gənclərin həyəcanla gözlədiyi Yay Fest-ə 2026-cı il üzrə start verilib.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 13 iyul tarixində başlayan festival 4 sentyabr tarixinədək davam edəcək.

Artıq altıncı dəfədir ki, təşkil olunan Yay Fest ötən illər ərzində on mindən çox gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına mühüm töhfələr verib, yeni dostluqların və innovativ təşəbbüslərin stimullaşdığı gənclər platforması kimi yadda qalıb. Festival bu gün təkcə açıq havada düşərgə formatında keçirilən layihə deyil, eyni zamanda ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib.

Şamaxıda keçirilən festivalın cari il üzrə konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub. Festival çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarının tətbiq imkanları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı ən aktual mövzularda praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar. Belə ki, bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan festivalda “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI - İdman və Sağlamlıq” adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.

Çadır tipli düşərgədə gənclər dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə interaktiv görüşlərdə, panel müzakirələrdə, vörkşoplar və master-klasslarda iştirak edəcəklər. Eyni zamanda festival müddətində keçiriləcək idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsert proqramları iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına təkan verəcək.

Azərbaycan Respublikasının Gənclər Fondu 18–25 yaş aralığında ictimai fəallığı ilə seçilən gəncləri https://yayfest.az/ vasitəsilə qeydiyyatdan keçərək müsahibə mərhələsində iştirak etməyə dəvət edir.

Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.


Afin Mahmudov

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36