Təhsil 365 - Logo Mobile

Mərkəzi Gömrük Hospitalında patomorfoloji müayinələr yüksək dəqiqliklə və beynəlxalq standartlarla aparılır

13416.07.2026 - 08:30
Mərkəzi Gömrük Hospitalında patomorfoloji müayinələr yüksək dəqiqliklə və beynəlxalq standartlarla aparılır

Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsində müayinələr yüksək dəqiqlik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

“Tehsil365” Azertaca istinadən xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsi müasir laboratoriya infrastrukturu, yüksək texnoloji avadanlıqları və peşəkar mütəxəssis heyəti ilə dəqiq diaqnostikanın təmin edilməsində mühüm rol oynayır.

Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsi müasir laboratoriya infrastrukturu, yüksək texnoloji avadanlıqları və peşəkar mütəxəssis heyəti ilə dəqiq diaqnostikanın təmin edilməsində mühüm rol oynayır. Şöbədə histoloji, histokimyəvi və immunohistokimyəvi müayinələr beynəlxalq standartlara uyğun, yüksək dəqiqliklə həyata keçirilir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi altında inkişafa doğru həyata keçirilən müəssisədaxili tədbirlərin nəticəsində hospitalın bütün struktur bölmələri kimi Patomorfoloji Diaqnostika şöbəsi də ən müasir laborator texnologiyaları, beynəlxalq standartlara uyğun iş prinsipləri və peşəkar kadr potensialı ilə ölkənin aparıcı diaqnostika mərkəzlərindən birinə çevrilib.

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, həkim-patomorfoloq Zərifə Yusifli, həkim-patomorfoloqlar Müqabil Şıxəliyev və Emin Mirzəyev, immunohistokimya mütəxəssisi Kəmalə Abaslı, laborantlar Səkinə Əliyeva və Qafur Kamalov, həmçinin kiçik tibb işçisi Gülnarə Zeynalova vahid komanda şəklində fəaliyyət göstərərək müayinələrin beynəlxalq standartlara uyğun aparılmasını təmin edirlər.

Patomorfoloji diaqnostika hüceyrə, toxuma və orqan səviyyəsində baş verən struktur dəyişikliklərini öyrənən tibbin ən vacib sahələrindən biridir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnozu qoyulur, onların inkişaf mərhələsi müəyyən edilir, xoş və bədxassəli proseslər bir-birindən fərqləndirilir, həmçinin xəstəliyin yayılma dərəcəsi qiymətləndirilir. Patomorfoloji müayinələrin nəticələri cərrah, onkoloq, qastroenteroloq, ginekoloq, uroloq və digər ixtisas həkimlərinin müalicə planını düzgün qurmasına imkan yaradır.

Şöbədə histoloji, histokimyəvi və immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir. Burada müasir mikroskoplar, avtomatlaşdırılmış histoloji avadanlıqlar və beynəlxalq standartlara cavab verən laboratoriya texnologiyalarından istifadə olunması diaqnostik nəticələrin yüksək dəqiqliyini və etibarlılığını təmin edir.

Histoloji müayinə üçün material müxtəlif üsullarla əldə edilir. Biopsiya nümunələri endoskopiya, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası (KT), maqnit-rezonans tomoqrafiyası (MRT) və ya cərrahi əməliyyat zamanı vizual nəzarət altında götürülür. Xüsusilə mədə-bağırsaq traktının endoskopik müayinələri zamanı biopsiya standart diaqnostik prosedur hesab olunur və xəstəliyin erkən mərhələdə aşkarlanmasına imkan verir.

Patomorfoloji müayinələr həm şiş (neoplastik) proseslərinin, həm də qeyri-şiş patologiyalarının diaqnostikasında geniş tətbiq olunur. Bu müayinələr iltihabi xəstəliklərin, autoimmun patologiyaların, infeksion proseslərin, qaraciyər, böyrək, ağciyər, mədə-bağırsaq sistemi və digər orqanların müxtəlif xəstəliklərinin diaqnostikasında mühüm əhəmiyyət daşıyır. Eyni zamanda incə iynə aspirasiya biopsiyası (Fine Needle Aspiration Biopsy – FNAB) ilə əldə olunan materiallar da laboratoriyada xüsusi metodlarla işlənilərək qiymətləndirilir.

Şöbədə əməliyyat zamanı cərrahların qərar verməsinə kömək edən təcili histoloji (Frozen Section) müayinələri də həyata keçirilir. Bu məqsədlə toxuma nümunələri Leica Frozen sistemi vasitəsilə qısa müddət ərzində dondurularaq xüsusi nazik kəsiklər hazırlanır və mikroskop altında qiymətləndirilir. Əldə olunan operativ nəticələr cərraha əməliyyatın həcmini və taktikasını müəyyən etməyə imkan verir.

İmmunohistokimyəvi müayinələr şöbənin ən mühüm diaqnostik istiqamətlərindən biridir. Bu müasir üsul müxtəlif şişlərin mənşəyinin müəyyən edilməsində, onların molekulyar xüsusiyyətlərinin öyrənilməsində, metastatik proseslərin qiymətləndirilməsində, həmçinin xəstənin fərdiləşdirilmiş müalicə planının hazırlanmasında mühüm rol oynayır. Müayinələr Leica DM 2500 mikroskopu vasitəsilə yüksək keyfiyyətlə həyata keçirilir və nəticələrin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır.

İmmun rənglənmə prosedurları həm manual üsulla, həm də tam avtomatlaşdırılmış Leica BOND-MAX Biosystem platformasında icra olunur. Avtomatlaşdırılmış sistem insan amilini minimuma endirməklə yanaşı, nəticələrin standartlaşdırılmasını və təkrarolunanlığını təmin edir.

Laboratoriyada toxuma nümunələrinin emalı hermetik biosistemlərdə aparılır ki, bu da materialların keyfiyyətinin qorunmasına və laborator təhlükəsizliyin təmin olunmasına xidmət edir. Spesimenlərin hazırlanması Leica CM 1100 (Almaniya) və Sakura ACCU-CUT (Yaponiya) mikrotomlarında həyata keçirilir. Hazırlanmış preparatlar isə Nikon Eclipse 50i mikroskoplarında yüksək optik keyfiyyətlə qiymətləndirilir.

Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan yüksək keyfiyyətli reaktivlərdən istifadə edilir. Müasir avadanlıq, beynəlxalq standartlara uyğun laborator prosesləri və təcrübəli mütəxəssislərin peşəkarlığı sayəsində Patomorfoloji Diaqnostika şöbəsində aparılan müayinələr yüksək həssaslıq və spesifiklik göstəricilərinə malikdir.

Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsi dəqiq laborator diaqnostikanın təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması, onkoloji və digər patologiyaların düzgün qiymətləndirilməsi, eləcə də pasiyentlər üçün optimal müalicə strategiyasının müəyyən edilməsində etibarlı və müasir diaqnostika mərkəzi kimi fəaliyyətini uğurla davam etdirir.

Afin Mahmudov

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45