Təhsil 365 - Logo Mobile

Fərqli Vizyon, İnovativ Addımlar: ATMU TEC Sədri Abas Yusifzadə Danışır

44819.07.2026 - 06:01
Fərqli Vizyon, İnovativ Addımlar: ATMU TEC Sədri Abas Yusifzadə Danışır

"Universitet dərslərinin ağırlığını gözünüzdə böyütməyin. Biz abituriyent vaxtı bundan qat-qat çox oxumuşuq. Universitet dərsləri onların yanında nədir ki?”

Bu fikirləri “Tehsil365”ə müsahibəsində ATMU Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Abas Yusifzadə bildirib. Mövzu ilə bağlı Abas bəylə həmsöhbət olduq.

— Abas bəy, rəsmi titulları, təhsil göstəricilərini və rəqəmləri bir kənara qoysaq, sizin nəzərinizdə Abas Yusifzadə kimdir və özünüzü bizi izləyən tələbələrə ən səmimi şəkildə necə təqdim edərdiniz?"

— “Abas Yusifzadə vətənini sevən bir tələbə, əsl vətənpərvər, dostluğa dəyər verən bir yoldaş və bir ananın oğludur.”

— Tələbəlik illəri həm də səhvlər edərək öyrənmək dövürdür. Sizin kaş ki, bunu daha tez dərk edərdim, boşuna vaxt itirməzdim' dediyiniz bir məqam var və siz tələbələr eyni səhvi etməsinlər deyə onlara nəyi tövsiyə edərdiniz?

— "Tələbələrə tövsiyəm odur ki, universitet dərslərinin çətinliyini gözlərində böyütməsinlər. Unutmaq olmaz ki, biz abituriyentlik dövründə bundan qat-qat ağır və gərgin bir hazırlıq prosesindən keçmişik. Keçmiş təcrübəmizlə müqayisə etdikdə, universitet proqramı əslində daha rahat və öhdəsindən gəlinəsi bir mərhələdir."

Qeyd etmək lazımdır ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ən fəal və tanınan tələbə liderlərindən biri olan Abas Yusifzadə, universitetin həm elmi, həm də ictimai həyatında uğurlu fəaliyyəti ilə seçilir. Turizm və Qonaqpərvərlik Fakültəsinin "Turizm bələdçiliyi" ixtisası üzrə təhsil alan Abas Yusifzadə, göstərdiyi aktivlik və liderlik keyfiyyətlərinə görə 2025-ci ildə universitet rəhbərliyi tərəfindən ATMU-nun "Brend tələbə"si adına layiq görülmüşdür. O, eyni zamanda ATMU Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri vəzifəsini icra edərək gənclərin elmi-tədqiqat işlərinə cəlb olunmasında, müxtəlif seminarların və universitetlərarası elmi görüşlərin təşkilində yaxından iştirak edərək tələbələrə rəhbərlik edir.

— Sədr seçilmək prosesində mütləqdir ki, rəqabət, fərqli fikirlər və bəlkə də sizə inanmayanlar var idi. Abas Yusifzadə özünə inanmayanlara və ya bu yolda şübhə ilə yanaşanlara özünü necə sübut etdi?

— "Mənə inanmayan və mənə qarşı olanlar çox idi. Onlar sadəcə olaraq mənim hansı potensiala sahib olduğumu unutmuşdular. Mən də bu vəziyyətdən istifadə edərək, özümün ən mükəmməl versiyası ilə seçkilərə qoşuldum və çökmək üzrə olan bir təşkilatı yenidən dirçəltdim."

— Bir çox tələbə hələ də TEC-in tam olaraq nə işlə məşğul olduğunu və onlara nə qazandıra biləcəyini tam bilmir. TEC nədir və ATMU tələbələri niyə məhz TEC-ə qoşulmalıdırlar?

— “TEC sadəcə elmi cəmiyyət deyil, eyni zamanda uşaqlara bir şəbəkələşmə (networking) vəd edən bir qurumdur. Bu vəd xüsusilə indiki dövrdə çox önəmlidir, çünki gələcək 10 il ərzində artıq dövr dəyişir. bu o deməkdir ki, artıq pulun, ad-sanın və sertifikatların mənası qalmayacaq. Ətrafınızda sizi formalaşdıra bilən nə qədər çox insan varsa, artıq onlar sizin həyatınızda önəm daşıyır. Ona görə də TEC sizə bu şəbəkələşmə mühitini təklif edir ki, sabah işə düzələndə, haradasa mühüm bir görüşdə və yaxud iş müsahibəsində olanda artıq sizin adınızı və ən azından üzünüzü xatırlasınlar. Məhz bu tanınma və qazanılan əlaqələr gələcəkdə sizin xeyrinizə işləyəcək və sizi hər zaman bir addım öndə edəcək.”

— Universitetinizdə tələbələrin sosiallaşması və əyləncəsi üçün müxtəlif aktiv təşkilatlar var və hər biri çox gözəl işlər görür. Bəs ATMU TEC-i digər bütün tələbə təşkilatlarından fərqləndirən, onu tamamilə unikal edən o 'gizli güc' və ya fərqli cəhət nədir?

— “Əslində heç bir gizli sirrimiz və ya qeyri-adi fərqliliyimiz yoxdur; sadəcə hər bir tələbə ilə fərdi şəkildə maraqlanır və onların problemlərini həll etməyə çalışırıq. Təbii ki, bəzən bu istəyimiz tam alınır, bəzən isə müəyyən səbəblərdən alınmır. Eyni zamanda, bizə müraciət edən tələbələrə heç vaxt "gözləyin, sizə geri dönüş olunacaq" deyib onları növbədə saxlamadıq, hər zaman öncəliyi və diqqəti birbaşa onlara verdik.”

5) Yaxın gələcəkdə ATMU TEC-də görmək istədiyiniz, 'Bu mənim xəyali layihəmdir' dediyiniz bir ideya varmı? Tələbələri yaxın günlərdə hansı sürprizlər gözləyir?

— “Bəli, belə bir ideya var və o mənim həqiqətən də xəyali layihəmdir. Amma icazənizlə, bu layihə hələlik bizim kiçik sirrimiz olaraq qalsın. Çünki sürprizlər elə vaxtında elan olunanda gözəldir. Tələbələrimizə sadəcə onu deyə bilərəm: Biz hər zaman sizin üçün, tələbələrin inkişafı üçün çalışırıq və atdığımız hər addım, qurduğumuz hər bir plan sizin universitet illərinizi sadəcə diplom xatirinə deyil, özünüzü kəşf edib gələcəyə hazırlamağınız üçündür”

— Universitet illərini sadəcə diplom almaq üçün deyil, dolu-dolu və uğurlu yaşamaq üçün Abas Yusifzadənin 3 qızıl qaydası hansıdır?"

— "Öyrən, Dostlaş, Kəşf Et!"

8) Əgər bir tələbə bu müsahibədən sonra TEC-ə qoşulmaq qərarı versə, ilk addımı nə olmalıdır?"

— “İlk növbədə, o tələbənin daxilində TEC-i sevmək və bu yolda ona heç vaxt xəyanət eləməmək istəyi olmalıdır. İşin mənəvi tərəfi budur. Praktiki olaraq isə sadəcə çəkinmədən bizə müraciət etməsi kifayətdir.Əsas odur ki, tələbə çəkinmədən bizə yaxınlaşsın.Yəni ilk addım – addım atıb bizə qoşulmaq və bu ailənin bir parçası olmaqdır.”

Ayşən Cəlilova

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05