Təhsil 365 - Logo Mobile

İsrailin Texnologiya İnstitutunun nümayəndəsi: Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır

13822.07.2026 - 08:10
İsrailin Texnologiya İnstitutunun nümayəndəsi: Kibertəhlükəsizlik müasir cəmiyyətin təməlini qorumaq missiyasıdır

Kibertəhlükəsizlik artıq yalnız texniki peşə deyil, müasir cəmiyyətin təməlini qorumağa xidmət edən strateji missiyadır.

“Tehsil365” xəbər verir ki, bu fikri İsrailin Technion – Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin rəhbəri Moti Yeger Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündəki çıxışı zamanı səsləndirib.

O bildirib ki, bir əsrdən artıq tarixə malik Technion İnstitutu texnologiyanın insanların həyatını yaxşılaşdıracağına, cəmiyyətlərin inkişafına töhfə verəcəyinə və daha təhlükəsiz gələcəyin formalaşmasına xidmət edəcəyinə inanır. Bununla yanaşı, innovasiyanın yalnız məsuliyyət prinsipi ilə müşayiət olunduğu halda real dəyər qazandığını vurğulayıb.

Moti Yegerin sözlərinə görə, hazırda bu məsuliyyət daha da artıb. O qeyd edib ki, kritik infrastruktur, strateji aktivlər və insanların gündəlik istifadə etdiyi çoxsaylı xidmətlər etibarlı rəqəmsal sistemlərdən asılıdır. Texnologiyanın sürətli inkişafı ilə paralel olaraq kibertəhdidlərin də artdığını diqqətə çatdıran institut nümayəndəsi bildirib ki, kibertəhlükəsizlik müasir dövrdə cəmiyyətin dayanıqlığını təmin edən əsas istiqamətlərdən biridir.

O, həmçinin qeyd edib ki, bu ilin əvvəlində Technion beynəlxalq CS Rankings indeksində süni intellekt sahəsi üzrə Avropada birinci, kompüter elmləri istiqaməti üzrə isə dünyanın aparıcı ali təhsil müəssisələri sırasında yer alıb.

Moti Yeger vurğulayıb ki, bu nailiyyət yalnız elmi uğurları deyil, həm də bir əsrdən artıq müddətdə innovasiya ilə məsuliyyəti birləşdirən təhsil modelinin nəticəsini əks etdirir: “Müasir kibertəhlükəsizlik mütəxəssisi təkcə yüksək texniki biliklərə deyil, həm də analitik düşüncə tərzinə, yaranan riskləri əvvəlcədən qiymətləndirmək, kritik infrastrukturu və strateji aktivləri qorumaq, texnologiyadan etik və məsuliyyətli şəkildə istifadə etmək bacarıqlarına malik olmalıdır”.

Afin Mahmudov

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45