Təhsil 365 - Logo Mobile

21 sahibkar Almaniya ilə biznes tərəfdaşlığı proqramına seçilib

14423.07.2026 - 06:11
21 sahibkar Almaniya ilə biznes tərəfdaşlığı proqramına seçilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Almaniya ilə biznes tərəfdaşlığı” proqramı (“Partnering in Business with Germany”) çərçivəsində təlimlər keçirilir.

KOBİA-dan ”Tehsil365”ə bildirilib ki, alman ekspertlərinin keçirdiyi təlimlərdə yerli sahibkar və menecerlərə beynəlxalq iqtisadi kooperasiya, yaşıl iqtisadiyyatın biznesin inkişafında rolu, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması barədə məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır. Növbəti mərhələdə iştirakçılar Almaniyanın Drezden və Berlin şəhərlərinə səfər edəcəklər. Səfər çərçivəsində onlar Biznesin İnkişafı Mərkəzində və qabaqcıl alman şirkətlərində təlim və təcrübə keçəcək, B2B görüşlərdə iştirak edəcəklər. Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Qeyd edək ki, proqram çərçivəsində may ayında elan edilmiş “yaşıl iqtisadiyyat” üzrə proqrama 50-dən çox yerli sahibkar və menecer müraciət edib. GIZ və KOBİA nümayəndələrinin iştirakı ilə müraciət edən şəxslərlə onlayn formatda fərdi müsahibələri keçirilib və onlardan 21-i proqramda iştirak etmək hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq 2009-cu ildən etibarən həyata keçirilən proqram (əvvəlki adı “Menecerlərin Təlimi Proqramı”) Azərbaycan sahibkarlarının biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Ümumilikdə Azərbaycandan indiyədək proqramda 621 nəfər sahibkar və menecer iştirak edib.

Azərbaycan tərəfinin proqramın 560 məzunu arasında apardığı sorğunun nəticələrinə əsasən proqramda iştirak etmiş bir çox yerli şirkətlər alman şirkətləri ilə əlaqələr qurub, bəziləri məhsullarını Almaniyaya ixrac edib və qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib. Proqram çərçivəsində qazandığı təcrübə əsasında bir sıra yerli şirkətlər fəaliyyətini modernləşdirib. Bundan başqa menecerlərin əksəriyyəti qeyd olunan proqramın onların fərdi və karyera inkişafında, eləcə də çalışdıqları şirkətlərin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Fidan Məmmədli

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36