Təhsil 365 - Logo Mobile

Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər - FOTOLAR

14623.07.2026 - 13:07
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər - FOTOLAR

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün "Zəfər" Yay Düşərgəsi təşkil olunub.

Tehsil365” Report-a istinadən xəbər verir ki, düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən 10 şəhid övladının qatıldığı düşərgənin məqsədi iştirakçıların ABŞ-nin dövlət idarəçiliyi sistemi, ali təhsil, STEM və innovasiya, hüquq, tarix və mədəniyyət sahələri ilə yaxından tanış olmalarını təmin etmək, onların beynəlxalq bilik və təcrübələrini zənginləşdirməkdir.

Düşərgə çərçivəsində ABŞ Konqresi, Konqres Kitabxanası, ABŞ Ali Məhkəməsi, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Corctaun Universitetinə, eləcə də müxtəlif muzey və mədəniyyət müəssisələrinə səfərlər, ekspert təqdimatları, maarifləndirici görüşlər, mədəni proqramlar, tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunub.

Proqramın ilk günü İndiana Universitetinin iqtisadiyyat üzrə doktorantı Xətai Alıyevin təqdimatında "Amerikada təhsil imkanları" mövzusunda təlim keçirilib. Təlimdə ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

İştirakçılar, həmçinin Ağ Evin tarixi və ABŞ prezidentlik institutu haqqında interaktiv ekspozisiyaların sərgiləndiyi "The People"s House: A White House Experience" muzeyində olublar. Daha sonra Renvik Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunan "State Fairs Tour: Growing American Craft" sərgisinə baş çəkib, Amerika sənətkarlığının inkişaf tarixini əks etdirən eksponatları izləyiblər. Onlar həmçinin Lafayette Meydanı və Ağ Evin ətrafında gəzərək Vaşinqtonun tarixi-mədəni mühitini yaxından müşahidə ediblər.

Amerika Tarixi Milli Muzeyinə təşkil olunan səfərdə "Prezidentlər pavilyonu", "Birinci xanımlar" pavilyonu, Corc Vaşinqtonun heykəli, ABŞ Dövlət Himninə ilham vermiş tarixi bayraq və ölkənin 250 illiyinə həsr olunan "Həyat, azadlıq və xoşbəxtlik axtarışında" sərgisi iştirakçıların marağı ilə qarşılanıb.

Proqram çərçivəsində Milli İncəsənət Qalereyasında "Amerika İncəsənətinin Tərənnümü" ("Celebrating American Art"), "Əziz Amerika" ("Dear America") və "Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə" ("The American Flag in Art") sərgiləri də ziyarət olunub. Burada iştirakçılar Amerika təsviri incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələrini izləyiblər.

Şəhid övladları Virciniya ştatının Aleksandriya şəhərində yerləşən "Torpedo Factory Art Center"də fəaliyyət göstərən rəssam emalatxanalarına baş çəkiblər. Onlar əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasında yaradıcılıq prosesini yaxından izləyib, sənətkarla fikir mübadiləsi aparıblar. Daha sonra Aleksandriya şəhərinin tarixi küçələri və memarlıq irsi ilə tanışlıq imkanı əldə ediblər.

Qeyd edək ki, "Zəfər" Yay Düşərgəsi cari ilin iyulun 16-da başlayıb və iyulun 26-na qədər davam edəcək.

Zümrüd Əlicanlı

News Feed

Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36