Təhsil 365 - Logo Mobile

LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq

15424.07.2026 - 12:31
LDU ilə Peşə Təhsil Mərkəzi süni intellekt üzrə birgə layihələr hazırlayacaq

LDU Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə kənd təsərrüfatı sahəsində süni intellektin tətbiq edilməsi ilə bağlı layihələr işləyəcək.

Universitetdən “Tehsil365”ə bildirilib ki, birgə əməkdaşlığın inkişaf istiqamətlərindən Lənkəran Dövlət Universitetində LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq üzrə işçi qrupunun yaradılması ilə bağlı bu gün keçirilən ilk məşvərət görüşündə ətraflı bəhs edilib.

Görüşü Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açaraq ali təhsillə peşə təhsili arasındakı sədlərin aradan qaldırılmasını müasir təhsil islahatlarının əsas hədəfi adlandırıb. Bildirib ki, bu iki sistemin əməkdaşlığı təhsili diplom xatirinə oxunan bir prosesdən çıxararaq onu birbaşa iqtisadiyyatın hərəkətverici qüvvəsinə çevirməyə imkan verəcək. Rektor nəzəriyyə ilə praktikanın-universitet kürsüsü ilə istehsalat dəzgahının qovuşduğu modeli gələcəyin uğurlu modeli adlandırıb, fikrini bu il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkə başçısının dedikləri ilə qüvvətləndirib: “Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir.

Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”. Prof. Natiq İbrahimov çıxışında iyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında irəli sürülən vəzifələrə də toxunub. Bildirib ki, Mehriban xanım Əliyevanın “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır. Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir” sözləri təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyur.

Rektor Azərbaycanda peşə təhsili ilə ali təhsilin birləşdirilməsi və bu iki pillə arasında keçidin təmin olunması istiqamətində ən mühüm mexanizm kimi “Yüksək texniki peşə təhsili” səviyyəsinin yaradılması olduğunu deyib. Bu sistemin peşə təhsili alan şəxslərin ali təhsil müəssisələrinə rahat keçidini təmin etməyə imkan verəcəyini deyən Natiq İbrahimov birgə əməkdaşlıqda əsas məqsədin Lənkəran –Astara iqtisadi regionunda kənd təsərrüfatı, turizm və süni intellekt sahələrinin inkişafına töhvə vermək, müasir tələblərə uyğun kadr hazırlığını və innovativ layihələrin həyata keçirilməsini təmin etmək olduğunu xüsusi vurğulayıb. Qeyd edib ki, bu sahədə ilk istiqamət subbakalavr məzunlarının əmək bazarına hazırlanması, 2-cisi süni intellekt sahəsində əməkdaşlığın təşkilidir.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov çıxışında LDU-ilə əməkdaşlığın perspektivlərindən söz açıb, bu sahədə aparılan islahatlar və Prezident İlham Əliyevin peşə təhsili müəssisələri qarşısında qoyduğu vəzifələrə diqqət çəkib. Afər Kərimov bildirib ki, dəyişikliklər dövrünün gətirdiyi qeyri müəyyənliklərin həllində, qarşıya qoyulan vəzifələrin icrasında təhsil müəssisələrinin biri biri ilə müxtəlif platformalarda əməkdaşlıq etmək niyyətləri müasir dövrün tələblərindəndir.

Afər Kərimov prof. Natiq İbrahimovun LDU-nun tədris laboratoriyalarının peşə mərkəzi tələbələrinin elmi tədqiqatları üçün, peşə məktəblərinin müasir emalatxanalarının isə universitet tələbələrinin praktiki vərdişlər qazanması üçün ortaq istifadə etmək təşəbbüsünü dəstəkləyərək yüksək dəyərləndirib.

Tədbir iştirakçıları müzakirə zamanı birgə aqroparkların yaradılmasını vacib hesab ediblər. Həmçinin, yardımçı təsərrüfatların, istixanaların, elmi laboratoriyaların, baytarlıq klinikasının, turizm-tədris bazasının və s. imkanlarından birgə istifadənin hər iki tərəf üçün səmərəli olacağı və s. barədə təkliflər səsləndirilib.

Görüşdə LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında təhsil, innovasiya, birgə kadr hazırlığı sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, peşə və ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, tələbə və təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi, birgə layihələrin, tədbirlərin, təcrübə proqramlarının və digər qarşılıqlı maraq doğuran fəaliyyətlərin həyata keçirilməsi məqsədilə “İşçi qrup” yaradılıb. “İşçi qrup”a 2 əsas istiqamət üzrə-I- “Kənd təsərrüfatı, İnformasiya texnologiyaları və turizm”; II - “Kənd təsərrüfında süni intellektin tətbiqi” əsas vəzifə kimi tapşırılıb.

Qeyd edək ki, LDU ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında yüksək səviyyədə əməkdaşlığın təşkili, ayrıca işçi qrupun yaradılması respublika ali və peşə təhsili müəssisələri arasında birgə fəaliyyətin təşkilinə dair ilk müsbət nümunələrdəndir.

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45