Təhsil 365 - Logo Mobile

​“Orta təhsil yalnız universitetlərə hazırlıq yeri olmamalıdır” – Yazıçı Elxan Elatlı

16126.07.2026 - 11:48
​“Orta təhsil yalnız universitetlərə hazırlıq yeri olmamalıdır” – Yazıçı Elxan Elatlı

Təhsil gənclərin inkişafında və cəmiyyətin gələcəyində həlledici rol oynayır. Bəs müasir təhsil sistemi bu gözləntiləri nə dərəcədə doğrulda bilir və gənclərin dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatın yeri nədir?

​Bu barədə fikirlərini “Tehsil365”ə açıqlamasında tanınmış yazıçı Elxan Elatlı bildirib.

​Onun sözlərinə görə, təhsilin gənclərimizin inkişafındakı rolu həddən artıq böyük və hətta həlledicidir. Millət və xalq olaraq bütün uğurlarımız da, uğursuzluqlarımız da birbaşa təhsilin vəziyyəti ilə bağlıdır.

​“Bu baxımdan müasir təhsil sistemi gənclərin inkişafı üçün təbii ki, nələrsə edir. Lakin mən şəxsən ciddi dəyişikliklərə ehtiyac olduğunu düşünürəm. Məktəblərdə elmi bilik verən fənlərin sadələşdirilməsi və həftəlik saatların azaldılması hesabına həqiqi həyat dərsi verən, uşaqları gələcəyin əsl insanı və vətəndaşı kimi hazırlayan dərs və məşğələlərə üstünlük verilməlidir.”

​Yazıçı vurğulayıb ki, orta məktəb yalnız universitetlərə hazırlıq yeri olmamalıdır:

​“Tərbiyəyə və peşə hazırlığına xüsusi diqqət yetirilməlidir. Ən əsası isə dövlət müəllimin cəmiyyətdəki nüfuzunun artırılması üçün təcili tədbirlər görməlidir.”

​Əsərlərindəki obrazların təhsilə münasibətindən danışan Elxan Elatlı bədii ədəbiyyatda bu mövzunun xüsusi yeri olduğunu qeyd edib:

​“Romanlarımda təhsilin təbliğinə həmişə yer vermişəm və bunu özümə borc bilirəm. Məsələn, ən çox sevilən baş qəhrəmanım, polis xəfiyyəsi Qanbay Qasımlı eyni zamanda riyaziyyatı dərindən bilir. Başqa misallar da çəkmək olar.”

​Yazıçı gənclərin mənəvi tərbiyəsində və dünyagörüşünün inkişafında bədii ədəbiyyatın rolunun danılmaz olduğunu diqqətə çatdırıb:

​“Müşahidələrim göstərir ki, bədii ədəbiyyat oxuyan gənclər zərərli vərdişlərdən maksimum uzaq olurlar. Mədəni danışıq səviyyələri yüksek olur, insanlarla rahat ünsiyyət qura bilirlər. Yaşları az olduğu halda həyat təcrübəsinə malik olurlar. Təəssüf ki, bu gün məktəblərimizdə bədii ədəbiyyatın təbliğinə kifayət qədər diqqət yetirilmir və bunun xoşagəlməz nəticələrini görə bilirik.”

​Sonda yazıçı gənclərə öz tövsiyələrini verib:

​“Gənclərimizə tövsiyəm bu ola bilər ki, ilk növbədə təhsillərini artırmaqla, bədii əsərlər oxumaqla özlərini formalaşdırsınlar. Daha sonra cəsarətli və açıq fikirli olsunlar. Doğma ana dilimizə və digər mənəvi dəyərlərimizə zərər vuran ünsürlərə qarşı mübarizə aparmağı bacarsınlar.”

Ləman Rəhimli

News Feed

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məlum olub08.10.2026 - 14:49
The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05