Təhsil 365 - Logo Mobile

VI “Yüksəliş” müsabiqəsinin qalibləri bu universitetin MƏZUNLARIDIR

16127.07.2026 - 07:55
VI “Yüksəliş” müsabiqəsinin qalibləri bu universitetin MƏZUNLARIDIR

“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün qalibləri müəyyənləşib.

“Tehsil365” Azeduya istinadən xəbər verir ki, final mərhələsində iştirak edən 129 namizəd arasından ən yüksək nəticə göstərən 20 iştirakçı qalib adını qazanıb. VI mövsümün ən gənc qalibinin 24, ən yaşlı qalibinin isə 38 yaşı var.

Faiq Xasayev- 1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat, ICD Biznes Məktəbində (ICD Business School) isə Beynəlxalq biznesin inkişafı üzrə magistratura təhsili alıb. Hazırda “SOCAR”ın Korporativ idarəetmə departamentində idarəetmə orqanları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

Hikmət Əliyev- 1991-ci ildə anadan olub. Bakı Mühəndislik Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində isə Maliyyə nəzarəti və audit ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “PAŞA Həyat Sığorta” ASC-də Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışır.

Röyal Lətifli- 1998-ci ildə anadan olub. ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, İspaniyanın EU Biznes Məktəbində (EU Business School Barcelona) isə Menecment ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Əlizamin Mirzəyev- 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə eyni ixtisas üzrə magistratura təhsili alıb. Hazırda “Kapital Bank” ASC-də filial müdiri vəzifəsində çalışır.

Famil Məcidli- 1992-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavriat, Türkiyənin Dokuz Eylül Universitetində isə Beynəlxalq biznes ixtisası üzrə magistratura təhsili alıb. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Ümumi iqtisadiyyat ixtisası üzrə doktorantura/aspirantura pilləsi üzrə davam etdirir. Hazırda “SOCAR”da Strateji idarəetmə və innovasiyalar departamentinin İnnovasiyalar şöbəsinin rəis müavini vəzifəsində çalışır.

Sevda Mansurova- 1999-cu ildə anadan olub. ADA Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat təhsili alıb. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) icraçı direktoru vəzifəsində çalışıb. Beynəlxalq əlaqələr, layihələrin idarə olunması və strateji kommunikasiya sahələrində fəaliyyət göstərir. “Avropa Gənclər Parlamenti- Azərbaycan təşkilatının Müşahidə Şurası”nın üzvüdür.

Şirin Şahbazov- 1993-cü ildə anadan olub. Azərbaycan Tibb Universitetində Əczaçılıq ixtisası üzrə bakalavriat təhsili alıb. Həmin universitetdə Əczaçılıq kimyası, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin təşkili və idarə edilməsi (Səhiyyənin İdarə edilməsi ixtisaslaşması) üzrə magistratura təhsili alıb. Hazırda Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsində Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri vəzifəsində çalışır.

Ağarəhim Klıçev-1997-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “Flamergy” MMC-də kommersiya meneceri vəzifəsində çalışır.

Elbrus İbrahimov- 1992-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Menecment ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “PAŞA Real Estate Group” şirkətinə daxil olan “Absheron Hotel Group” MMC-də maliyyə meneceri vəzifəsində çalışır.

Əlizadə Fərzəliyev- 1997-ci ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə bakalavriat, Dəniz neft-qaz qurğularının etibarlılığı və istismar səmərəliliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “National Oilwell Varco UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində layihə meneceri vəzifəsində çalışır.

Nəzakət Hüseynova- 1997-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda “SOCAR Downstream Management” şirkətində İnsan resursları biznes tərəfdaşlıq üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır

Seyid Məlikov-1994-cü ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyat ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində isə Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “CYBERNET” MMC-də Agile layihə meneceri vəzifəsində çalışır.

Anar Əlizamanlı- 1995-ci ildə anadan olub. Milli Aviasiya Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb. Çin Renmin Universitetində (Renmin University of China) Çin hüququ, Çin Xarici İşlər Universitetində (China Foreign Affairs University) Beynəlxalq münasibətlər, İsveçin Stokholm Universitetində (Stockholm University) isə Avropa iqtisadi hüququ ixtisasları üzrə magistratura təhsili alıb. Hazırda, EY (Ernst & Young) şirkətində baş hüquqşünas vəzifəsində çalışır.

Elmar Məmmədrzayev-1996-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, İstehsal sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “PAŞA Sığorta” ASC-də Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışır.

Elnur Əliyev-2001-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Makroiqtisadi siyasət ixtisası üzrə magistratura təhsili alıb. Bakalavriat təhsilinin bir hissəsini İspaniyanın Kordoba Universitetində (Universidad de Córdoba) davam etdirib. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də baş auditor vəzifəsində çalışır. Eyni zamanda, ACCA (Association of Chartered Certified Accountants) təşkilatının üzvüdür.

Fərid Nadirov- 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb. Hazırda “Azər-Türk Bank” ASC-də şöbə rəisi vəzifəsində çalışır.

Fidan Abbasova- 1995-ci ildə anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində isə Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində normayaratma üzrə baş hüquqşünas vəzifəsində çalışır.

Ləman Cəlilova- 2001-ci ildə anadan olub. Azərbaycan-Fransız Universitetində Kimya mühəndisliyi ixtisası üzrə bakalavriat, ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda (Massachusetts Institute of Technology) isə Kimya mühəndisliyi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “McKinsey & Company” şirkətində biznes analitik vəzifəsində çalışır.

Mətanət Rzazadə- 1994-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Bakı Mühəndislik Universitetində isə Maliyyə menecmenti ixtisası, Rumıniyanın Babeş-Bolyai Universitetində (Universitatea Babeș-Bolyai) Maliyyə və bank işi ixtisasları üzrə magistratura təhsili alıb. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının Bank fəaliyyətinə nəzarət departamentində bölmə rəhbəri vəzifəsində çalışır.

Rüfət Babayev- 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Bank işi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-də baş məhsul sahibi vəzifəsində çalışır.

“Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri arasında ən çox məzunu olan ali məktəb Azərbaycan Dövlət İqtisad Universitetidir.(UNEC)

20 qalibin əksəriyyəti maliyyə, iqtisadiyyat, audit, idarəetmə və hüquq sahələri üzrə təhsil alıb. Bundan əlavə, qaliblər arasında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası və digər yerli və xarici ali məktəblərin məzunları da yer alır.

Afin Mahmudov

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45