Təhsil 365 - Logo Mobile

Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb

15031.07.2026 - 16:04
Yay Fest-in “Kreativ AI” düşərgəsi uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə təşkil olunan və bu il rəqəmsal inkişafa həsr olunan Yay Fest 2026-nın 27–31 iyul tarixlərini əhatə edən “Kreativ AI” düşərgəsi uğurla yekunlaşıb.

“Tehsil365” Düşərgənin əsas məqsədi gənclərin süni intellektdən yaradıcı alət kimi istifadə bacarıqlarını inkişaf etdirmək, onların kreativ düşüncəsini gücləndirmək və AI texnologiyasını incəsənət, media, dizayn, kontent istehsalı və rəqəmsal yaradıcılıq sahələrində tətbiq etməyi öyrətmək olub.

Düşərgə iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Şamaxı rayonunda yerləşən abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər festival ərazisinə yola düşərək onlar üçün hazırlanan zəngin proqram ilə tanış olublar.

Düşərgənin ilk günü qonaq olan Azərbaycan Respublikasının xalq artisti Natiq Şirinov və “Natiq” Ritm Qrupu ritm sənəti, musiqinin insan həyatındakı rolu barədə gənclərlə fikirlərini bölüşüb, müxtəlif musiqi kompozisiyaları ilə çıxış edərək festivala fərqli ab-hava qatıblar.

Düşərgə müddətində gənclər ölkəmizin tanınmış əməkdar incəsənət xadimləri, aktyor heyəti, jurnalistləri, aparıcıları və süni intellekt mütəxəssislərinin iştirakı ilə baş tutan “Obrazlılıqdan süni intellektə”, “Ekranın gələcəyi: Jurnalistika, media və texnologiya” və “Süni intellekt yaradıcılığı əvəz edir, yoxsa gücləndirir?” adlı panel görüşlərdə iştirak edərək interaktiv müzakirələrə qoşulublar.

Bununla yanaşı, düşərgə iştirakçıları müxtəlif master-klasslarda öz yaradıcılıqlarını nümayiş etdirib, “AI Vision” və “Cosplay Show” müsabiqələrində maraqlı kompozisiyalarla çıxış ediblər. “Da Vinçi”, “Meloman” və “Kinoman” kimi intellektual yarışlar, həmçinin futbol, voleybol və stolüstü tennis turnirləri iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, komandalar arasında sağlam rəqabət ruhunun formalaşmasına töhfə verib.

“Yay Fest”in konsert proqramında gənclər sevimli müğənniləri - “AynaBand” qrupu, Eddie Bueno və Fərid Mərdin ifaları ilə əyləncəli vaxt keçirdib, tonqal ətrafında toplaşaraq səmimi söhbətlər ediblər.

“Yay Fest”in üçüncü düşərgəsi də iştirakçılar üçün rəngarəng proqram, yeni dostluqlar və unudulmaz təəssüratlarla yadda qalıb.

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan Yay Fest sentyabr ayınadək “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq”, “AI – İdman və Sağlamlıq” mövzuları üzrə növbəti düşərgələrlə davam edəcək.

Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45