Təhsil 365 - Logo Mobile

​“Elm insana güc verir, mənəviyyat isə onun necə istifadə olunacağını müəyyənləşdirir” – İlahiyyatçı Əkrəm Həsənov

14704.08.2026 - 15:11
​“Elm insana güc verir, mənəviyyat isə onun necə istifadə olunacağını müəyyənləşdirir” – İlahiyyatçı Əkrəm Həsənov

Müasir dövrdə təhsil sisteminin ən vacib vəzifələrindən biri şagirdlərə akademik biliklər ötürməklə yanaşı, mənəvi-əxlaqi dəyərləri də doğru şəkildə peşəkarcasına aşılamaqdır. Bəs dünyəvi elmlərlə dini-mənəvi maarifləndirmənin sintezi necə qurulmalıdır?

​Bu barədə fikirlərini “Tehsil365”-ə açıqlamasında ilahiyyatçı alim və pedaqoq Əkrəm Həsənov bildirib.

​Əkrəm Həsənov vurğulayıb ki, müasir dövrdə təhsilin əsas məqsədi yalnız informasiya vermək deyil, düşünməyi bacaran, mənəvi dəyərlərə sahib, vicdanlı və məsuliyyətli insan yetişdirməkdir:

​“Bu gün süni intellekt və rəqəmsal texnologiyalar dövründə bilik əldə etmək asanlaşıb, lakin bu bilikdən insanlığın xeyrinə istifadə etmək üçün güclü mənəvi təmələ ehtiyac var. Təəssüf ki, təhsil bəzən sırf imtahan və diplom üzərində qurulur. Halbuki cəmiyyətə yalnız savadlı kadrlar deyil, həm də dürüst, mərhəmətli və ədalətli insanlar lazımdır.”

​İlahiyyatçı İslam dininin və böyük mütəfəkkirlərin elmə verdiyi dəyərə diqqət çəkib:

​“Qurani-Kərimdə və Peyğəmbərimizin (s) hədislərində elm və əxlaq bir-birindən ayrılmır. İmam Qəzali, İbn Sina, Əl-Fərabi və Nizami Gəncəvi kimi böyük mütəfəkkirlər də elmi təfəkkürlə mənəviyyatın bir-birini tamamladığını qeyd etmişlər. Elm insanın xarakterini gözəlləşdirmirsə, onun cəmiyyətə faydası məhdud olur.”

​Müasir elmin və psixologiyanın da bu həqiqəti təsdiqlədiyini deyən Əkrəm Həsənov dünyəvi elmlərlə mənəviyyatın qarşı-qarşıya qoyulmasının yolverilməz olduğunu bildirib:

​“Dünyəvi elmlər və dini-mənəvi maarifləndirmə bir ağacın iki budağı kimidir. Fizika kainatın necə işlədiyini, din isə insanın niyə yaşadığını izah edir. Tibb bədəni müalicə edir, mənəviyyat isə ruhu möhkəmləndirir. Burada məqsəd məktəbi dini təbliğat məkanına çevirmək deyil, ümumbəşəri dəyərləri, vicdanı, ədaləti, ailə dəyərlərini və vətən sevgisini şagirdlərə sağlam şəkildə aşılamaqdır.”

​Pedaqoq bu prosesdə müəllim və valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulayıb:

​“Şagird müəllimin dediyindən daha çox onun davranışını öyrənir. Müəllim dürüstdürsə və hər bir şagirdə ədalətlə yanaşırsa, bu, ən güclü tərbiyə vasitəsidir. Eyni zamanda, məktəbdə verilən tərbiyə ailədə də davam etdirilməlidir.”

​Sonda ilahiyyatçı rəqəmsal dövrdə gənclərə tənqidi düşünmə və mənəvi məsuliyyət vərdişlərinin aşılanmasının vacibliyini qeyd edib:

​“Cəmiyyətləri ayaqda saxlayan təkcə elm deyil, elmi doğru istiqamətə yönəldən əxlaqdır. Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyənləşdirir. Bu ikisi bir arada olduqda həm fərd, həm də cəmiyyət sağlam inkişaf edəcəkdir.”

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45