Təhsil 365 - Logo Mobile

Fazil Əhmədli: "Təhsil yalnız təlimlə kifayətlənməməli, tərbiyə və etik dəyərləri də əhatə etməlidir"

14305.08.2026 - 14:23
Fazil Əhmədli: "Təhsil yalnız təlimlə kifayətlənməməli, tərbiyə və etik dəyərləri də əhatə etməlidir"

Müasir dövrdə təhsil sistemində mənəvi-əxlaqi tərbiyənin yeri, şagird və tələbələrdə intizam mədəniyyətinin formalaşdırılması və bu sahədə qlobal modellərin tətbiqi məsələsi aktuallığını qoruyur.

​Mövzu ilə bağlı ilahiyyatçı Fazil Əhmədli “Tehsil365”-ə öz xüsusi açıqlamasını verib.

​İlahiyyatçı bildirib ki, hazırda təhsil sistemində tərbiyə komponentinin gücləndirilməsinə böyük ehtiyac var:

​"Azərbaycan təhsilinin bu mövzuya çox böyük ehtiyacı var. İctimai xadimlərin iştirakı ilə bu məsələnin geniş konfranslarda müzakirə olunmasını və təsirli qərarların qəbul edilməsini çox arzulayardım. Çünki hazırda təhsilimiz daha çox yalnız təlim xarakteri daşıyır. Əvvəllər 'təlim-tərbiyə' anlayışı var idi və burada etik qaydaların uşaqlara kiçik yaşlardan öyrədilməsi önəmli yer tuturdu. İndi sistem dəyişib və qloballaşan cəmiyyətin tələblərinə uyğun olaraq tərbiyə sistemində yeni, müasir metodlardan istifadə olunmalıdır."

​Fazil Əhmədli dünyada tətbiq olunan uğurlu intizam modellərindən və Şərq təcrübəsindən misal çəkib:

​"Məsələn, hal-hazırda dünyada Çin və Yaponiya təhsil modelləri xüsusilə qabardılır. Onların təhsil sistemində tərbiyə və intizam qaydaları elə kiçik yaşlardan öyrədilir ki, bu, tələbəlik dövrünədək artıq bir norma xarakteri alır. Bu intizam həm şagirdlərin bir-birilə, həm müəllimlə, həm də cəmiyyətlə münasibətində özünü göstərir. Uşaqlıqda aşılanan bu intizam mədəniyyəti sonradan onların istehsalat, sənaye və kənd təsərrüfatı kimi sahələrdəki fəaliyyətində də addım-addım qorunub saxlanılır və nümunəvi nəticələr verir."

​Ekspert vurğulayıb ki, Azərbaycanda da təhsil sisteminə bu cür intizam qaydaları ilə yanaşı, İslam əxlaqı və milli-mənəvi dəyərlər sistematik şəkildə daxil edilməlidir:

​"Müsəlman ölkəsi olaraq İslamın da əxlaq və etika mövzusunda xeyli mühüm prinsipləri var. Sovet dövrünün görkəmli pedaqoqları, məsələn Fikrət Seyidov kimi alimlər də yaxşı bilirdilər ki, İslamın tərbiyə və əxlaq qaydaları gənclərin yaxşı bir vətəndaş kimi yetişməsində stimulverici rol oynayır. Düşünürəm ki, həm Şərq ölkələrinin intizam modelləri, həm də öz milli-dini əxlaq dəyərlərimiz təhsil sisteminə sistematik daxil edilərsə, Azərbaycan bu sahədə nümunəvi bir ölkəyə çevrilə bilər."

​Sonda Fazil Əhmədli cəmiyyətimizin etik dəyərlərə bağlılığını psixoloji nöqteyi-nəzərdən dəyərləndirib:

​"Cəmiyyətimizin kökündə əxlaqi və etik qaydalara dərin bir bağlılıq var. Müşahidə edirəm ki, digər cəmiyyətlərlə müqayisədə bizim xalqımız ictimai etikaya daha həssas yanaşır. İctimaiyyət arasında qeyri-etik ifadələrin işlədilməsinə cəmiyyətimiz hələ də mənfi reaksiya verir və bu sərhədləri qoruyur. İstərdim ki, bu etik dəyərlərə bağlılıq gələcək illərdə də özünü qorusun və təhsil sistemimiz vasitəsilə daha da inkişaf etdirilsin."

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45