Təhsil 365 - Logo Mobile

Qoşqar Məhərrəmov: "Universitetlərlə sənaye arasında ciddi qopuqluq var – çıxış yolu əməkdaşlıqdadır"

15305.08.2026 - 14:28
Qoşqar Məhərrəmov: "Universitetlərlə sənaye arasında ciddi qopuqluq var – çıxış yolu əməkdaşlıqdadır"

Müasir ali təhsil sistemində nəzəriyyə ilə praktika arasındakı uyğunsuzluq, kadr hazırlığının əmək bazarının tələbləri ilə üst-üstə düşməməsi günümüzün ən aktual məsələlərindən biridir.

​Mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “Tehsil365”-ə öz xüsusi açıqlamasını verib.

​Ekspert bildirib ki, ilk növbədə ali təhsil müəssisələrinin rəhbərliyinin yanaşması dəyişməlidir:

​"Əsas məsələ ali təhsil müəssisələrinin rəhbərliklərinin yanaşmasının dəyişməsidir. Universitet rəhbərlikləri təhsilin qərarverici orqanı olan Elm və Təhsil Nazirliyi ilə sıx müzakirələr aparmalı, ali təhsilə ayrılan büdcələrə yenidən baxılmalı və bu vəsaitlər artırılmalıdır. Eyni zamanda müəllim heyəti nəzərdən keçirilməlidir. Müasir standartlara cavab verən, ingilis dilini və informasiya texnologiyalarını yaxşı bilən, doktorantura dərəcəsi olan kadrlar prosesə cəlb olunarsa, ali təhsil mühiti köklü şəkildə dəyişər. Müəllim və rəhbərlik heyəti məsələyə müasir tələblər çərçivəsində yanaşdıqda, təbii ki, təqdim olunan təhsilin keyfiyyəti də yüksələcəkdir."

​Qoşqar Məhərrəmov vurğulayıb ki, nəzəriyyədən praktiki mühitə keçid üçün universitet-sənaye əməkdaşlığı mütləqdir:

​"Ali təhsil müəssisələrində praktikanın uğurlu olması və təhsilin yalnız nəzəriyyədən ibarət qalmaması üçün sənaye ilə sıx əməkdaşlıq lazımdır. Universitetlərdə tətbiqi laboratoriyalar və müasir texnoloji mühit yaradılmalıdır. Sənaye ilə əməkdaşlıq əmək bazarının real tələblərini öyrənməyə imkan verəcək. Bu tələblər bəlli olduqdan sonra onların ali məktəb mühitində necə reallaşdırılacağı da aydın olacaq. Tələbələr sənaye müəssisələrinin təcrübə proqramlarına qoşula bilsələr, öyrənilən ixtisas və elm real dəyər qazanacaq."

​Ekspert hazırda universitetlər və sənaye sektoru arasında qarşılıqlı narazılıq və ziddiyyətlərin olduğunu diqqətə çatdırıb:

​"Düşünürəm ki, hazırda tərəflər arasında ciddi bir qopuqluq var. Universitetlər sənaye haqqında, sənaye də universitetlər haqqında yetərli məlumata malik deyil. Bəzi universitetlər bildirir ki, sənayenin tələb etdiyi kadrla onların yetişdirdiyi tələbə arasında fərq var və ya yetişdirdikləri yüksək ixtisaslı kadrlar üçün sənayedə müvafiq mühit yoxdur. Sənaye tərəfi isə iddia edir ki, universitetdə verilən biliklər onların axtardığı müasir standartlara cavab vermir. Belə bir təzadlı vəziyyət yaranıb."

​Sonda Qoşqar Məhərrəmov bu ziddiyyətin həlli yolunu açıqlayıb:

​"Bu problemin yeganə həll yolu tərəflərin bir araya gəlməsi, sıx диалог, gəliş-gedişlər və institusional əməkdaşlıq mühitinin qurulmasıdır. Yalnız bu halda təhsildə nəzəriyyə ilə praktika arasındakı uyğunsuzluğu aradan qaldırmaq mümkün olacaq."

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45