Təhsil 365 - Logo Mobile

Əkrəm Həsənov: "Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir"

15605.08.2026 - 14:46
Əkrəm Həsənov: "Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir"

Müasir dövrdə təhsil sisteminin qarşısında duran ən vacib məsələlərdən biri yalnız akademik bilik ötürmək deyil, eyni zamanda mənəvi-əxlaqi dəyərlərə sahib, vicdanlı və məsuliyyətli şəxsiyyətlər yetişdirməkdir.

​Mövzu ilə bağlı ilahiyyatçı alim və pedaqoq Əkrəm Həsənov “Tehsil365”-ə öz xüsusi açıqlamasını verib.

​Ekspert bildirib ki, rəqəmsal texnologiyalar dövründə informasiya əldə etmək asanlaşsa da, onu düzgün istiqamətə yönəltmək üçün güclü mənəvi təməl vacibdir:

​"Bu gün süni intellekt və rəqəmsal texnologiyalar şəraitində bilik əldə etmək çox asandır. Lakin bu bilikdən insanlığın xeyrinə istifadə etmək üçün mənəvi təmələ ehtiyac var. Təəssüf ki, bəzən təhsil yalnız qiymət, imtahan və diplom üzərində qurulur. Halbuki cəmiyyətə yalnız savadlı kadrlar deyil, həm də dürüst, mərhəmətli, ədalətli və vicdanlı insanlar lazımdır."

​İlahiyyatçı alim İslam dinində və Şərq mütəfəkkirlərinin irsində elmlə əxlaqın ayrılmaz vəhdətdə olduğunu xüsusi vurğulayıb:

​"Qurani-Kərim 'Oxu!' əmri ilə başlayır və elmə böyük dəyər verir. Peyğəmbərimiz Hz. Məhəmməd (s) 'Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim' buyuraraq İslam təhsil fəlsəfəsinin əsasını qoymuşdur. İmam Qəzali, İbn Sina, Əl-Fərabi, Nizami Gəncəvi və Nəsirəddin Tusi kimi böyük mütəfəkkirlər də bəyan etmişlər ki, insanın kamilliyini yalnız bilik deyil, mənəvi tərbiyə formalaşdırır. Bilik insanın xarakterini gözəlləşdirmirsə, onun cəmiyyətə faydası məhdud olur."

​Əkrəm bəy müasir elmin, inkişaf psixologiyasının və UNESCO kimi beynəlxalq təşkilatların da bu həqiqəti təsdiqlədiyini diqqətə çatdırıb:

​"Müasir neyrobiologiya və pedaqogika sahəsindəki araşdırmalar, Daniel Golemanın emosional intellekt (EQ) nəzəriyyəsi və beynəlxalq təşkilatların tədqiqatları göstərir ki, emosional intellekt, empati və vicdan anlayışı ən az akademik bilik (IQ) qədər vacibdir. Bu baxımdan dünyəvi elmlərlə dini-mənəvi maarifləndirmə bir-birinə alternativ deyil, bir ağacın iki budağı kimidir. Fizika kainatın necə işlədiyini, din isə insanın niyə yaşadığını izah edir. Tibb bədəni müalicə edir, mənəviyyat isə ruhu möhkəmləndirir."

​Sonda pedaqoq məktəb, müəllim və ailə üçbucağının birgə məsuliyyətinə toxunub:

​"Dini maarifləndirmə dedikdə məqsəd məktəbi dini təbliğat məkanına çevirmək deyil; söhbət ümumbəşəri dəyərlərin, doğruluğun, ədalətin, ailə dəyərlərinin və vətən sevgisinin şagirdlərə aşılanmasından gəlir. Müəllim öz şəxsi nümunəsi ilə, ailə isə evdəki mühiti ilə bu prosesə dəstək olmalıdır. Gələcəyin güclü cəmiyyəti yalnız yüksək texnologiyaya deyil, həm də yüksək mənəviyyata sahib cəmiyyət olacaqdır. Elm insana güc verir, mənəviyyat isə həmin gücün hansı məqsədlə istifadə olunacağını müəyyən edir."

Ləman Rəhimli

News Feed

The Diversity of Azerbaijani and South Korean Culture04.08.2026 - 08:18
Ürək xəstəlikləri riskini azaldan içki05.05.2026 - 16:56
Təhsil və parlament fəaliyyətində mühüm rol oynamış ziyalı: Aqiyə Həbib qızı Naxçıvanlı11.03.2026 - 04:36
Niyə bütün məktəblərdə təhlükəsizlik kameraları yoxdur? - Nazirlikdən AÇIQLAMA06.03.2026 - 18:45
Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?06.03.2026 - 17:20
Ovçu meşədə gəzərkən tapdı: Dəyəri qızıl ilə müqayisə olunur26.02.2026 - 16:30
Sabah hava necə olacaq? 29.01.2026 - 09:20
Bakıda tələbə faciəli şəkildə öldü16.12.2025 - 11:40
English opens doors: The Moderator of Teens Group by STEP highlights the importance of language skills and studying abroad09.12.2025 - 09:01
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45